AMEA-da “Azərbaycan elminin inkişaf doktrinası”nın layihəsi müzakirə olunub
13.07.2016 [09:47]
İyulun 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (RETƏŞ) növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin sədrliyi ilə keçirilən tədbirdə akademiyanın vitse-prezidentləri, akademik-katibi, elmi bölmələrin akademik-katibləri, Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının üzvləri, elmi problemlər üzrə şuraların sədrləri iştirak ediblər.
RETƏŞ-in sədri, akademik Akif Əlizadə gündəlikdəki məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra “Azərbaycan elminin inkişaf doktrinası”nın layihəsi barədə məlumat verilib. Ölkədə elmin inkişafının dövlət siyasətinin əsas prioritetlərindən olduğunu vurğulayan akademik A.Əlizadə bildirib ki, dövlətin gələcəyi, iqtisadi, siyasi və hərbi qüdrəti onun elmi potensialı ilə bilavasitə bağlıdır. Azərbaycanda elmin zəngin tarixi və ənənələrinin olduğunu söyləyən AMEA-nın rəhbəri qeyd edib ki, əsrlər boyu Azərbaycan alimləri elmi təfəkkürün müxtəlif sahələrində ərsəyə gətirdikləri sanballı əsərlərlə bəşəriyyətin elmi-mədəni tərəqqisinə böyük xidmətlər göstərib, Şərqlə Qərb arasında elmin varislik əlaqələrinin qorunub saxlanması işinə dəyərli töhfələr veriblər.
Akademiyanın sürətli inkişaf mərhələsinin Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan alim Ulu öndərin elm və təhsil sahəsində müəyyənləşdirdiyi siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
A.Əlizadənin sözlərinə görə, ölkə başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın icrası ilə bağlı görülmüş işlər bütövlükdə Azərbaycan elminin inkişafına böyük təkan verib.
Prezident İlham Əliyevin AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqdakı proqram xarakterli çıxışını xatırladan akademik dövlət başçısının Azərbaycan elminin inkişafı ilə bağlı müəyyənləşdirdiyi hədəflərin, qaldırdığı problemlərin və qarşıya qoyduğu vəzifələrin hazırda AMEA-nın gələcək fəaliyyət proqramının əsasını təşkil etdiyini bildirib.
Sonra sənədin layihəsi ətrafında müzakirələr aparılıb.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, AMEA-nın müşaviri, akademik Qərib Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin müavini, AMEA-nın müxbir üzvü Vəli Hüseynov, Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov, Azərbaycan Texniki Universitetinin rektoru, texnika elmləri doktoru Havar Məmmədov və digər çıxış edənlər doktrinanın ölkəmizdə elmin inkişafı baxımından çox böyük əhəmiyyət daşıdığını, dövlətin elm sahəsində siyasətinin və strategiyasının əsas prinsiplərinin bu sənəddə əks olunduğunu bildirib, təklif və tövsiyələrini səsləndiriblər.
Tədbirdə 2016-cı il üçün doktorantura və dissertanturaya qəbul planı da müzakirə olunub. Akademik A.Əlizadə bildirib ki, AMEA-da təhsilin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən biri də doktorantura və dissertanturaya qəbulun yeni tələblər əsasında həyata keçirilməsidir. Cari il üçün fəlsəfə doktoru proqramı üzrə 93, elmlər doktoru proqramı üzrə isə 41 yerin ayrıldığını deyən akademik qəbulun müvəffəqiyyətlə həyata keçirildiyini söyləyib.
AMEA rəyasət heyəti aparatının elm və təhsil idarəsinin rəhbəri, texnika elmləri doktoru Əminağa Sadıqov fizika, iqtisadiyyat, sənətşünaslıq və memarlıq, həmçinin torpaq və su ehtiyatlarının idarə edilməsi və ətraf mühitin mühafizəsi problemləri üzrə elmi şuraların tərkiblərindəki dəyişiklikləri diqqətə çatdırıb. Qeyd olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

