“Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” mövzusunda elmi konfrans
19.04.2017 [14:40]
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” mövzusunda elmi-praktik konfrans keçirilib.
AzMİU-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə konfrans iştirakçıları universitetin foyesində memarlıq abidələrimizə həsr olunan fotosərgi ilə tanış olublar. Sərgidə hazırda işğal altında olan rayonlarımızda erməni vandalizminin qurbanı olan memarlıq abidələrimizin fotoşəkilləri də yer alıb.
Tədbirdə çıxış edən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova konfransın əhəmiyyətindən söz açıb, iştirakçılara uğurlar arzulayıb. G.Məmmədova Milan Politexnik Universitetinin nümayəndələrinin tədbirdə iştirak etdiklərini bildirib, iki universitet arasındakı əməkdaşlıqdan söz açıb.
Rektor konfransın mövzusunun aktuallığını və əhəmiyyətini diqqətə çatdıraraq bildirib ki, Azərbaycanın zəngin abidələr irsi var və onların üzərində aparılan tədqiqatlar, yazılan çoxlu məqalələr, kitablar bugünkü mövzunun aktual olduğunu bir daha sübut edir. Abidələr münaqişələr, müharibələr nəticəsində ağır fəsadlara uğrayır, dağılır, sıradan çıxır. Hazırda Azərbaycanın işğal altında olan torpaqlarında memarlıq abidələri məhv edilir, erməni qəsbkarları qədim alban abidələrinin üzərində erməniləşdirmə siyasəti həyata keçirirlər. Bu da tariximizə çox böyük zərbə vurur.
AzMİU-nun memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri, memarlıq doktoru Səbinə Hacıyeva “Qarabağ memarlığının inciləri - Xudavəng və Gəncəsər” mövzusunda məruzəsində Xudavəng və Gəncəsər abidələrinin tarixindən, bugünkü real vəziyyətindən söz açıb. Qeyd edilib ki, işğal altında olan hər iki alban abidəsinin ermənilər tərəfindən 1997-2007-ci illərdə restavrasiya və konservasiyası aparılan zaman alban abidələrinə xas xüsusiyyətlər dəyişdirilib və məhv edilib.
Milan Politexnik Universitetinin dosenti, memarlıq üzrə fəlsəfə doktoru Nora Lombardini İtaliyada abidələrin bərpası istiqamətində, tarixi və müasir binalarda aparılan restavrasiya və konservasiya işlərindən danışıb, tələbə memarların bu işlərə cəlb olunmalarının əhəmiyyətini qeyd edib. O, restavrasiya layihələrinin təkcə fikirlər üzərində deyil, sənədlər üzərində də aparılmasının vacibliyini vurğulayıb.
“İrimiqyaslı infrastruktur layihələri zamanı arxeoloji abidələrin qorunması” mövzusunda məruzə ilə çıxış edən, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlı tikinti işləri zamanı abidələrin qorunmasına diqqət çəkib. O bildirib ki, 2004-cü ildə dövlət proqramı çərçivəsində regionların sosial-iqtisadi inkişafı istiqamətində böyük tikinti və quruculuq işləri aparılır, tikinti işləri zamanı abidələrimizin qorunmasına xüsusi diqqət yetirilir.
Konfransda Qala Dövlət Tarix-Etnoqrafiya qoruğunun direktoru, tarix üzrə fəlsəfə doktoru Məlahət Fərəcova, Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutunun direktoru Telman Kərimli, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Səfər Aşurov və digərləri mövzu ətrafında məruzələrlə çıxış ediblər.
Sonra məruzələr ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

