QARABAĞ MƏLİKLƏRİ erməni deyildilər
07.12.2016 [09:42]
Mirzə Adıgözəl bəyin, Mirzə Camal Cavanşirin erməni məlikləri kimi təqdim etdikləri Qarabağ məlikləri erməni deyildilər. Onlar Lori dərəsindən, Arpa çayı boyundan, Göyçə gölü vadisindən Qarabağa köçüb gələn xristian türklər idilər.
Qafqaz canişinlərinin tapşırığı ilə yazılan bu əsərlərdən elə bir elmi yenilik gözləmək olmazdı. Eyni zamanda, bizim rus poqonlu mirzələr qədim mənbələri bilmirdilər. Yalnız Abbasqulu ağa Bakıxanov yunan və latın tarixçilərinin bəzilərinin əsərləri ilə tanış idi.
Qarabağ məlikləri xristian olsalar da, müsəlman adı daşıyırdılar: Məlik Həsən, Məlik Şahnəzər, Məlik Allahqulu, Məlik Usub, Məlik Ulubab, Məlik Hüsü, Məlik Hətəm və b. (Qarabağnamələr 2006. s.43-45). Bu da onunla bağlıdır ki, Cənubi Qafqazın zadəgan nəsilləri Bizans ilə xilafətin arasında qaldıqlarına görə dəfələrlə gah xristian, gah müsəlman olmuşdular.
Yalnız Dizax məlikləri olan Yeqan övladları İslam dinini çox sonralar - Nadir şahın zamanında qəbul etdilər.
Yeqan və Yuqan çox qədim türk nəsilləridir. Əbdürrəşid əl-Bakuviyə (XIV əsr) görə, Yaqan Nuh peyğəmbərin nəvəsi, Samın oğludur (Bakuvi 1992. s.99).
Kesariyalı Prokopiyə görə, imperator Yustinianın Eqan adlı qoşun başçısı vardı. O, mənşəcə hun idi (Trever 1959. s.193). Övliya Çələbi yazır ki, macarların XVI əsrin sonlarında Yaqanoğlu soyadlı bir tayfa başçısı olmuşdur (Gvliə Çelebi 1983. s.231).
Bu məlumat onu göstərir ki, vaxtilə hun tayfa ittifaqına daxil olan yaqanların bir qolu Macarıstanda yurd salmış, bir qolu Bizans ərazisinə köçmüşdür.
Yaqanlar və yuqanlar orta əsr tarixçilərinin əsərlərində türk nəsilləri kimi xatırlanırlar. Xarəzmşah Təkəşin bir qızı Yaqandağdu ləqəbi ilə məşhur idi (Petruşevskiy 1949. s.244). Bayburtlu Osmanın yazdığına görə, oğuzların Yaqan adlı bəyi olmuşdur. Yaqan bəy Anadolunun fəthində iştirak etmişdir (Bartolğd 1999. s.238).
Osmanlıların Yaqan sultan adlı başqa bir əmiri 1589-cu ildə Yalançı İsmayılla döyüşdə öldürülmüşdü (Faruk Sümər 1992. s.284). Bundan başqa, XVI əsrdə İranda yaşayan Ustaclu tayfası arasında Yuqan tirəsi müşahidə edilmişdi (Petruşevskiy 1949. s.94).
Yaqan etnonimi totem mənşəlidir. Ön Asiyanın qədim iltisaqi dillərində vəhşi buğanın bir növünə yaqan deyilir (Marr 1903. s.77). Düşünürəm ki, yaqan və yak eyni heyvanın adlarıdır.
Bizans ordusunda xidmət edən yaqanlar, berendeylər, qıpçaqlar xristian olsalar da, bəzən müsəlman soydaşlarının tərəfini saxlayırdılar. Belə hadisələrdən biri də 1071-ci ildə Malazgird döyüşü ərəfəsində baş vermişdi.
Alp Arslan görəndə ki, Bizans ordusunun sağ cinahında qıpçaqlar, sol cinahında peçeneqlər düzülüblər, öz sərkərdəsi Qoşqarı duz-çörəklə onların yanına göndərdi. Xahiş etdi ki, əcdadlarının ruhuna hörmət olaraq yunanların tərəfini saxlamasınlar.
Peçeneqlərlə qıpçaqlar ismarışı alan kimi atların başını döndərib döyüş meydanından uzaqlaşdılar. Bizim Qoşqar dağı qıpçaqların Qoşqar nəslinin yaylağı olmuşdur. Qoşqarlar xristianlığın ilk illərində Albaniya çarlarının adından Sərir mahalını idarə edirdilər (İstoriə Aqvan 1861. s.42-43). Sərir mahalı sonrakı Şərurdur. Əbdürrəşid Bakuvi yazır ki, Sərir əhalisi aslan ürəyinə sitayiş edir.
Qarabağın iki məliyi: Məlik Şahnəzər və Məlik Allahqulu türklüyü xristianlıqdan üstün tutaraq Pənah xanın tərəfini saxlayırdı. Çox maraqlıdır ki, Məlik Şahnəzərin nəslindən bir nəfər sovet dönəmində Dağlıq Qarabağ vilayət partiya komitəsinin I katibi oldu. Onun vaxtında vilayətin azərbaycanlı əhalisinə təzyiqlər azaldı.
200 nəfər erməni kommunistinin imzası ilə Şahnazarova göndərilən hədə məktubunda belə bir cümlə var: Biz sənin nəslinin ermənilərə nələr etdiyini bilirik.
Məlik Allahqulu necə ermənidir ki, onun qərargahı Ağoğlan qalası idi? Laçın rayonundakı Ağoğlan məbədi xristianlıqdan qabaq qıpçaqların müqəddəs ziyarətgahı olmuşdur. Məlik Şahnəzər necə ermənidir ki, Çanaqçı kəndində düşmənlərdən müdafiə olunurdu? Çanaqçı qədim türk nəsillərindən biridir. Oğuzlar saz və kamança tipli çanaqlı musiqi alətlərinə qopuz, qıpçaqlar və peçeneqlər çanaq deyirdilər. Bir əlində qılınc, bir əlində qopuz, çanaq tutan igidlər daha uca, daha nəcabətli igidlər sayılırdı. Bu barədə qədim türk (Çokan Valixanov I. 1984. s.218, 283-284) və Sind eposlarında maraqlı bilgilər var (Koçerqina 2007. s.24).
Məlik Şahnəzər Vərəndə məliyi idi. Vərəndə Peçenq boylarından biridir. Qot və Bizans tarixçilərinin əsərlərində onların adı Berendey şəklində yazıya alınmışdır.
Berendeylər bayraqlarına buynuzlu qoç təsviri həkk edərdilər. Başqurdlar və qazaxlar ev qoçuna beren (bu söz “baran” şəklində ruslara keçib və hazırda da semantik mənasına uyğun işlədilir), dağ qoçuna qoşqar deyirdilər (Kuzeev 1957. s.54; Baskakov 1979. s.150).
Mirzə Adıgözəl bəy yazır: Vərəndə mahalının məlikləri Məlik Şahnəzərlilərdir. Onlar çox qədim bir nəslə mənsub olub, etibar sahibidirlər. Əsilləri Göyçə zadəganlarındandır. Oradan qaçaraq Qarabağın Vərəndə mahalına gəlmişlər (Qarabağnamələr 2006. s.43).
Göyçə və ya Sunik yalnız Şahnəzər övladlarının yox, bir çox türk ellərinin tarixi vətəni və Albaniyanın bir mahalı idi. “Albaniya tarixi”ndə Göyçə mahalı Göyçay adlandırılır (Şopen 1866. s.143, 501). Bərdə şəhəri yaxınlığındakı Bərdək kilsə məclisində Göyçay keşişi iştirak etmiş, öz qəbiləsi adından kilsə qanunnaməsini imzalamışdı. Bu məlumat onu göstərir ki, Göyçay kilsəsi tarixən erməni kilsəsinə yox, Alban kilsəsinə bağlı olmuşdur.
Bizim Göyçay şəhərinin avtoxton əhalisi Göyçə mahalından Şirvana köçən göyçəli türklərin son qalıqlarıdır. Onlar göyçay adlandırdıqları müqəddəs sulara sitayiş edirdilər. Günəşin timsalı olan Saranı Arpa çayına atırdılar.
“Apardı sellər Saranı”, sadəcə, bir xalq mahnısı deyildir. Arxaik günəş və su kultunun düşüncəmizdən silinməkdə olan izləridir.
Mirzə Adıgözəl bəy yazır: Beşinci Talış mahalıdır. Məlikləri Usubdur. Əsilləri Şirvandan gəlmədir (Qarabağnamələr 2006. s.44). Əslində Şirvan, Qarabağ və Muğan düzləri tarixən tərəkəmə türklərin qışlağı, Lori, Pəmbək Göyçə mahalları yaylağı olmuşdur. 1920-ci ildə sovetləşmiş Rusiya həmin yaylaqları bizdən alıb, ermənilərə və gürcülərə verdi.
Bir jurnalist dostum danışırdı ki, sovet dönəmində bir jurnalist tanışım məni Şamaxı rayonunun Mədrəs kəndinə qonaq aparmışdı. Gördüm ki, mənimlə ermənicə söhbət edən tanışım o biri otaqda arvadı ilə başqa bir dildə danışır. Soruşdum ki, siz erməni deyilsiniz? Cavab verdi ki, yox. Bizim öz dilimiz, öz millətimiz var. Xristian olduğumuza görə kəndimizdə erməni məktəbi açıb bizi ermənicə oxutdular.
Mən 80-ci illərdə yazanda ki, Qarabağın, Şirvanın xristian kəndlərinin bəziləri erməni deyildir, ozamankı qəzet, jurnal redaktorları daş atıb, başlarını tutdular.
Bizim ədəbiyyat tarixçiləri Göyçaylı Muradı Azərbaycan dilində yazıb-yaradan erməni şairi kimi oxuculara təqdim etdilər.
Nə yaxşı ki, Salman Mümtaz o zaman Dəllək Muradın şeirlərinin bəzilərini toplayıb nəşr etdirmişdir.
Qadir Allah, budur səndən diləyim,
Sən mərdi namərdə möhtac eyləmə!
Qeybi-xəzinədən yetir ruzisin,
Sən mərdi namərdə möhtac eyləmə!
Bu misralarda nəinki erməni sözü, erməni təxəyyülü, erməni düşüncəsi yoxdur.
Erməni filoloqları Aşıq Muradı erməni aşığı hesab etmirlər. Aşıq Murad haqqında onların müntəxəbatlarında xırdaca bir məlumat belə yoxdur. Yalnız biz beynəlmiləlçilik nümunəsi göstərmişik. Qeyri-ermənini erməni eləmişik.
Ermənilər son zamanlara qədər Arpa çayı boyundakı Talış şəhərini Talin adlandırırdılar (Armənskaə anonimnaə xronika 1988. s.55). Onlar düşünürdülər ki, Azərbaycan dilçiləri Eçmiadzin yaxınlığındakı Talış kilsəsi (Marr 1922. s.20; Şopen 1852. s.43, 587) ilə Şirvan və Qarabağ ərazisindəki çoxsaylı Talış kəndləri (Ərazi 1979. s.196; Əmpolğskiy 1946. s.36) arasında etnolinqvistik bağlar taparlar.
1988-ci il hadisələrindən sonra onlar öz “elmi” düşüncələrində redaktələr etməyə başladılar. Yazdılar ki, Talin və Talış eyni şəhərin adıdır.
Ermənilərin son 20 ildə apardıqları təbliğata görə, qədim Talin camaatı elə talışlardır. Özü də həmin talışlar Azərbaycan türklərinə yox, ermənilərə qohumdur.
Bu təbliğata uyanlar, Bakıdan Tiflisə, oradan Yerevana gedənlər oldu. İstinad etdiyimiz mənbələrin təhlili göstərir ki, Göyçə və Qarabağ talışlarının farslarla ermənilərə heç bir aidiyyəti yoxdur. Onlar bizim soydaşlarımızdır. Astara, Lənkəran talışları isə atabir qardaşlarımızdır.
“Qafqaz təqvimi”nin 1916-cı il nəşrində İrəvan quberniyasının Talış kəndləri 2 yerə ayrılır: Müsəlman Talış kəndləri, xristian Talış kəndləri (Kavkazskiy kalendarğ 1916. s.133-134).
Xristian talışlar köçərilikdən əl çəkdilər. Onlar Tərtər və Qarqar çayları arasındakı meşələrdə sığnaqlar tikib, oturaq həyat tərzinə keçdilər. Köçəri talışlar isə türk və müsəlman olaraq qaldılar. Onlar monqollarla döyüşə-döyüşə Muğan düzündən cənub bölgəsinin meşələrinə çəkildilər və Zənd mənşəli əhali ilə qaynayıb-qarışdılar. Nəticədə bir neçə ləhcədən ibarət olan Talış dili və bir neçə eldən ibarət olan Talış xalqı yarandı. Bu xalqın meşəlik yerlərdə məskunlaşan qanadı oturaq və Zənd, Muğanda yaşayan qanadı köçəri və türk idi.
Muğan talışlarının türk mənşəyi haqqında ilk tədqiqatlardan biri akademik Marra aiddir. N.Y.Marr 1920-ci ildə Muğanda olarkən köçəri talışlarla oturaq talışların dillərində, adət-ənənələrində müəyyən fərqlər olduğunu görmüşdü (Marr. Talışi. Petroqrad 1922. s.3-22).
N.Y.Marr yazır: Köçəri talışlar xörəklərini qoyun ətindən hazırlayırlar, oturaq talışlar düyü yeyirlər. Oturaq talışlar meşəli dağlarda yaşayır, arana enmirlər. Köçəri talışlar Muğanda qışlayır, yayda yaylaqlara köçürlər. Onlar türklər kimi pələngə bars deyir, ata, buğaya sitayiş edirlər. Onlar irandilli deyillər. Adətlərində çoxlu Turan əlamətləri vardır. Köçəri talışların dilindəki div və qız qala sözləri türkcədir (Marr 1922. s.2, 6, 14, 17, 19, 22).
Köçəri talışların türk mənşəyini etnogenetik və etnolinqvistik faktlar təsdiq edir. Talışlar özlərini toliş adlandırırlar. V.V.Radlov XIX əsrin sonlarında görmüşdü ki, Altay dağlarının qərbində Toliş adlı xalq yaşayır (Radlov 1989. s.64) və türk dillərinin arxaik bir ləhcəsində danışırlar.
Arxeoloqlar keçən əsrin 20-ci illərində Muğanda yaşayan köçəri talışların qışlağından bürünc at fiquru (Marr 1922. s.17) və yatmış dana formasında Urartu dövrünə aid möhür tapdılar (Piotrovskiy 1959. s.37). Bürünc at və dana möhürləri akademik Marrın talış-türk etnogenetik bağları haqqında müşahidələrini təsdiq edir.
Urartu dövrü (e.ö. IX-VI əsrlər) abidələrində talış etnonimi talia formasında yazıya alınmışdır. Z.İ.Yampolskiyə və N.Y.Marra görə, Talış, Talia, Talıstan eyni köklü etnonimlərdir. Hər üç etnonim tal kökündən törəmişdir (Marr 1922. s.19; Əmpolğskiy 1961. s.15). Talia “Tal nəslindən olanlar” deməkdir. Robert Bleyxşteyner yazır ki, e.ö. II minilliyin əvvəllərində subarların Talia adlı zadəganı vardı (Bleyxşteyner 1936. s.106). Bu məlumat onu göstərir ki, tallar Ön Asiyanın qədim etnoslarından biri olmuş və şumerlərin qonşuluğunda yaşamışlar.
Azərbaycan ərazisində Tal, Tallı, Talıstan kəndlərinin varlığı (Spisok 1922. s.22, 27; Fituni 1927. s.10; İzahlı coğrafi adlar lüğəti 1964. s.218) göstərir ki, Subar və Urartu dövrünün talları Azərbaycanın qədim etnoslarından biridir.
İ.İ.Şopen yazır: Xarabalıqlarından görünür ki, Talin keçmişdə əhəmiyyətli şəhər olmuşdur (Şopen 1852. s.21, 288). Talin və ya Talış şəhəri Anberd və Aruc da adlanırdı (Şopen 1852. s.43; Abeqən 1975. s.265). An türk dillərindəki an+d sözünün köküdür. Biz indi də əllərimizi göyə tutub and içirik. Şumer və Elam kitabələrinin dilində an, en göylərlə bağlı sözlərdir.
M.X.Abeğyan yazır ki, xristianlıqdan qabaq Ermənistanda şam ağacı məbədi var idi. Həmin məbəd Aruc adlanırdı (Abeqən 1975. s.262). Türk dillərində şam kimi iynəyarpaqlı ağaclara ardıc, aruc, arça deyilir.
Yakutların inancına görə, şamanlar anadan olmurdular. Qartalın aruc və qurqan ağacının başında qurduğu yuvada yumurtadan çıxırdılar. Sonra onlar həmin ağacların budaqlarından asılan beşiklərə düşüb böyüyürdülər (Ögel 1941. s.596).
Musa Kaqankatuklu yazır: Cavanşir ərəblərin yanından qayıdanda Mamikonyan Qriqor Ararat vadisində onu qarşıladı. Özünün Aruc şəhərciyinə qonaq apardı (Albaniya tarixi 1993. s.135). Cavanşir Mamuk tayfa başçıları tərəfindən dostcasına qarşılansa da, onlarla ərəblərin əleyhinə ittifaq bağlamadı, özünə daha yaxın bildiyi Aruc nəsli ilə qohum oldu.
Ermənilər üzərində hökmran olan mamuklar erməni deyildilər. Onlar əslən Çin Türküstanından olub, III ərsdə Qafqaza köçmüşdülər. Onların şəhərinin Aruc adlanması köçəri talışların türk mənşəyini bir daha təsdiq edir.
Cavanşir Sunik knyazlarının Arucan nəslindən özünə qız seçib evləndi (Albaniya tarixi 1993. s.131). Nəzərə alsaq ki, Tal, Aruc, Arça eyni nəslin adıdır, deməli, Cavanşirin arvadı Göyçə mahalının Talış nəslindəndir. Musa Kaqankatuklunun bu məlumatı indiyədək tarixçilərin diqqətini cəlb etməmişdir. Xeyli gec olsa da, Muğan, Qarabağ, Göyçə, Pəmbək etnogenetik bağları Azərbaycan qafqazşünaslığının tədqiqat obyektinə çevrilməlidir.
Eyni aktuallıqla Azərbaycan və Talış xalqlarının birgə yaratdıqları mədəniyyət, hər iki xalqı bir-birinə bağlayan tarixi tellər Azərbaycançılıq mövqeyindən öyrənilməlidir.
Talış xanları Əmir Teymurun dönəmi bitəndə Şeyx Sədrəddinin tərəfinə keçdilər, Şeyx Heydərin Dağıstan səfərində iştirak etdilər (Xundji 1987. s.78, 86; Petruşevskiy 1949. s.92). Həsən bəy Rumlu və İsgəndər bəy Münşi onların ikisinin adını çəkir: Sarı xan, Bayandur xan (Faruk Sümər 1992. s.222; Xundji 1987. s.9, 77, 78, 86).
Sonra onlar şamlılar, ustaclılar, qaşqaylar, abdallar və b. ilə birlikdə Səfəvilər dövlətini qurdular. Bu qəhrəmanlıq Azərbaycan tarixinin şanlı səhifələrindən biridir.
İlhami Cəfərsoy
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

