24 illik acı - Xocalı qətliamı
26.02.2016 [10:19]
Yanvar və fevral ayları azərbaycanlılar üçün qanlı günlərin, qədəmi qara gəlmiş həftələrin ildönümüdür.
24 il əvvəl bu iki ayda baş verənlər, yaşananlar insanlıq adına utanc və xəcalət gətirən hadisələrdir.
1992-ci il fevralın 26-da Azərbaycanın əzəli və əbədi torpaqları olan Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində işğalçı və qaniçən erməni qüvvələri 613 türkü qətl etdi. Sovet ordusunun 366-cı alayının dəstəyi ilə Xocalıya girən ermənilər qadın, kişi, uşaq, ahıl demədən, qarşılarına çıxan hər kəsi tarixdə tayı-bərabərinə rast gəlinməyən bir vəhşiliklə, işgəncəylə qətlə yetirdilər.
Xocalıda yaşanan qırğın birmənalı şəkildə SSRİ-nin kommunist rəhbərliyinin bəsirətsizliyinin və təhrikçi siyasətinin “əsəri” idi. Ermənilər özlərinə məxsus olmayan torpaqlarda etnik təmizləmə aparma cəsarətini, heç şübhəsiz, Kremldən almışdılar.
Dağlıq Qarabağ bölgəsi beynəlxalq təşkilatların tanıdığı və beynəlxalq hüququn da təsbit etdiyi kimi tarixi Azərbaycan torpaqlarıdır.
Bölgədəki gərginlik 1988-ci ildə Dağlıq Qarabağda məskunlaşmış gəlmə ermənilərin Azərbaycandan ayrılaraq müstəqilliklərini elan etmək istəyi kimi sərsəm ideyaları ilə daha da artdı. Dağlıq Qarabağın rəsmi İrəvan tərəfindən dəstəklənən şovinist-millətçi güruhu Ermənistana birləşmək iddiasını ortaya qoydu.
Dağlıq Qarabağ bölgəsində yaşanan bu hadisələr Ermənistanla Azərbaycan arasındakı münaqişə və müharibə alovunu şiddətləndirən qığılcım oldu. Tarix boyu Rusiyadan ən yaxın dəstək görən ermənilər 1991-ci ilin sonlarında qanunsuz silahlı dəstələrlə hücuma keçib Dağlıq Qarabağın bir sıra bölgələrini işğal etdilər.
Xocalıda yaşanan faciə ermənilərin əsrlər boyu azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı siyasətinin növbəti qanlı səhifəsidir.
Bu yaşayış məskəni həm Dağlıq Qarabağın hərbi-strateji cəhətdən ən əhəmiyyətli məntəqələrindən biri idi, həm də bölgənin azərbaycanlı əhalisinin hünər, mətanət və qorxmazlıq rəmzi idi. Elə bu səbəblərdən də erməni qüvvələri nəyin bahasına olursa-olsun Xocalını qəsb etməyi hədəfləmişdilər.
Erməni qüvvələri qəsəbəni mühasirəyə alıb top atəşinə tutdular. Artıq ətraf rayonlarla əlaqə kəsilmişdi.
Erməni silahlı qüvvələri fevralın 25-dən 26-na keçən gecə sovetlərin 366-cı alayının dəstəyi ilə Xocalıya hücuma keçdilər. İnsanlıq adına həqarət olan bu adamlar 83-ü uşaq, 106-sı qadın və 70-dən çoxu yaşlı olmaqla 613 azərbaycanlını qətlə yetirdilər.
Yaşanan sadəcə qətl deyildi. Bu, soyqırımı idi. Erməni qaniçənləri azərbaycanlıları öldürməklə kifayətlənməmiş, cəsədləri yandırmaqla, meyitlərin gözlərini oymaqla necə bir vəhşi xislətə sahib olduqlarını dünyaya car çəkmişdilər. Hətta hamilə qadınlara, uşaqlara da rəhm edilməmiş, onlar xüsusi qəddarlıqla öldürülmüşdülər.
Xocalıda yaşanan bu qırğına Qərb dövlətləri ciddi bir reaksiya göstərmədilər. Qərbin ikili standartlarına və Rusiyanın hərbi dəstəyinə sığınan erməni silahlıları qısa bir müddət ərzində Dağlıq Qarabağ bölgəsini və Azərbaycanın bir sıra rayonlarını işğal etdilər.
Təcavüzkar Ermənistanla Azərbaycan arasındakı qanlı döyüşlər 1994-cü ilə qədər davam etdi. 1994-cü ildə iki ölkə arasında atəşkəs təmin edildi. Ancaq atəşkəsin ardından başlayan sülh danışıqlarında 22 ildir ki, hər hansı bir nəticə əldə edilməmişdir.
İnsan Hüquqlarını Müdafiə Təşkilatı 1993-cü ildə nəşr etdiyi hesabatında Xocalı qırğınını Dağlıq Qarabağın işğalından bu yana həyata keçirilmiş ən qəddar vətəndaş qırğını kimi qiymətləndirmişdir.
Gözləmək olardı ki, həmişə yorulmadan insan hüquqlarının müqəddəsliyindən, dövlətlərin suverenliyindən dönə-dönə bəhs edən Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası qəbul etdikləri çeşidli qərarlarla Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması faktını qeyd etməklə kifayətlənməyəcək, torpaqların qaytarılmasının işlək mexanizmini də ortaya qoymaqla aqressoru buna məcbur edəcəkdir.
Əfsuslar olsun ki, müasir dünya 24 ildir ki, işğalçı Ermənistanın əməlinin qiymətini vermir.
Azərbaycanın uğradığı bu təcavüzün və qırğının ildönümündə insanlığın bu ağrını unutmamasını diləyirik.
Dr. Akkan Suver,
Mərmərə Qrupu Vəqfinin sədri
Xəbər lenti
Hamısına baxAnalitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18

