Vergilər Nazirliyində vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüş keçirilib
31.05.2017 [09:51]
Vergilər Nazirliyində Açıq Hökumət Platformasının üzvləri, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüş keçirilib. Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva vergi orqanlarında aparılmış islahatlar və Vergi Məcəlləsində edilmiş dəyişikliklər barədə görüş iştirakçılarına məlumat verib. Bildirilib ki, dəyişikliklərin əsas məqsədi sahibkarların, xüsusilə kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın səviyyəsinin daha da yüksəldilməsi, nağdsız əməliyyatların həcminin artırılması, vergi mühtinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi və şəffaf uçotun qurulmasıdır.
Görüşdə “Nağdsız hesablaşmalar haqqında” Qanun və müvafiq olaraq Vergi Məcəlləsində bununla bağlı edilmiş əlavə və dəyişikliklərə də toxunulub. S.Musayeva dəyişikliklərin bütövlükdə ölkədə nağdsız əməliyyatların həcminin artması, pul dövriyyəsinin tənzimlənməsi, büdcə vəsaitlərinin xərclənməsində şəffaflığın təmin edilməsi, əmək haqlarının və digər ödənişlərin leqallaşması və nəticədə ölkənin beynəlxalq reytinqinin daha da artırılması məqsədi daşıdığını bildirib.
Qeyd edilib ki, müasir dövrün tələblərindən irəli gələrək maliyyə bazarının inkişafı, iqtisadiyyata investisiya qoyuluşu imkanlarının genişləndirilməsi, vahid elektron ödəniş məkanının formalaşdırılması və ölkədə nağd pul dövriyyəsinin məhdudlaşdırılması ilə əlaqədar müasir elektron ödəniş xidmətlərinin daha da təkmilləşdirilməsi, nağdsız ödənişlərin stimullaşdırılması tədbirlərinin ardıcıl olaraq davam etdirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Bu tədbirlər təsərrüfat subyektlərində maliyyə intizamının gücləndirilməsi, korporativ sektorda şəffaflığın artırılması, müşahidə oluna bilməyən iqtisadiyyatın (gizli iqtisadiyyat) həcminin azaldılması, o cümlədən vergidən yayınma hallarının aradan qaldırılmasına xidmət edir. Nağd ödənişlərin məhdudlaşdırılması ilə əlaqədar müddəaların dünyanın qabaqcıl dövlətlərinin qanunvericiliyində də əks olunması görüş iştirakçılarının nəzərinə çatdırılıb. Qeyd olunub ki, nəzarətdən kənar qalan iqtisadi əməliyyatlar bir tərəfdən dövlət büdcəsinə vergi daxilolmalarının azalmasına, digər tərəfdən isə dövlətin iqtisadi tənzimləmə üsullarının effektivliyinin aşağı düşməsinə səbəb olur.
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə müəyyən olunmuş hədəflərdən, yol xəritələrində Vergilər Nazirliyinin fəaliyyəti ilə bağlı olan istiqamətlərdən danışılarkən qeyd olunub ki, Nazirliyin əsas icraçı olduğu istiqamətlər əlverişli biznes mühitinin inkişaf etdirilməsi məqsədilə səmərəli vergi sisteminin təşviq edilməsi, kiçik və orta sahibkarlıq subyektlərində aparılan yoxlamaların optimallaşdırılması və onların risk dərəcələri əsasında aparılması, bu sahədə stimullaşdırıcı vergi islahatlarının davam etdirilməsi, kənd təsərrufatı məhsullarının daxili bazarda ticarəti üzrə uçot göstəricilərinin tənzimləmə sisteminin hüquqi əsaslarının təkmilləşdirilməsi ilə bağlıdır.
Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev vergi sistemində aparılan islahatların vətəndaş cəmiyyətinin nümayəndələri tərəfindən daim diqqətdə saxlanıldığını vurğulayıb. Bildirilib ki, son zamanlar vergi sistemində aparılan islahatlar mühüm əhəmiyyət kəsb edir və bu islahatların həyata keçirilməsində vətəndaş cəmiyyətinin iştirakı mühümdür. İqtisadiyyatın aparıcı qüvvəsi olan vergi siyasətinin təkmil şəkildə formalaşması üçün Vergilər Nazirliyinin apardığı siyasət və bu siyasətin tərkib hissələrindən biri olan ictimai qurumlarla əməkdaşlıq QHT nümayəndələri tərəfindən yüksək qiymətləndirilir.
Görüşdə vətəndaş cəmiyyəti nümayəndələrini maraqlandıran müxtəlif məsələlər barədə müzakirələr aparılıb və vətəndaş cəmiyyətinin nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22

