“Az-Granata”nın ixrac coğrafiyası: Rusiya, ABŞ, Kanada, Almaniya, Fransa, Yaponiya, Çin...
25.04.2017 [09:08]
Ölkəmizdə məhsul bolluğunun, həmçinin ixrac potensialının yaradılmasında özünəməxsus rolu olan müəssisələrdən biri də Cənubi Qafqaz regionunda ən böyük meyvə şirəsi istehsalçılarından “Az-Granata” MMC-dir. Müəssisə meyvə şirəsi, konsentrat və kompot ilə yanaşı, şərab məhsulları da istehsal edir. Zavod meyvə qəbulu və emalı, konsentrat hazırlanması, aseptik çənlər, şüşə dolumu və qablaşdırılması, tetra pak dolumu və qablaşdırılması bölmələrindən ibarətdir. Saatda 12 ton meyvə şirəsi istehsal etmək gücünə malik olan zavodun illik potensialı 100 milyon qablaşdırma təşkil edir.
“Az-Granata” MMC-nin icraçı direktoru Rövşən Fərhadov AZƏRTAC-a müsahibəsində bildirib ki, zavod İsveç, İtaliya, Almaniya, Fransa, Bolqarıstan və Türkiyə istehsalı avadanlıqlarla təchiz olunub. MMC artıq bir neçə ildir ki, daxili və xarici bazarlarda fəaliyyətini uğurla davam etdirir. Müəssisənin 500-dək ixtisaslaşmış daimi işçi heyəti var və eyni zamanda, 300-dən çox insan mövsümi işə cəlb olunur.
Müəssisənin məhsulları ölkədaxili və xarici müştərilərin seçilən brendinə çevrilib. Yüksək keyfiyyətli xammal ehtiyacını ödəmək üçün Ağsu rayonunda 350 hektar nar, Şamaxı rayonunda isə 400 hektara yaxın üzüm bağları salınıb. Nar bağlarına Almaniyanın “Lacon” firması tərəfindən “BİO” sertifikatı verilib. Dünyanın bir çox ölkəsində orqanik məhsullara yüksək tələbatla əlaqədar müəssisənin ixrac imkanları da genişlənir.
MMC-nin meyvə bağlarından yığılan meyvələrin bir qisminin daxili və xarici bazarlarda satışa göndərildiyini, digər bir qisminin isə müəssisədə xammal kimi istifadə olunduğunu vurğulayan Rövşən Fərhadov deyib: “Əminəm ki, “Made in Azerbaijan” brendi ilə satılan məhsullarımız dünyanın bir çox yerlərində süfrələrin sevilən dadı olacaq. Artıq bir neçə ildir ki, ixracımız artan tendensiya ilə davam edir. Eyni zamanda, dövlətimizin iş adamlarına yaratdığı imkanlardan və imtiyazlardan faydalanaraq, İqtisadiyyat Nazirliyindən investisiya təşviqi sənədi alaraq zavodumuzun şərabçılıq hissəsini daha da genişləndirmək üçün yeni avadanlıqlar sifariş vermişik”.
Rusiya, Amerika Birləşmiş Ştatları, Kanada, Almaniya, Fransa, Hollandiya, Belçika, Polşa, Çexiya, Avstriya, Macarıstan, Ukrayna, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Malayziya, Yaponiya, Çin, Bəhreyn, İsrail, Avstraliya... Bu ölkələr “Az-Granata” MMC-nin “Made in Azerbaijan” brendi ilə məhsul satdığı ölkələr sırasında yer alır. Bir sözlə, ixrac coğrafiyasının sürətlə genişlənməsini MMC-də dövlətin həyata keçirdiyi sahibkarlara dəstək mexanizmi ilə əlaqələndirirlər. İxrac sənədləşmələrində aparılan islahatlar da onlardan biridir. Bu islahatlar nəticəsində ixrac üçün sərf olunan zaman da, çəkilən xərclər də azalır.
Qeyri-neft ixracatçılarının respublika müşavirəsinin iştirakçısı olan R.Fərhadov deyib: “Müşavirədə bir daha gördük ki, biz sahibkarlar hər zaman diqqət və qayğı mərkəzindəyik. Prezident İlham Əliyev sahibkarların qarşısındakı əngəllərin tamamilə qaldırılması üçün lazımi addımların atılacağını vurğuladı. Müşavirədə idxaldan asılılığın azaldılması və ixrac missiyasının şaxələndirilməsi əsas mövzular idi. Doğrudan da respublikamız idxal olunan bir çox məhsulun yerli istehsalı üçün lazımi xammal və texniki imkanlara malikdir. Dövlətimizin başçısı idxaldan asılı olan bütün sahələrə toxundu və çatışmazlıqları aradan qaldırmaq üçün tapşırıq və tövsiyələrini verdi. Sonra müvafiq qurumların rəhbərləri ilə görüşümüz oldu və burada problemləri müzakirə etdik. Bir sözlə, müşavirə çox səmərəli keçdi və əminəm ki, öz bəhrəsini verəcək”.
Xəbər lenti
Hamısına baxGündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15

