Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlıq uğurla davam etdirilir
08.04.2017 [12:20]
Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq, Azərbaycan Prokurorluğu beynəlxalq və regional təşkilatlarla, həmçinin digər ölkələrin prokurorluq və antikorrupsiya qurumları ilə səmərəli əməkdaşlığı davam etdirir. Həmin qurumlar arasında Beynəlxalq Prokurorlar Assosiasiyası (IAP) xüsusi yer tutur.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 3-dən 5-dək Koreya Respublikasının Busan şəhərində IAP İcraiyyə Komitəsinin 43-cü yaz iclası keçirilib.
Tədbirdə ölkəmizi Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Respublikası baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev təmsil edib.
İclasda IAP-ın Konstitusiyası və fəaliyyətini tənzimləyən digər normativ sənədlərə əlavə və dəyişikliklər, Assosiasiyanın digər beynəlxalq və regional qurumlarla qarşılıqlı münasibətləri, dünya prokurorları arasında qarşılıqlı münasibətlərin səmərəliliyinin artırılması məsələləri, habelə prokurorluq orqanlarının qarşısında duran vəzifələr müzakirə olunub.
K.Əliyev tədbirdə çıxış edərək Azərbaycan Prokurorluğu ilə IAP arasında əməkdaşlığın vacibliyini vurğulayıb, bu sahədə qarşıda duran vəzifələr və gələcək əməkdaşlığın səmərəliliyinin artırılması istiqamətində görüləcək işlər, habelə qurumun fəaliyyətinin təkmilləşdirilməsi barədə təkliflər verib.
Müzakirələr zamanı IAP-ın rəsmiləri Azərbaycan Respublikasının bu qurumla əməkdaşlığını təqdir edərək qurumun internet səhifəsinin rus versiyasının və Korrupsiyaya Qarşı Mübarizə Aparan Prokurorların Şəbəkəsinin (NACP) alt domeninin fəaliyyətinin Azərbaycan prokurorluğu tərəfindən hazırlanmasını xüsusi qiymətləndiriblər.
Azərbaycan Prokurorluğunun verdiyi töhfələrin məntiqi nəticəsi olaraq, Assosiasiyanın İcraiyyə Komitəsinin növbəti iclasının 2018-ci il aprelin 5-6-da Bakıda keçirilməsi barədə qərar yekdilliklə qəbul edilib.
Tədbir zamanı bir sıra təşkilati məsələlərə baxılıb, Şimali Amerika və Sakit okean üzrə yeni vitse-prezident vəzifələrinə namizədlər irəli sürülüb, Azərbaycan Prokurorluğunun Assosiasiya çərçivəsində fəaliyyəti xüsusi qeyd olunub. Həmçinin IAP-ın 22-ci İllik Konfransının və Ümumi Yığıncağının cari il sentyabrın 9-15-də Pekində keçirilməsi qərara alınıb.
Tədbir iştirakçıları Koreya Respublikasının baş prokuroru Kim Su Nam, habelə həmin ölkənin sabiq baş prokuroru və IAP-ın vitse-prezidenti Cun Qyu Kim ilə görüşərək faydalı fikir mübadiləsi aparıblar.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

