2016-cı il Tərtər rayonu üçün uğurlu və yaddaqalan il olub
29.12.2016 [09:54]
Tərtərdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ümumrayon tədbiri keçirilib
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Tərtərin mərkəzi meydanında ümumrayon bayram tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin rayonun mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qarşıdan gələn əlamətdar günlər münasibətilə tərtərliləri təbrik edib, Ümummilli liderimiz Heydər Əliyevin milli həmrəyliyin möhkəmləndirilməsi sahəsində əvəzsiz xidmətlərindən, 2016-cı ildə qazanılan uğurlardan, insanların rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Başa çatan ilin bütün azərbaycanlılar kimi, tərtərlilər üçün də uğurlarla, əlamətdar günlərlə yadda qaldığını bildirən Müstəqim Məmmədov “bu gün sizlərlə birgə Ulu öndərin adını daşıyan meydanda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramını qeyd edirik. Dekabrın əvvəlində isə bu meydanda sizlərlə birgə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşıladıq. Möhtərəm Prezidentimiz və xanımı rayonumuzda içməli su xəttinin, şahmat məktəbinin, YAP rayon təşkilatının inzibati binasının, 100 yerlik uşaq bağçasının, Sarıcalı kəndində Tərtər çayı üzərində salınmış yeni körpünün, “N” saylı hərbi hissənin açılışında iştirak etdi, rayon ictimaiyyəti ilə görüşdü, aprel hadisələrində dağılmış evlərin təmiri ilə maraqlandı, Xasay İbrahimovun evində ailə üzvləri ilə birlikdə çay süfrəsi arxasında əyləşdi. Bütün bunlar dövlət başçısı tərəfindən biz tərtərlilərə göstərilən diqqət və qayğının təcəssümüdür”, - deyib.
Çıxışına davam edən Müstəqim Məmmədov bildirib ki, 2016-cı il, ümumilikdə, Tərtər rayonu üçün uğurlu və yaddaqalan olub. Tərtərdə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb, rayonun makroiqtisadi göstəriciləri yüksəlib, kənd təsərrüfatı nəzərəçarpacaq dərəcədə inkişaf edib, cəbhəyanı kəndlərdə sosial problemlərin həlli istiqamətində işlər sürətləndirilib: “Doğma Tərtərimiz dəyişib, inkişaf edib, gözəlləşib. Yollar genişləndirilib, səkilər yenidən qurulub, divarlar müxtəlif bəzək daşları ilə üzlənib. Türkiyədən gətirilmiş gecə lampaları şəhərimizə füsunkar bir gözəllik bəxş edib. Bundan başqa, cəbhə xəttinə yaxın 6 kəndimiz gecə işıqlandırması ilə təmin olunub, Qapanlı kəndinin yoluna asfalt salınıb. Yeni parklar, yolkənarı meşə zolaqları salınıb, minlərlə gül və bəzək kolları, dekorativ ağaclar əkilib, “nümunəvi məhəllə”lər salınıb. İnsanların gündəlik sosial ehtiyacları, su, işıq, qaz problemləri həll olunub”.
İcra Hakimiyyətinin başçısı deyib ki, il ərzində rayonun elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatı istiqamətində də işlər davam etdirilib.
Çıxışında hazırda icrası davam edən və gələcəkdə görülməsi nəzərdə tutulan işlər barədə də danışan natiq “hazırda Sarov kəndi ərazisində İncə çayı üzərində yerləşən qəzalı vəziyyətdə olan körpünün tikintisi davam etdirilir. Tarix-diyarşünaslıq muzeyində son tamamlama işləri aparılır. 640 şagird yerlik 6 saylı tam orta, 120 şagird yerlik Qazyan kənd ümumi orta və Seydimli kənd tam orta məktəbinin əlavə korpusunda əsaslı təmir işləri aparılır. Tezliklə məcburi köçkünlər üçün yeni qəsəbə salınacaq”, - deyib.
Bayram tədbirində 2016-cı ildə rayonun ictimai-siyasi həyatında, sosial-iqtisadi inkişafında fərqlənənlərə fəxri fərmanlar, 100 nəfərə ərzaq yardımı, 100 nəfərə isə qiymətli hədiyyələr verilib.
Bayram şənliyində Şaxta baba və Qar qız tədbir iştirakçılarına Yeni il arzularını çatdırıb, uşaqlarla birgə rəqs ediblər. Rayonun musiqi kollektivləri rəngarəng konsert proqramı ilə iştirakçılarda xoş ovqat yaradıblar.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

