/ / Akif Əlizadə: Beynəlxalq konfrans qədim Naxçıvana qarşı ərazi iddiaları irəli sürən düşmənə ən layiqli cavabdır
Akif Əlizadə: Beynəlxalq konfrans qədim Naxçıvana qarşı ərazi iddiaları irəli sürən düşmənə ən layiqli cavabdır
12.07.2016 [10:11]
“Naxçıvan diyarındakı zəngin memarlıq abidələri, onun ayrılmaz tərkib hissəsi olan qalalar məhz Azərbaycan dövlətçilik tarixinin, xalqımızın azadlıq uğrunda mübarizə əzminin simvolları kimi xüsusi əhəmiyyətə malikdir. “Naxçıvan qalaları: tarixdə və günümüzdə” beynəlxalq konfransı qədim Naxçıvana qarşı ərazi iddiaları irəli sürən düşmənə ən layiqli cavabdır”.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində iyulun 9-da “Naxçıvan qalaları: tarixdə və günümüzdə” beynəlxalq konfransının açılış mərasimində iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə deyib.
Akif Əlizadə qeyd edib ki, beynəlxalq konfrans Azərbaycanın ictimai və humanitar elmlərinin inkişafı baxımından əhəmiyyətli olmaqla yanaşı, həm də milli vətənpərvərlik ruhunun aşılanması, xalqımızın qəhrəmanlıq tarixinin təbliği baxımından da xüsusi məna kəsb edir. Konfransın digər bir əhəmiyyəti isə müasir şəraitdə Azərbaycanın apardığı informasiya müharibəsində bu siyasətə dəstək verməsidir.
“Hamımıza yaxşı məlumdur ki, bütün beynəlxalq hüquq prinsiplərinin, ümumbəşəri insani dəyərlərin ziddinə olaraq torpaqlarımızın bir hissəsini işğal etmiş ermənilərin digər qondarma iddialarının əsas hədəflərindən biri də Azərbaycanın qədim diyarı olan Naxçıvandır. Onlar hər cür yalan və uydurmanı özlərinin elmi yanaşmasına çevirərək bu regionla bağlı təhrif olunmuş tarixi məlumatlar yaymaqdan çəkinmirlər. Ötən il akademiyanın 70 illik yubileyinə həsr olunmuş təntənəli iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xüsusi olaraq qeyd etdi ki, informasiya müharibəsi şəraitində alimlərimizin üzərinə böyük məsuliyyət düşür. Cənab Prezident bu baxımdan tarix elminin inkişafını mühüm prioritetlərdən biri kimi müəyyənləşdirdi. Belə bir şəraitdə bu torpaqların ta qədim zamanlardan xalqımıza məxsusluğunun əsas göstəricisi, tarixi sübutu, pasportu olan Naxçıvan qalalarının tədqiqi və təbliği xüsusi əhəmiyyətə malikdir. Bu mənada Naxçıvanda keçirilən beynəlxalq konfrans həm də dövlət başçısının çağırışına layiqli cavabdır”, - deyə Akif Əlizadə qeyd edib.
Tarix boyu Azərbaycanın ayrılmaz tərkib hissəsi olan və alınmaz qalaları ilə tarixdə iz qoyan qədim Naxçıvan diyarının, ilk növbədə, əsas dövlətçilik mərkəzlərindən biri olduğunu vurğulayan akademik deyib ki, orta əsrlərdə paytaxtı Naxçıvan şəhəri olan Atabəylər dövləti Azərbaycan xalqına intibah mədəniyyəti bəxş edib, daha sonralar Naxçıvanşahlıq dövləti, Naxçıvan xanlığı yalnız bu diyarın deyil, bütövlükdə Azərbaycanın siyasi və sosial-mədəni inkişafında əhəmiyyətli rol oynayıb. Tarixdə olduğu kimi, bu gün də Naxçıvan müasir Azərbaycanın sosial-siyasi və elmi-mədəni həyatında yerinə yetirdiyi məsuliyyətli missiya baxımından, sözün həqiqi mənasında, müstəqil Azərbaycan dövlətçiliyinin və siyasət tarixinin əsas mərkəzlərindən biridir. Hazırda Naxçıvan Muxtar Respublikası nəinki Azərbaycanın, geniş mənada dünyadakı hərtərəfli inkişafın önündə gedir.
AMEA-nın prezidenti bildirib ki, çoxillik axtarışlar və ardıcıl yaradıcılıq səyləri nəticəsində muxtar respublikada yaradılmış sanballı ensiklopedik nəşrlər, salnamələr və antologiyalar yüksək elmi səviyyədə qəbul edilən ciddi və əhəmiyyətli əsərlərdir. Naxçıvanda yaşayıb-yaradan elm adamlarının çoxillik birgə səyləri nəticəsində meydana çıxmış 3 cildlik “Naxçıvan tarixi” monoqrafik tədqiqatı son illərdə Azərbaycanda humanitar və ictimai elmlər sahəsində ən sanballı nəşrlərdən biridir. Heç şübhəsiz, azərbaycanşünaslığa böyük töhfə olan çoxcildlik Azərbaycan tarixinin üzvi tərkib hissəsi kimi, mühüm əhəmiyyət kəsb edir.
Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliyi nəticəsində AMEA-nın Naxçıvan Bölməsinin yaradılması ilə regionda elm sahəsindəki çoxəsrlik ənənələrin yenidən canlandırıldığını vurğulayan Akif Əlizadə deyib: “Bu gün muxtar respublikanın bütün istiqamətlər üzrə yüksək səviyyədə inkişafına uğurla xidmət edən özünəməxsus idarəetmə sistemində elmin və təhsilin xüsusi yeri var. Məhz bu siyasət nəticəsində bu gün Naxçıvanda elm inkişaf edir. Məhz bu siyasət nəticəsində Naxçıvan tarix elminin inkişafı istiqamətində ciddi addımlar atılır, tarixi abidələr bərpa olunur, onların qorunaraq gələcək nəsillərə saxlanılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bu yaxınlarda Əlincəqala, Gülüstan türbəsi bərpa edilib, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il iyulun 4-də Sərəncam imzalayıb. Azərbaycanın elmi ictimaiyyəti bütün bu addımları alqışlayır”.
Xəbər lenti
Hamısına baxDünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22

