“ADA” Universitetində Milli Diplomatiya Günü qeyd olunub
13.07.2016 [09:46]
İyulun 12-də “ADA” Universitetində Milli Diplomatiya Gününə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə rəsmi şəxslər, Bakıda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Milli Məclisin deputatları iştirak ediblər.
Universitetin rektoru, professor Hafiz Paşayev Azərbaycan diplomatiyasına həsr olunmuş mərasimə qatıldıqları üçün tədbir iştirakçılarına minnətdarlığını bildirib. Qeyd edilib ki, 97 yaşı olan Azərbaycan diplomatiyası mürəkkəb, eyni zamanda, şərəfli yol keçib. Müasir diplomatiyamızın formalaşması təbii ki, müstəqilliyimizin bərpası ilə bağlıdır. Azərbaycanın çağdaş diplomatiyasının inkişafını hamımız müşahidə etmişik. Son illərin mənzərəsinə nəzər saldıqda bu istiqamətdə yaşanan çətinlikləri, eyni zamanda, qazanılan uğurları və böyük potensiala malik diplomatların yetişdiyini görmək olar. O deyib: “Əlimərdan bəy Topçubaşovu diplomatiyamızın əsasını qoyan şəxs kimi qəbul edirik. Lakin müasir diplomatiyamızın bir nömrəli diplomatı Ulu öndər Heydər Əliyevdir. Müstəqilliyimizin ilk illərində ölkədəki mürəkkəb siyasi şəraitdə diplomatiyamızın formalaşması, bu sahənin siyasi fəaliyyətin həyata keçirilməsinə uyğunlaşdırılması baxımından Heydər Əliyev məktəbi böyük əhəmiyyətə malikdir. Ulu öndər ilə hər görüşümüz bizə yeni diplomatiya dərsi kimi faydalı olurdu”.
“ADA” Universitetinin yaranmasından və fəaliyyətindən danışan rektor diqqətə çatdırıb ki, rəhbərlik etdiyi bu ali təhsil ocağı artıq qarşıya qoyulan məqsədə çatıb. “Fəxrlə deyə bilərəm ki, dövlətimizin başçısı diplomatiyamızın uğurlarından danışarkən bizim də fəaliyyətimizi yüksək qiymətləndirir. “ADA” Universitetinin uğurlarından bəhs edərkən məzunlarımızın təkcə Xarici İşlər Nazirliyində deyil, digər dövlət qurumlarında, özəl şirkətlərdə də müvəffəqiyyətlə fəaliyyət göstərdiklərini xüsusi vurğulamaq lazımdır”, - deyə Hafiz Paşayev bildirib.
Sonra Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyi ilə əlaqədar bu ali təhsil ocağı tərəfindən hazırlanmış “İstiqlal təşnəsi” sənədli filminin təqdimatı olub.
Tədbirdə “ADA” Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə “Azərbaycan diplomatiyasının dünəni, bu günü, sabahı” mövzusunda müzakirələr aparılıb. Müzakirələr zamanı diplomatiyamızın tarixindən, uğurlarından, əsas inkişaf istiqamətlərindən bəhs edilib, çağdaş diplomatiyanın tələblərinə uyğun yeni kadrların formalaşmasının önəmi vurğulanıb.
Milli Məclisin deputatları Asim Mollazadə, Qənirə Paşayeva və Musa Qasımlı tədbirdə çıxış edərək diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə təbriklərini çatdırıblar. Onlar yeni nəsil peşəkar diplomatların yetişdirilməsində “ADA” Universitetinin fəaliyyətini yüksək qiymətləndiriblər.
Natiqlər “İstiqlal təşnəsi” sənədli filminin televiziya kanallarında vaxtaşırı yayımlanmasının və bu ekran əsərinin xarici ölkələrdə də nümayiş etdirilməsinin vacibliyini vurğulayıblar.
Sonda universitetin yeni nəşrləri təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22

