“Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” mövzusunda hesabat tədbiri keçirilib
15.07.2016 [09:56]
İyulun 14-də Təhsil Nazirliyi tərəfindən “Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” mövzusunda hesabat tədbiri keçirilib.
Tədbirdə Milli Məclisin deputatları, ali məktəblərin rektorları, nazirliyin əməkdaşları, QHT-lərin təmsilçiləri və KİV-lərin nümayəndələri iştirak ediblər.
Tədbirin əhəmiyyətindən danışan təhsil naziri Mikayıl Cabbarov diqqətə çatdırıb ki, bu tədris ilindən başlayaraq hər ilin sonunda nazirlik tərəfindən illik hesabatın təqdim olunması nəzərdə tutulub. Əsas məqsəd son illər “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın hazırlanması çərçivəsində təhsil sistemində hesabat mexanizminin inkişafı siyasətini həyata keçirməkdir. Tədbirdə təhsil sistemində ölçülə bilən meyarların tətbiqinin hər kəs üçün müəyyənləşdirilməsi, dövlət tərəfindən müvafiq istiqamətdə ayrılmış resursların istifadəsi və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.
Bildirilib ki, son üç ildə ümumi təhsil pilləsində istər buraxılış, istərsə də ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrində davamlı müsbət dəyişikliklər müşahidə olunmaqdadır. Builki buraxılış imtahanlarının müsbət dinamikasını qeyd edən M.Cabbarov bunun davamlı xarakter alacağına əminliyini bildirib. O, təhsilin inkişafının ölkəmizin tərəqqisi baxımından vacib amil olduğunu deyib, bu istiqamətdə ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetiriləcəyinə inamını ifadə edib. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd olunan hədəflərdən danışan M.Cabbarov təhsil işçilərini, bütövlükdə ictimaiyyəti bu istiqamətdə birgə səy göstərməyə çağırıb.
Tədbirdə nazirliyin təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev təhsilin keyfiyyətinin yüksəldilməsi və əhatəliliyi ilə bağlı təqdimatla çıxış edib. Buraxılış imtahanlarının nəticələrinin ildən-ilə yaxşılaşdığını diqqətə çatdıran E.Əmrullayev bildirib ki, 2012-ci illə müqayisədə bütün fənlərdən müsbət qiymət alanların göstəricisi 17 faiz artıb. Son üç ildə IX sinif üzrə buraxılış imtahanlarında bütün fənlərdən müsbət qiymət alanların sayı 14.615 nəfər (30 faiz) artıb. Ölkə üzrə əksər rayonlarda, o cümlədən nazirliyin pilot qaydada inkişaf tədbirləri keçirdiyi rayonlarda yüksək dinamika müşahidə edilib. Pilot rayonlarda orta hesabla 13 faiz, digər rayonlarda isə 1,6 faiz irəliləyiş olduğunu söyləyən şöbə müdiri ən yüksək dinamikanın Astara (22 faiz), Ağcabədi (16 faiz), Sabirabad (14 faiz), Masallı (11 faiz) və Cəlilabad (9 faiz) rayonlarında müşahidə edildiyini bildirib.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli təhsilin keyfiyyətinin artırılması istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb, aparılan islahatların artıq müsbət nəticələr verdiyini deyib. Bildirilib ki, möhkəm bünövrə əsasında qoyulan bu ənənə müsbət dəyişikliklərin ardıcıl olacağına əminlik yaradır.
Sonda tədbir iştirakçılarına tədris ilinin yekunlarına həsr olunan hesabat jurnalı təqdim edilib.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

