/ / Multikulturalizm Mərkəzində “Müasir Azərbaycan cəmiyyətində multikultural ənənələrin inkişafında Ulu öndər Heydər Əliyevin rolu” mövzusunda seminar keçirilib
Multikulturalizm Mərkəzində “Müasir Azərbaycan cəmiyyətində multikultural ənənələrin inkişafında Ulu öndər Heydər Əliyevin rolu” mövzusunda seminar keçirilib
25.04.2017 [09:04]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “Müasir Azərbaycan cəmiyyətində multikultural ənənələrin inkişafında Ulu öndər Heydər Əliyevin rolu” mövzusunda “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərinin tədrisi məsələlərinə həsr olunmuş növbəti metodik seminar keçirilib.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Seyfəl Həsənov tədbiri açaraq öncə Ulu öndər Heydər Əliyevin müasir Azərbaycan cəmiyyətində multikultural ənənələrin inkişafı istiqamətində həyata keçirdiyi əvəzsiz işlərdən söz açıb: “Ümummilli lider Heydər Əliyev Azərbaycanın tarixən sahib olduğu tolerantlıq ənənələrini və multikulturalizm dəyərlərini daha yüksək hüquqi və siyasi müstəviyə qaldırdı. Onun rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişafı sahəsində həyata keçirilən siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Məhz bu siyasi kursun nəticəsində multikulturalizm bu gün Azərbaycanın dövlət siyasətində prioritet istiqamətlərdəndir. Dünyanın müxtəlif ölkələrindəki ali təhsil müəssisələrində və ölkəmizdəki universitetlərdə “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədrisi də bunun parlaq sübutlarından biridir. Vaxtaşırı təşkil etdiyimiz belə seminarlar sözügedən fənlərin tədris keyfiyyətinin daha da artırılması, qarşıda duran vəzifələrin həlli, mövcud problemlərin aradan qaldırılmasını birgə müzakirə etmək, ortaq nəticələrə gəlmək məqsədi daşıyır”.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov “Azərbaycan multikulturalizmi” fənninin hazırda dünyanın 15, ölkəmizin 40 aparıcı universitetində tədris olunduğunu xatırladaraq artıq fənnin tədrisi istiqamətində müsbət təcrübə və nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb.
Etibar Nəcəfov tədris prosesinin elmi-metodiki təminatı sahəsindəki problemlərin də artıq həllini tapmaq üzrə olduğunu bildirib. Professor qeyd edib ki, “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasından “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı artıq üç dildə - Azərbaycan, rus və ingilis dillərində işıq üzü görüb və tədrislə məşğul olan müəllimlərə çatdırılıb, bu seriyadan digər nəşrlər də hazırlanır. “Azərbaycan multikulturalizmi” dərsliyi də bu günlərdə müəllim-tələbə heyətinə təqdim ediləcək.
Müxtəlif universitetlərdə adıçəkilən fənni tədris edən mütəxəssislər - Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından Rima Qafarzadə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən Azad Cəfərov, Bakı Mühəndislər Universitetindən Turac Məmmədova, Azərbaycan Texniki Universitetindən Eyyub Kərimov və Qabil Hüseynli, Azərbaycan Dövlət Pedaqoji Universitetindən Leyli Quliyeva, Polis Akademiyasından Rəhim Məcnunov, Bakı Slavyan Universitetindən Hacı Rauf, Sumqayıt Dövlət Universitetindən Adil Qurbanov, AMEA-nın Fəlsəfə İnstitutundan Elsevər Səmədov və BBMM-in Analitika şöbəsinin müdiri Rəşad İlyasovun da qatıldığı tədbirdə Ulu öndərin Azərbaycan multikulturalizminin qorunması və inkişafı sahəsində əsasını qoyduğu işlərdən söz açılıb, eləcə də tədrisin keyfiyyətinin daha da artırılması, gələcəkdə layihənin miqyasının daha da genişləndirilməsi perspektivləri nəzərdən keçirilib, irəli sürülən təkliflər müzakirə edilib.
Xəbər lenti
Hamısına baxSosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22

