/ / Elmin İnkişafı Fondu və “Thomson Reuters” şirkəti “Web of Science” mükafatları-2016”nı təqdim edib
Elmin İnkişafı Fondu və “Thomson Reuters” şirkəti “Web of Science” mükafatları-2016”nı təqdim edib
09.11.2016 [00:03]
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və dünyanın tanınmış akademik nəşriyyatlarından olan “Thomson Reuters” şirkətinin birgə təşkilatçılığı ilə Azərbaycan elmi ictimaiyyəti üçün nəzərdə tutulan “Web of Science” mükafatları-2016”nın təqdimetmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Fondun icraçı direktoru Elçin Babayev tədbirin mahiyyəti haqqında məlumat verib. Bildirilib ki, mükafatçıların siyahısı təbiət elmləri, sosial və humanitar elmlər sahəsində elmin aparıcı platforması olan “Web of Science” bazasının əsasında tərtib edilib. Analiz “Thomson Reuters” və Elmin İnkişafı Fondu ilə əməkdaşlıq edən elmi tədqiqatlar və əqli mülkiyyət bölməsindən olan ekspertlər tərəfindən aparılıb.
Ölkəmizdə elmin dinamik inkişafından və dünya elminə inteqrasiyası istiqamətində görülən işlərdən danışan E.Babayev vurğulayıb ki, artıq Azərbaycanı elmi ixtiraların istifadəçisinə yox, bu ixtiraların müəllifinə çevirmək lazımdır. Biz bununla qısa vaxtda regionun elm mərkəzinə çevrilə bilərik. Bu, ölkə Prezidenti tərəfindən qarşımıza qoyulan vacib vəzifələrdən biridir.
EİF-in icraçı direktoru mükafata layiq görülənləri təbrik edib, onlara Azərbaycan elminin inkişafı sahəsində fəaliyyətlərində uğurlar arzulayıb, bu istiqamətdə daha böyük nailiyyətlərin əldə olunacağına əminliyini bildirib.
“Thomson Reuters” şirkətinin elmi tədqiqatlar və əqli mülkiyyət departamentinin direktoru Oleq Utkin Bakıda elmi ictimaiyyətin nümayəndələri ilə keçirilən görüşün təmsil etdiyi qurum üçün böyük əhəmiyyət daşıdığını söyləyib. O, tədbirin təşkilinə dəstək göstərən hər kəsə “Thomson Reuters” şirkəti adından minnətdarlığını bildirib.
O.Utkin deyib: “Bu, Azərbaycanın elmi təşkilatları, elm xadimləri ilə keçirdiyimiz ilk tədbirdir. Belə görüşlərin davamlı olacağına ümid edirik. Azərbaycanın elm adamlarının “Thomson Reuters”in resurslarına yol tapması bizim üçün çox vacibdir. Bu resursların sizə müxtəlif istiqamətlərdə xidmət edəcəyinə ümidvarıq”.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İbrahim Quliyev AMEA ilə “Thomson Reuters” şirkətinin əməkdaşlığından, alimlərimizin məqalələrinin impakt faktorlu beynəlxalq jurnallarda dərc olunmasından və bu yazılara istinadların ildən-ilə çoxalmasından danışıb. Jurnal redaktorları üçün keçiriləcək seminarın əhəmiyyətini qeyd edən akademik ölkədə nəşr olunan beynəlxalq elmi jurnalların sayının artacağına əminliyini bildirib.
Təhsil nazirinin müavini Ceyhun Bayramov Azərbaycanda elmin, təhsilin inkişafından, bu istiqamətdə aparılan islahatlardan, həyata keçirilən tədbirlərdən söz açıb. Alimlərimizin uğurlarından danışan nazir müavini son illər elm adamlarımızın reytinqinin yüksəldiyini, onların elmi məqalələrinə 1500-dən çox istinadın olduğunu diqqətə çatdırıb. Dünya elminə inteqrasiya üçün xarici dil bilməyin əhəmiyyətini qeyd edən C.Bayramov deyib ki, Azərbaycan dilində tədris olunan ixtisaslar üzrə xarici dillərin tədrisi, eyni zamanda, xarici dillərdə bir sıra ixtisaslaşmalarda tədrisin təşkili məsələsi daim diqqət mərkəzindədir. Bu istiqamətdə aparılan işlərin prioritet istiqaməti olaraq qarşıya qoyduğumuz mühüm hədəf kimi bütün ali təhsil müəssisələrinin laboratoriya bazalarının yenilənməsini, müxtəlif ixtisas və ixtisaslaşmalar üzrə tədqiqatların aparılması üçün müasir laboratoriyalarla təchiz edilməsi səviyyəsinin yaxsılaşdırılmasını vacib məsələ hesab edirik. Bu sahədə ali məktəblərin, AMEA-nın institutlarının və bir sıra sənaye müəssisələrinin birgə fəaliyyəti nəticəsində qısa vaxtda yüksək nəticələr əldə edilə bilər. Yaxın vaxtlarda biz həmkar təşkilatlara bu istiqamətdə bir sıra təkliflər təqdim edəcəyik və əminəm ki, bu, ümumi işimizə çox müsbət təsir göstərəcək.
Sonra beynəlxalq meyarlar əsas götürülməklə ən məhsuldar qurum, nüfuzlu elmi jurnal və alimlər mükafatlandırılıblar.
“Thomson Reuters” şirkəti və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Elmin inkişafına görə” ən yüksək mükafatına “Ən yaxşı tədqiqat universiteti” nominasiyasında Bakı Dövlət Universiteti və “Ən yaxşı tədqiqat institutu” nominasiyasında isə AMEA-nın Fizika İnstitutu layiq görülüb.
Digər nominasiyalar üzrə mükafatlar da sahiblərinə təqdim olunub.
Mükafatlandırma mərasimindən sonra Azərbaycanda nəşr olunan elmi jurnalların redaktorları üçün “Thomson Reuters” və Elmin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə elm və əqli mülkiyyət üzrə aparıcı mütəxəssislər tərəfindən “Azərbaycanın elmi jurnalları: beynəlxalq səviyyəyə doğru irəliləyiş” mövzusunda seminar-təlim keçirilib. Tədbirdə uğurlu, müasir beynəlxalq səviyyəli elmi jurnalın formalaşdırılması, inkişaf etmiş ölkələrdə elmi nəşrin beynəlxalq səviyyədə tanıdılması, elmi əsərlərin keyfiyyətinin artırılması, elmi jurnalların və əsərlərin beynəlxalq referativ bazalarda istinadların maksimuma çatdırılması ilə bağlı diskussiyalar aparılıb. Bundan əlavə, seminar-təlimdə inkişaf etməkdə olan ölkələrdə elmi jurnalların inkişaf tendensiyaları müzakirə olunub, həmçinin beynəlxalq verilənlər bazalarında işin optimallaşması barədə məlumat verilib. Belə seminar-təlimlərin mütəmadi keçirilməsi nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
04 Oktyabr 15:18
Dünya
04 Oktyabr 14:45
Dünya
04 Oktyabr 13:32
Dünya
04 Oktyabr 12:20
Dünya
04 Oktyabr 11:19
Dünya
04 Oktyabr 10:23
Analitik
04 Oktyabr 09:43
Sosial
04 Oktyabr 09:05
İdman
04 Oktyabr 08:45
Sosial
03 Oktyabr 22:24
Hadisə
03 Oktyabr 21:18
Sosial
03 Oktyabr 20:31
Dünya
03 Oktyabr 19:17
Dünya
03 Oktyabr 18:23
Dünya
03 Oktyabr 17:40
Siyasət
03 Oktyabr 16:56
Dünya
03 Oktyabr 16:26
Dünya
03 Oktyabr 15:32
Hadisə
03 Oktyabr 14:58
Dünya
03 Oktyabr 14:19
Dünya
03 Oktyabr 13:25
Siyasət
03 Oktyabr 13:05
Sosial
03 Oktyabr 13:02
Siyasət
03 Oktyabr 12:18
Siyasət
03 Oktyabr 11:37
Siyasət
03 Oktyabr 11:25
Gündəm
03 Oktyabr 11:03
Siyasət
03 Oktyabr 10:54
Gündəm
03 Oktyabr 10:39
Gündəm
03 Oktyabr 09:22
Siyasət
03 Oktyabr 08:57
İdman
02 Oktyabr 23:56
İdman
02 Oktyabr 23:05
Elm
02 Oktyabr 22:39
İqtisadiyyat
02 Oktyabr 22:22
Sosial
02 Oktyabr 22:04
İqtisadiyyat
02 Oktyabr 21:43
Elm
02 Oktyabr 21:29
İqtisadiyyat
02 Oktyabr 21:27
Elm
02 Oktyabr 20:52
Sosial
02 Oktyabr 20:31
Siyasət
02 Oktyabr 20:19
Siyasət
02 Oktyabr 20:17
Elm
02 Oktyabr 19:06
Elm
02 Oktyabr 18:45
Dünya
02 Oktyabr 18:34
Mədəniyyət
02 Oktyabr 18:17
Siyasət
02 Oktyabr 18:13
Siyasət
02 Oktyabr 18:11
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:03
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:00
Sosial
02 Oktyabr 17:56
Dünya
02 Oktyabr 17:51
Sosial
02 Oktyabr 17:44
Sosial
02 Oktyabr 17:21
Gündəm
02 Oktyabr 16:14
Dünya
02 Oktyabr 16:12
Siyasət
02 Oktyabr 15:50
Sosial
02 Oktyabr 14:53
Siyasət
02 Oktyabr 14:32
Sosial
02 Oktyabr 14:32
Siyasət
02 Oktyabr 14:26
Mədəniyyət
02 Oktyabr 14:10
Siyasət
02 Oktyabr 13:49
İqtisadiyyat
02 Oktyabr 13:48
İqtisadiyyat
02 Oktyabr 13:27

