Penitensiar Xidmətin kadr korpusu komplektləşdirilir
07.03.2017 [11:23]
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ədliyyə sistemində aparılan islahatlar, həmçinin kadr seçimi prosesini əhatə edir, bu məqsədlə ədliyyənin müxtəlif sahələrinə işə qəbulla bağlı açıq müsabiqə və müsahibələr keçirilir. Bu zaman dövlət siyasətinə uyğun olaraq, gənclərin işlə təminatına xüsusi diqqət yetirilir. Son illər şəffaf seçimlər əsasında yüksək hazırlıqlı, müasir texnologiyalara bələd və mənəvi cəhətdən saf 2200-dən çox gənc qulluğa qəbul olunub.
Nazirlik tərəfindən, həmçinin penitensiar və tibb xidmətlərində ixtisaslı kadrlara ehtiyac nəzərə alınaraq təhsil müəssisələri ilə səmərəli əlaqələr qurulub, o cümlədən Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Ryazan Hüquq və İdarəçilik Akademiyasında, həmçinin Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsində müvafiq olaraq, penitensiar və tibb sahələri üzrə nazirlik üçün xüsusi ixtisaslı gənc kadrlar hazırlanır. Ötən dövrdə aparılmış şəffaf seçimlər nəticəsində 950 nəfərdən çox gənc Penitensiar Xidmətdə, 380-ə yaxın mütəxəssis isə tibb xidmətinə qulluğa qəbul olunub.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu sahədə mövcud vakansiyaların operativ komplektləşdirilməsi məqsədilə şəffaflıq və aşkarlıq şəraitində müsahibələr keçirilir, namizədlərin müsabiqələrdə geniş iştiraka dəvət olunması məqsədilə ictimaiyyət ətraflı məlumatlandırılır, o cümlədən “ASAN Kadr” Karyera Mərkəzinin portalında müvafiq elanlar verilir. Davamlı olaraq, keçirilən müsahibələr nəticəsində uğur qazanmış namizədlər Ədliyyə Akademiyasında zəruri peşə bilik və bacarıqlarına yiyələnmələri məqsədilə icbari təlimə cəlb ediliblər.
Penitensiar Xidmətin fəaliyyətinin təkmilləşdirilməsinə, cəza siyasətinin humanistləşdirilməsinə və cəzaların icrası işinin müasir dövrün tələblərinə uyğun qurulmasına dair Azərbaycan Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamı bu sahədə həyata keçirilən islahatları yeni mərhələyə qaldırmaqla, nazirliyin qarşısında mühüm konkret vəzifələr müəyyən edilib, o cümlədən xidmətin layiqli kadrlarla formalaşdırılması, əməkdaşların bilik, bacarıq və praktiki vərdişlərinin inkişaf etdirilməsi və fəaliyyətlərinin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi, habelə onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tapşırıqlar verilib.
Bu günlərdə ədliyyə naziri Fikrət Məmmədovun keçirilmiş müsahibələr nəticəsində uğur qazanmış və icbari təlimdən müvəffəqiyyətlə keçərək penitensiar və tibb xidmətlərinə təyinat alan 70 gənc əməkdaşla görüşü keçirilib.
Gənclər əvvəlcə Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra Şəhidlər xiyabanında xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsi anılıb, məzarları önünə tər çiçəklər qoyulub.
Nazirlikdə keçirilmiş tədbirdə ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın davamlı tərəqqisinin, sabitliyin və təhlükəsizliyin təmin olunduğunu vurğulayıb, dövlətimizin gənclərin hərtərəfli inkişafına yüksək qayğısından bəhs edib. Məhkəmə və ədliyyə, o cümlədən penitensiar sistemdə aparılan islahatlardan geniş söhbət açan nazir dövlətimizin başçısının bu sahədə fəaliyyətin təkmilləşdirilməsi və qarşıda duran vəzifələrlə bağlı son Sərəncamı, habelə həmin xidmətdə qulluq keçmənin xüsusiyyətləri barədə məlumat verib. F.Məmmədov gənclərin işlərində məsuliyyətli olmasını, qanunçuluq, insan hüquqları, humanizm prinsiplərinə, etik davranış qaydalarına dönmədən əməl olunmasını, korrupsiya və digər neqativ halların yolverilməzliyini vurğulayıb, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Çıxış edən gənclər müstəqil Azərbaycanımızın hərtərəfli tərəqqisi naminə dövlətimizin başçısının ətrafında sıx birləşərək yorulmaz fəaliyyətində daim layiqli yardımçı olacaqlarını vurğulayıb, onlara göstərilən yüksək etimadı doğruldacaqlarına, ədliyyə işçisi adını şərəflə daşıyacaqlarına və daim uca tutacaqlarına söz veriblər.
Daha sonra təyinat almış yeni əməkdaşlar Azərbaycan Respublikasının dövlət bayrağı önündə təntənəli qaydada and içiblər.
Sonda aidiyyəti işçilərə xüsusi rütbələr verilib.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

