Şirvan şəhərində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib
01.04.2016 [10:15]
Şirvan şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Şirvan şəhər təşkilatının təşəbbüsü ilə Şirvan şəhərində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Şirvan şəhər Dövlət Rəsm Qalereyasında rəsm dərnəyi üzvlərinin “Azərbaycanlıların soyqırımı rəsm əsərlərində” adlı sərgisinə tamaşa ediblər.
Tədbirdə çıxış edən Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov qeyd edib ki, soyqırımı və terror Ermənistanın dövlət siyasətinin əsasını təşkil edir. Natiq bildirib ki, 1905-1907, 1918-ci illərin hadisələri, Xocalı soyqırımı və ermənilər tərəfindən törədilən başqa cinayətlər buna bariz misaldır: “Ermənilər bu gün dünyaya özlərini məzlum bir xalq kimi təqdim etmək istəyirlər. Amma hər bir kəs bilməlidir ki, xalqımıza qarşı ermənilər tərəfindən dəhşətli soyqırımları törədilib. Sovet dövründə tarixin saxtalaşdırılmasına cəhd göstərərək bu hadisələri gizli saxlamağa çalışan ermənilər müəyyən dövrdə öz istəklərinə çatmışdılar. Amma Ümummilli liderimiz Heydər Əliyevin səyi nəticəsində bu soyqırımı öz əsl qiymətini aldı. 1998-ci ildə Ulu öndər tərəfindən imzalanan Fərmana əsasən 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin Quba kütləvi məzarlığında Memorial Kompleksin tikilməsi ilə bağlı Sərəncamı isə dünya ictimaiyyətinin xalqımıza qarşı həyata keçirilən bu soyqırımı ilə bağlı məlumatlanmasında müstəsna rol oynayır”.
Tədbirdə çıxış edən şəhər təhsil şöbəsinin metodisti R.Allahverdiyev, 2 saylı tam orta məktəbin tarix müəllimi K.Məmmədova və başqaları ermənilərin törətdikləri soyqırımlarının insanlığa sığmayan dəhşətli cinayət olduğunu bildiriblər.
Daha sonra tədbir Şirvan şəhər 16 saylı məktəbin şagirdlərinin ifasında bədii kompozisiya ilə davam etdirilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

