BANM-in tələbəsi “BP”-nin müsabiqəsində qalib olub
07.09.2016 [09:21]
Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının 3-cü kursunda təhsil alan Elşən Mikayılov “BP” şirkəti tərəfindən 18 avqust tarixində yay təcrübəçiləri üçün təşkil olunmuş “Techno Fest 2016” layihə təqdimatı yarışmasında 29 təcrübəçi arasından seçilərək birinci yeri tutub. Elşən Mikayılov özünün “Bridge Racking Crane Grip Guide İnterlock” adlı proqram təminatı yenilənməsi layihəsini yarışda uğurla təqdim edərək birinci yerə layiq görülüb. Bu ilin yayında BANM-in ümumilikdə 17 tələbəsi “BP”-də istehsalat təcrübəsi keçib.
Qeyd edək ki, Mikayılov Elşən Rövşən oğlu 1996-cı ildə Göyçay rayonunda anadan olub. 2002-ci ildə Göyçay rayonu Qızılağac kənd tam orta məktəbində təhsil almağa başlayıb. Təhsil müddətində iki dəfə “İlin ən yaxşı şagirdi” adına layiq görülüb. 2013-cü ildə orta məktəbi bitirərək TQDK-nın ali məktəblərə I ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanında 682 bal toplayaraq BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına daxil olub və Prezident təqaüdünə layiq görülüb. Ali məktəbdə keçirilən intellektual yarışlarda, seminar və təlimlərdə fəal iştirak edir. 2016-cı ildə BANM-də keçirilən “1-ci Robotiks Yarışması”nda “Moon Walkers” komandasının üzvü olaraq 2-ci yerə layiq görülüb.
Xatırladaq ki, keçən il BANM-in “Neft-qaz mühəndisliyi” ixtisası üzrə IV kursda təhsil alan tələbəsi Fidan Səlimzadə də iyulun 2-dən sentyabrın 10-dək “BP” şirkətində yay istehsalat təcrübəsində olduğu zaman keçirilən “Texno Fest 2015” müsabiqəsinə qoşulmuşdu və I yeri qazanmışdı.
Məlumat üçün bildirək ki, “BP”-nin hər il həyata keçirdiyi “Texno Fest” adlı müsabiqə qlobal bir müsabiqədir və texniki sahədə innovasiyalara yönəlmiş ideyaların dəstəklənməsinə xidmət edir. “BP”-də çalışmaq arzusunda olan və “BP”-də yay təcrübəsi keçənlər, o cümlədən tələbələr üçün hər il şirkətdə “Texno Fest” yarışı təşkil olunur. Hər il gənc mühəndislər öz layihələrini təqdim etmək, təcrübə və nəticələri ilə bölüşmək imkanı qazanırlar.
Xəbər lenti
Hamısına baxDünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55

