AHİK-in nümayəndə heyəti Beynəlxalq Əmək Konfransının sessiyasında iştirak edir
02.06.2016 [09:57]
Mayın 30-da Cenevrədə Beynəlxalq Əmək Konfransının 105-ci sessiyası öz işinə başlayıb. İyunun 11-dək davam edəcək sessiyanın işində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) və Pan Avropa Regional Şurasının (PARŞ) vitse-prezidenti Səttar Mehbalıyevin başçılıq etdiyi Azərbaycan Həmkarlar İttifaqlarının nümayəndə heyəti də iştirak edir. İyunun 1-də AHİK-in sədri S.Mehbalıyev sessiyada “Dünya quruculuğu və həyat dayanıqlığının təmin edilməsi naminə məşğulluq və layiqli əmək” mövzusunda çıxış edib. Bu barədə AZƏRTAC-a Konfederasiyanın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
AHİK-in sədri çıxışında Beynəlxalq Əmək Təşkilatının baş direktorunun çıxışına münasibət bildirərək deyib: “Biz maraqlı və zamanın çağırışlarına cavab verən məruzəyə görə BƏT-in baş direktoruna dərin minnətdarlığımızı bildiririk. Bu məruzə bizi dünya quruculuğunda olan böhranları yeni təfəkkürlə birlikdə dərk etməyə, münaqişə və bədbəxt hadisələrin qarşısını almaq üçün zəruri tədbirlər barədə düşünməyə çağırır.
Azərbaycan nümayəndə heyəti məruzənin nəticələrində iqtisadi və siyasi münasibətlərdə transformasiyaların, əməyin xarakterində və istehsalat münasibətlərinin strukturunda cərəyan edən güclü qlobal dəyişikliklərin əmək bazarına təsiri barədə göstərilənlərlə razı olduğunu qeyd edir. Biz, eləcə də məruzədə əmək dünyasının vəziyyətinə təsir edən faktor və hadisələrə verilən qiymətlərlə razıyıq. Hər şeydən əvvəl, bu, dünyanın 200 milyon iş yeri qıtlığı ilə qarşılaşan məşğulluq problemidir. İqtisadiyyatın qeyri-formal sektorunda qeyri-sabit məşğulluq sahəsinin genişlənməsini isə xüsusilə qeyd etmək lazımdır. Biz əminik ki, hazırkı və gələcək əmək sahəsinin və sosial siyasətin tənzimlənməsində beynəlxalq əmək normaları əsas meyar olmalıdır”.
S.Mehbalıyev diqqətə çatdırıb ki, 25 il əvvəl öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası ölkə Konstitusiyasında vətəndaşların məşğulluq təminatının hüquqi əsaslarını təsbit edib. Ölkəmizdə BƏT-in ratifikasiya olunmuş 57 saylı Konvensiyası, Avropa Sosial Xartiyası, digər beynəlxalq normalar da məşğulluq probleminin həllinə kömək edir.
Son 12 ildə Azərbaycanda aparılan səmərəli iqtisadi siyasət ümumi daxili məhsulun həcmini 3,4 dəfə, sənaye və qeyri-neft sektorunun inkişafını 3 dəfə artırmağa imkan verdi. Ümumi daxili məhsulun qeyri-neft sektorunda payı 2016-cı ilin əvvəlinə 69,3 faiz, iqtisadiyyatda özəl sektorun xüsusi çəkisi isə 82 faizə çatıb. Bu illər ərzində ölkə iqtisadiyyatına 200 milyard dollardan çox kapital qoyulub ki, onların da böyük hissəsi xarici investisiyalardır. Məqsədyönlü iqtisadi siyasət minlərlə istehsal obyektinin, 1 milyonu daimi olan 1,4 milyon yeni iş yerinin açılmasına imkan yaratdı. Bu müddət ərzində əhalinin gəlirləri 6,5 dəfə artıb, işsizlərin sayı 4,9 faizədək azalıb.
AHİK sədri çıxışında BƏT-in baş direktorun məruzəsində yer alan bir qlobal problemin - iqtisadiyyatın qeyri-formal sektorunun da üzərində ayrıca dayanıb. O qeyd edib ki, qeyri-formal iqtisadiyyatın miqyası və dinamikası dünyada qeyri-formal münasibətlərin inkişaf tendensiyasından asılıdır. Onlar konkret olaraq hər bir ölkənin tarixi şəraiti ilə müəyyənləşdirilir. Burada həm bazar, həm də dövlətlərin tənzimləmə mexanizmlərinin səmərəlilik dərəcələri mühüm amildir.
“Ölkəmizdə qeyri-formal iqtisadiyyatın mövcudluğu və ona hüquqi reaksiya müxtəlif səbəblər üzündən dövləti, sahibkarları və həmkarlar ittifaqlarını ciddi şəkildə narahat edir. Biz həmkarlar ittifaqları olaraq hesab edirik ki, böhran və işsizlik səviyyəsinin artdığı şəraitdə sosial tərəfdaşlar qeyri-formal iqtisadiyyatın leqallaşması üçün birgə fəaliyyətlərini gücləndirməlidirlər”, - deyə AHİK sədri bildirib.
Qeyd edilib ki, BƏT-in baş direktorunun məruzəsində çox mühüm problem olan çoxmilli kapitala münasibət də öz əksini tapıb. Onun əmək bazarı və sosial ədalət problemlərinə münasibəti son dərəcə spesifikdir. Milli işəgötürənlərdən fərqli olaraq onun, demək olar ki, heç bir öhdəliyi yoxdur.
Bildirilib ki, Azərbaycan həmkarlar ittifaqları tərəfindən transmilli şirkətlərdə iş aparılarkən meydana bir çox problemlər çıxır. Belə ki, bu şirkətlərdə muzdlu işçiləri həmkarlar ittifaqı üzvlüyünə cəlb edərkən, həmkarlar ittifaqı təşkilatı yaradılarkən, sosial dialoqa təşəbbüs göstərərkən bizə maneçilik törədirlər. Bu sahədə mövcud olan neqativ halları aradan qaldırmaq üçün AHİK-in BƏT-in köməyinə ehtiyacı var.
Çıxışının sonunda Azərbaycan nümayəndə heyətinin rəhbəri Azərbaycan həmkarlar ittifaqlarının bugünkü sessiyadan konkret şəkildə nə gözlədiyini diqqətə çatdırıb. Qeyd edib ki, qeyri-formal məşğulluğa dair sosial tərəfdaşlarla birlikdə qəbul edəcəyimiz birgə öhdəliklər məşğulluq strategiyasının və layiqli əmək üzrə ölkə proqramlarının ayrılmaz hissəsi olacaq. BƏT-in bütün üzv təşkilatlarında Beynəlxalq Əmək Təşkilatının 100-cü yubiley sessiyasının yeni əsrin quruculuğu haqqında dünyada sosial ədalət şüarı əsas yer tutmalıdır. Azərbaycan Həmkarlar İttifaqları tripartizm, sosial dialoq və sosial ədalət prinsiplərinə tərəfdardır və həmin prinsiplərə sadiqdir.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

