Bakıda gənclərin məşğulluğunun yeni formaları üzrə beynəlxalq konfrans işə başlayıb
09.09.2016 [10:16]
Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nəzdində fəaliyyət göstərən “Şıxov” sanatoriyasında gənclərin məşğulluğunun yeni formaları üzrə Pan-Avropa Regional Şurası Komitəsinin ikigünlük beynəlxalq konfransı işə başlayıb.
AZƏRTAC xəbər verir ki, AHİK sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev konfransda müasir dövrdə gənclərin qarşılaşdığı problemlərdən danışıb, onlardan birinin də işsizlik olduğunu bildirib. Azərbaycanda gənclərin işsizlik probleminin həlli üçün görülən işlərdən söz açan AHİK sədri bu sahədə xeyli nailiyyətin əldə edildiyini diqqətə çatdırıb.
S.Mehbalıyev vurğulayıb ki, Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının başlıca istiqamətlərindən biri əmək ehtiyatlarından səmərəli istifadəyə şərait yaradılmaqla əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsidir. Yoxsulluğun azaldılması və davamlı inkişaf, regionların sosial-iqtisadi tərəqqisi, habelə məşğulluq strategiyasının həyata keçirilməsi üzrə Dövlət proqramları, 2004-cü ildən bəri 1,5 milyon iş yerinin yaradılması ölkədə əmək qabiliyyətli əhali arasında məşğulluq səviyyəsinin 95 faizədək yüksəlməsinə imkan verib. Hazırda respublikada işsizlik səviyyəsi beş faizdən bir qədər çox, gənclər arasında isə təqribən on faiz təşkil edir. Əldə edilən bu uğurlara görə ölkəmiz Beynəlxalq Əmək Təşkilatı tərəfindən dünyada on lider ölkə sırasına daxil edilib. Azərbaycanda 15-29 yaşlı gənclər ümumi əhalinin 29,3 faizini, məşğul əhalinin isə 24,4 faizini təşkil edir.
Bildirilib ki, AHİK-in müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla əlaqələri, həyata keçirilən layihələr, gənclər siyasəti ilə bağlı tədbirlərin təşkili sahəsində qazanılmış təcrübə Konfederasiyanın belə konfranslara və toplantılara yüksək səviyyədə ev sahibliyi etməsinə imkan yaradır. Gənclərin problemlərinə həsr olunan mötəbər tədbirlərdə həmkarlar ittifaqlarının gənc liderlərinin iştirakı ilbəil artır.
Qonaqlar çıxış edərək tədbirin yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə minnətdarlıqlarını bildirib, müzakirə olunan məsələlərlə bağlı fikir və təkliflərini səsləndiriblər.
Sonra müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxElm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18

