“İrəli” İctimai Birliyinin V hesabat-seçki konfransı keçirilib
20.12.2016 [10:36]
Dekabrın 19-da “İrəli” İctimai Birliyinin V hesabat-seçki konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, İctimai Birliyin üzvləri əvvəlcə Fəxri xiyabana gedərək xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
“İrəli” İctimai Birliyinin təsis olunmasının 8-ci ildönümünə həsr olunan konfransda dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra konfransın işə başlaması üçün yetərsayın olduğu bildirilib, reqlament müəyyənləşdirilib.
Sonra İctimai Birliyin 2014-2016-cı illərdəki fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.
İctimai Birliyin baş katibi Azər Əmirov qurumun fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib. Məruzədə bildirilib ki, iki il ərzində İctimai Birlik ölkə gənclərinin ictimai, siyasi, iqtisadi, ekoloji, mədəni və digər sahələrdə fəallıqlarının artırılması məqsədilə 15 genişmiqyaslı layihə, o cümlədən “Mənim gənclər təşkilatım”, “Şəxsi inkişaf”, “Münaqişə tərəfi Azərbaycan”, “Xaricdən milli baxış”, “Region gənclərinin əməkdaşlıq forumu”, “Multikultural dəyərlərin təbliği”, “Azərbaycan gəncliyinə dəstək” (SAY) və s. layihələr həyata keçirib. Həmin tədbirlərdə ümumilikdə iki mindən çox gənc iştirak edib. “İrəli”nin “Bakı-2015” birinci Avropa Oyunlarına dəstək məqsədilə təşkil etdiyi kampaniyaya on minlərlə gənc qoşulub. Bununla yanaşı, “İrəli” İctimai Birliyi 1700-dək gənci əhatə edən 18 layihəni dəstəkləyib. İctimai Birliyin radiosu olan “İradio” qısa müddətdə fəaliyyətə başlamasına baxmayaraq, gənclərin sevimli radiosuna çevrilib.
Diqqətə çatdırılıb ki, son iki ildə “İrəli” İctimai Birliyi yeni üzvlərin cəlb olunmasını genişləndirmək üçün onlayn qeydiyyat sistemini daha da təkmilləşdirib. Son iki ildə 3854 gənc İctimai Birliyin sıralarına daxil olub. Bu müddətdə dörd təcrübə proqramı həyata keçirilib, dövlət qurumları və gənclər təşkilatları ilə səmərəli əməkdaşlıq davam etdirilib. Hazırda “İrəli” İctimai Birliyi 25-i yerli olmaqla, 38 qurumla tərəfdaşlıq edir.
Hesabat məruzəsi səsə qoyularaq təsdiqləndikdən sonra təşkilatın idarə heyətinin tərkibinə səsvermə keçirilib.
İctimai Birliyin sədri vəzifəsinə keçirilən səsvermə nəticəsində Mirhəsən Seyidov yenidən qurumun sədri seçilib.
M.Seyidov çıxış edərək ona göstərilən etimada görə minnətdarlığını bildirib. İctimai Birliyin sədri Azərbaycanda əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsi nəticəsində bu gün ölkə gənclərinin onlar üçün yaradılan əlverişli imkanlardan istifadə edərək mühüm uğurlar qazandıqlarını qeyd edib. Bildirib ki, İctimai Birlik ötən iki ildə qarşıya qoyulan əsas hədəflərə nail olub. Son iki ildə Azərbaycanın 60-dan çox regionunda, o cümlədən qoşunların təmas xəttində müxtəlif tədbirlər keçirilib. “İrəli” İctimai Birliyi “Bakı-2015” birinci Avropa Oyunları zamanı olduğu kimi, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının da təbliğində fəal iştirak edir.
M.Seyidov “İrəli” İctimai Birliyi ilə səmərəli əməkdaşlığa görə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinə, Gənclər və İdman Nazirliyinə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Fonduna və digər qurumlara minnətdarlığını bildirib.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək yeni heyətə təbriklərini çatdırıb, qurumun növbəti illərdə də böyük uğurlar qazanacağına əminliyini ifadə edib. Bildirib ki, bu gün Azərbaycanda gənclər hərəkatı dinamik inkişaf dövrünü yaşayır. Ölkəmizdə gənclər təşkilatlarının uğurlu fəaliyyətini dəstəkləyən bir sıra dövlət qurumları fəaliyyət göstərir.
Hazırda Azərbaycanda 300-dən çox gənclər təşkilatının olduğunu vurğulayan nazir müavini “İrəli” İctimai Birliyinin fəallığı ilə seçildiyini diqqətə çatdırıb. Qeyd edib ki, İctimai Birlik reallaşdırdığı layihələrlə ölkəmizin inkişafına töhfə vermək istəyən gənclərin təşəbbüslərinin həyata keçirilməsinə şərait yaradır. Ulu öndər Heydər Əliyev daim Azərbaycanda yüksək intellektli, vətənpərvər gənclərin yetişməsinə çalışırdı. Sevindirici haldır ki, Azərbaycandakı gənclər təşkilatlarının, o cümlədən “İrəli” İctimai Birliyinin üzvləri olan gənclərimiz ölkəmizin inkişafında fəal iştirak edirlər.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev müstəqilliyin ilk illərində hakimiyyət uğrunda mübarizə aparan qüvvələrin gəncləri siyasi oyunların alətinə çevirdiklərini bildirib. Qeyd edib ki, Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra gənclər sahəsində dövlət siyasəti formalaşdırıldı, bu sahəyə yüksək diqqət və qayğı göstərilməyə başlandı. Ümummilli liderin parlamentdə gənclərlə görüşü, Gənclər və İdman Nazirliyinin yaradılması ilə bağlı Fərmanı dahi rəhbərin bu sahəyə göstərdiyi diqqət və qayğının bariz göstəricisidir.
V.Quliyev deyib ki, dövlət gənclər siyasətini uğurla inkişaf etdirən Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində bu sahədə Dövlət proqramları qəbul olunur, mühüm tədbirlər reallaşdırılır. Bunun sayəsində bu gün Azərbaycan gəncləri istər yerli, istərsə də beynəlxalq səviyyədə mühüm uğurlar qazanırlar. Bu gün ölkəmizdə fəaliyyət göstərən QHT-lər arasında gənclər təşkilatları öz fəallıqları ilə seçilirlər.
“İrəli” İctimai Birliyinin hesabat dövründəki fəaliyyətini yüksək qiymətləndirən sektor müdiri bu qurumun dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsinə qarşıdakı illərdə də mühüm töhfə verəcəyinə əminliyini bildirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılması nəticəsində müstəqil ölkəmizdə dinamik və vətənpərvər gəncliyin yetişdiyini qeyd edib. “İrəli” İctimai Birliyinin bu sahədə fəallığını xüsusi vurğulayan F.Hacıyev Fondun bu qurumla səmərəli əməkdaşlıq etdiyini söyləyib.
Sonda “İrəli” İctimai Birliyinin hesabat dövründə yüksək fəallıqları ilə seçilən üzvlərinə və bu qurumla səmərəli əməkdaşlıq edən qurumlara mükafatlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25

