Ulu öndər Heydər Əliyevin doğum günü ədliyyə orqanlarında geniş qeyd olunub
11.05.2017 [10:18]
Dövlət müstəqilliyimizin qorunub saxlanılması, ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olunması, milli dövlətçiliyimizin möhkəmləndirilməsi, bütün sahələrdə tərəqqiyə nail olunması, o cümlədən müasir hüquq sistemimizin formalaşması, inkişafı və Ədliyyə Nazirliyinin təşəkkülü bilavasitə Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ulu öndərin anadan olmasının 94-cü ildönümü münasibətilə nazirlikdə silsilə tədbirlər təşkil edilib, o cümlədən bir qrup gənc ədliyyə orqanlarına qulluğa qəbul olunub. Heydər Əliyev muzeyində gənc əməkdaşlarla görüş keçirilib, ədliyyə işçiləri könüllü qanvermə aksiyasına qoşularaq fəallıq nümayiş etdiriblər. Həmçinin ədliyyə işçiləri və hakimlər tərəfindən mətbuatda çıxışlar edilib, nazirliyin kinozalında Ümummilli liderə həsr olunmuş filmlər, eləcə də foto-slaydlar nümayiş olunub.
Ədliyyə işçiləri mayın 10-da Fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsinə əbədi ehtiramlarını bildiriblər.
Sonra Ədliyyə Nazirliyində Ümummilli liderin doğum gününə həsr olunmuş mərasim keçirilib. Əvvəlcə əbədiyaşar liderin nazirlikdəki büstü önünə tər çiçəklər qoyulub, əziz və işıqlı xatirəsi yad edilib.
Mərasimdə dahi Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında əvəzsiz xidmətlərindən bəhs olunub. Tədbirdə iştirak edən Ümummilli lider irsinin tədqiqatçısı, “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildliyinin müəllifi, yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundova Ulu öndərlə bağlı xoş xatirələrini bölüşüb, zəngin dövlətçilik irsindən söhbət açıb. Bildirib ki, Heydər Əliyevin bənzərsiz tarixi şəxsiyyət kimi dövlətçiliyimizin təşəkkülündə və inkişafında müstəsna rolu danılmazdır. Ümummilli lider haqqında yazdığı kitabı barədə ətraflı məlumat verən E.Axundova, eyni zamanda, bu günlərdə Moskvada işıq üzü görmüş Heydər Əliyevə həsr olunan yeni üçcildliyi təqdim edib. Müəllifi olduğu “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” yeni əsəri barədə də bəhs edərək, ölkə Prezidenti İlham Əliyevin Öz xalqının əsl liderinə və müasir dövrün ən parlaq siyasi xadimlərindən birinə çevirən şəxsi keyfiyyətlərini vurğulayıb.
Ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək Ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolundan və milli dövlətçilik tariximizdə misilsiz xidmətlərindən, o cümlədən hüquqi dövlət quruculuğu naminə müstəsna fəaliyyətindən, respublikamızın məhkəmə-hüquq sisteminin, ədliyyə orqanlarının inkişafına qayğısından danışıb, Heydər Əliyev irsinin öyrənilməsində, həmçinin Azərbaycan və onun rəhbərindən bəhs edən bu əsərlərin gələcək nəsillərə dəyərli töhfə olduğunu bildirib.
Nazir Ulu öndərin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq bu gün ölkəmizin Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli davamlı tərəqqisini, təhlükəsizliyinin etibarlı qorunduğunu vurğulayıb, mötəbər beynəlxalq humanitar, mədəni forumlara, idman yarışlarına, o cümlədən bu günlərdə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edən Azərbaycanın dünyada rolunun və nüfuzunun günbəgün artdığını qeyd edib.
Çıxış edən ədliyyə işçiləri Ümummilli lider Heydər Əliyevin işıqlı xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını söyləyib, dahi rəhbərin milli özünüdərkin formalaşmasında əvəzsiz rolunu vurğulayıb, Onun dövlətçilik prinsiplərinə daim sadiq qalaraq, müstəqil Azərbaycan dövlətinin qüdrətlənməsi naminə yorulmaz fəaliyyətində Prezident İlham Əliyevə layiqli yardımçı olacaqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22

