/ / IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə qanunsuz kəsilmiş ağacların yerinə 9 ağac əkilib
IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə qanunsuz kəsilmiş ağacların yerinə 9 ağac əkilib
08.11.2016 [10:01]
Bakının Nərimanov rayonunda məhv edilmiş yaşıllıqlar Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə bərpa olunub.
Bu barədə AZƏRTAC-a IDEA İctimai Birliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, noyabrın 3-də IDEA İctimai Birliyinin təbiətə təcili yardım “Qaynar xətt”inə Bakının Nərimanov rayonundakı Əliyar Əliyev küçəsi, 25 ünvanında qanunsuz ağac kəsilməsi ilə bağlı sakinlər tərəfindən şikayət daxil olub. Dərhal hadisə yerinə yollanan IDEA-nın mütəxəssisləri aidiyyəti dövlət qurumları ilə birlikdə ərazidə 2 ağacın qanunsuz kəsildiyini müəyyən ediblər.
IDEA İctimai Birliyinin təsisçisinin təşəbbüsü ilə yaşıllıqların bərpası məqsədilə ərazi nəzarətə götürülüb və həmin ünvanda 9 sərv və şam ağacı əkilib. Ağacəkmə aksiyasında IDEA İctimai Birliyi, Nərimanov rayon İcra Hakimiyyəti və Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə layihəsi olan “Ağacların kəsilməsinə yox!” proqramı çərçivəsində son bir ildə Bakı şəhərində qanunsuz ağac kəsilməsi ilə bağlı vətəndaşlardan daxil olan 235 şikayətə baxılıb və onların müsbət həlli istiqamətində işlər görülüb. Proqramın icrası nəticəsində paytaxtımızda yaşıllıqların məhv edilməsi hallarının əhəmiyyətli dərəcədə azalması müşahidə olunub.
Qabaqlayıcı tədbirlərlə yanaşı, IDEA İctimai Birliyinin təsis edildiyi dövrdən etibarən həyata keçirdiyi genişmiqyaslı ağacəkmə aksiyaları çərçivəsində ölkə ərazisində 5 milyondan çox ağac əkilib.
IDEA-nın yaşıllaşdırma layihələrinin məqsədi ekoloji tarazlığın bərpası, təbiətə töhfə vermək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək, eləcə də ətraf mühitin mühafizəsi işində ictimai nəzarəti gücləndirməkdir.
IDEA İctimai Birliyi bütün vətəndaşları yaşıllıqların qorunmasına töhfə verməyə və üzləşdikləri qeyri-qanuni ağac kəsilməsi halları ilə bağlı yaradılan “Qaynar xətt”ə (bütün mobil operatorlar və şəhər telefonlarından 1113) məlumat verməyə çağırır.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

