BANM-də “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının təqdimatı keçirilib
02.03.2016 [09:34]
Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin BANM-in müəllim və tələbələri ilə görüşü və onun elmi redaktoru olduğu “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının təqdimatı keçirilib.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Ümummilli lider Heydər Əliyevin bu ali təhsil müəssisəsinin foyesindəki büstü önünə gül dəstələri düzülüb.
Tədbirdə BANM-in rektoru Elmar Qasımov bildirib ki, Prezident İlham Əliyev 2016-cı ili ölkədə “Multikulturalizm ili” elan edib. Bu, olduqca mühüm hadisədir və yalnız Azərbaycan üçün deyil, həm də beynəlxalq aləm üçün böyük əhəmiyyət daşıyır. 2016-cı ilin “Multikulturalizm ili” elan olunmasının dünya ictimaiyyətinə bir çağırış olduğunu söyləyən E.Qasımov ölkəmizdə müxtəlif dini konfessiyaların nümayəndələrinin mehriban yaşadıqlarını, onların dilinə, dininə, mədəniyyətinə xalqımız tərəfindən dəyər verildiyini vurğulayıb. Bu sahədə böyük işlərin görüldüyünü, BANM-in Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə bir sıra tədbirlər keçirdiyini diqqətə çatdıran rektor bunun davamlı olacağını bildirib.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev multikulturalizmin tarixindən və multikulturalizm siyasətinin meydana gəlməsindən danışıb. Vurğulanıb ki, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi tolerantlığın Azərbaycanın dövlət siyasətinə və həyat tərzinə, demokratik dəyərə çevrildiyini bir daha təsdiqləyir. K.Abdullayev Prezident İlham Əliyevin Azərbaycanda multikulturalizm ənənələrinin qorunmasına yönələn çoxcəhətli siyasətindən söz açıb. Bu sahədə Ümummilli lider Heydər Əliyevin xidmətləri xüsusi vurğulanıb. Bildirib ki, Ulu öndərin təşəbbüsü ilə bu məsələ hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında əksini tapıb. Multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq prinsipi Azərbaycan Konstitusiyasının bir sıra maddələrində aydın təsbit olunub.
“Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının əhəmiyyətindən danışan akademik bu əsərdə klassik şair və yazıçılarımızın yaradıcılığına fərqli yanaşmanın olduğunu, nəşrin mövzu aktuallığı ilə seçildiyini diqqətə çatdırıb.
K.Abdullayev sualları cavablandırıb, müəllifi və redaktoru olduğu kitabları BANM-in kitabxanasına və tələbələrə hədiyyə edib.
Sonda akademik K.Abdullayevə BANM-in “Fəxri qonaq” diplomu təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43

