Qəhrəman azərbaycanlıların xatirəsi yaddaşlarda daim yaşayacaq
05.02.2016 [09:37]
Stalinqrad ətrafında döyüşlərdə sovet xalqının ümumi rəşadəti Rusiya-Azərbaycan qardaşlığının rəhnidir. Döyüşün başa çatmasının 73-cü ildönümündə Volqoqradda təntənəli mitinqlər və veteranlarla görüşlər keçirilib, Mamay Kurqanda əklillər qoyulub. Məşhur muzey-panoramın yanında möhtəşəm videoinstalyasiya nümayiş etdirilib: Herhard dəyirmanının divarında küçə döyüşlərinin epizodları canlandırılıb, müxtəlif millətlərin nümayəndələri olan gənclər babalarının hər bir küçəni, hər bir evi düşməndən necə qoruduqlarına tamaşa ediblər.
Rusiya-Azərbaycan Dostluq Mərkəzi direktorunun müavini Denis Yakimenko bildirib ki, şəhərin müdafiəçilərinin qəhrəmanlığı Hitlerin Sovet İttifaqını cənginə almağı nəzərdə tutan Qafqazın işğalı - “Neft məngənəsi” planını puç etdi. Ekspert deyib: “Hər şey düşmənin düşündüyü kimi getsəydi, ölkənin az qala bütün neft hasilatının və yanacaq sənayesinin cəmləşdiyi Azərbaycan almanların əlinə keçəcəkdi. Bu, baş tutsaydı, müharibənin sonrakı gedişatının necə olacağını demək çox çətindir”.
Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev isə xatırladır: “O dövrdə Bakıdakı hər bir neft zavodunda şüar asılmışdı: “Bizim üçün hər bir quyu Stalinqraddır!” Azərbaycan sakinləri 17 milyon manatlıq şəxsi əmanətlərini müdafiə fonduna keçirmişdilər. Həmin pullara tank dəstəsi və təyyarə eskadrilyası inşa edilmişdi”.
Volqoqrad Dövlət Təhsil İşçilərinin İxtisasının Artırılması və Yenidən Hazırlanması Akademiyasının ictimai elmlər kafedrasının baş müəllimi Rəna Qasımovanın sözlərinə görə, Stalinqradın müdafiəsinə görə mükafatlandırılanlar arasında 1500-dək azərbaycanlı olub. Səsindəki qəhəri boğa bilməyən Rəna Qasımova Volqa torpağında canından-qanından keçən hər bir azərbaycanlı barədə qısaca da olsa məlumat verməyə çalışır: “Burada əfsanəvi snayper Baloğlan Abbasov döyüşüb. O, snayper sənətini yoldaşlarına da öyrədirdi. Tibb xidməti leytenantı Zərifə Camalbəyova misilsiz qəhrəmanlıq və igidlik nümayiş etdirib. Aldığı yaralara görə, 1943-cü ildə Stalinqrad ətrafında döyüşlərdən sonra ordudan tərxis edilib. Daha bir tibb bacısı Həlimə Rzayeva bu yerlərə 1942-ci ildə gəlib və üç ay ərzində döyüş meydanından 300-dən çox əsgər və zabit çıxarıb. Azərbaycanın ilk qadın təyyarəçisi Züleyxa Seyidməmmədova da burada döyüşüb. O, qadınlardan ibarət aviasiya alaylarının təşkilində iştirak edib. 1942-ci ilin payızında Stalinqrad ətrafına gəlib, 500-dən çox uçuşu olub, 42 hava döyüşündə iştirak edib. Həzi Aslanovu bütün Rusiya tanıyır. Onun komandanlıq etdiyi 55-ci əlahiddə tank alayı 1942-ci ilin qızmar iyul günlərində general Manşteymin birləşmələri ilə qarşılaşıb və cinahlardan vurduğu sərrast və qətiyyətli zərbələrlə düşmənin üstün qüvvələrinin həmlələrini dəf edib. Dekabr ayında Həzi Aslanova Sovet İttifaqı Qəhrəmanı adı verilib. Onun və tankçılarının qəhrəmanlığı barədə bütün qəzetlər yazırdı”.
RF Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının Volqoqrad filialının fəlsəfə və sosiologiya kafedrasının professoru Riçard Arami Danakari deyib: “Bu, bizim tariximiz və şöhrətimizdir. Mən də bir müəllim kimi hazırda müxtəlif ölkələr olan, amma vaxtilə bir yerdə misli görünməmiş qəhrəmanlıq nümayiş etdirən Rusiya və Azərbaycan arasında dostluq və qardaşlıq ənənələrini gənc nəslə ötürmək üçün əlimdən gələni etməyə çalışıram. Yalnız gənclərimiz hamımız üçün müqəddəs olan bu torpaqda minlərlə azərbaycanlı kişi və qadının rəşadətini unutmayacağı təqdirdə, ölkələrimiz arasındakı münasibətlər eynən indiki kimi qardaşlıq münasibətləri olaraq qalacaq”.
Volqoqraddakı Dostluq parkı bu qardaşlığın rəmzlərindən biridir. Bu park 2013-cü ildə Heydər Əliyev Fondunun vəsaiti hesabına yaradılıb. “Ümumrusiya Azərbaycanlılar Konqresi” Ümumrusiya İctimai Təşkilatının Volqoqrad regional bölməsi sədrinin müavini Rizvan Seyfullayevin sözlərinə görə, vaxtilə bu ərazi Nobel qardaşlarına məxsus olub. Onlar burada Bakı nefti üçün anbarlar saxlayırmışlar. Bu gün isə bura şəhər sakinlərinin sevimli istirahət yerlərindən biridir. R.Seyfullayev deyib: “Biz içərisində gələcək nəsillərə müraciət olan kapsulu bünövrəyə qoyanda dövlətlərimizin inkişafına və uzunömürlü dostluğuna ümumi ümidimizi ifadə etmişdik. Müqəddəs Volqoqrad torpağında yaşayan azərbaycanlıların indiki nəsilləri xalqlarımızın çoxəsrlik ənənələrini davam etdirirlər”.
Xəbər lenti
Hamısına baxİdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06

