Bakı Amerika Mərkəzi iki ölkənin təhsil əlaqələrinin inkişafına dəstək göstərir
03.06.2017 [10:25]
Mayın 2-də Azərbaycan Dillər Universitetində (ADU) yaradılmış Bakı Amerika Mərkəzinin (BAM) fəaliyyətinin 10 illiyi qeyd edilib. Tədbir ABŞ-Azərbaycan diplomatik əlaqələrinin 25-ci ildönümünə həsr olunub.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Bakı Amerika Mərkəzinin fəaliyyətini yüksək dəyərləndirib. Diplomat qeyd edib ki, Amerika Mərkəzinin missiyası Azərbaycan ictimaiyyətini ABŞ, onun tarixi, mədəniyyəti, iqtisadiyyatı, xarici və daxili siyasəti barədə maarifləndirmək və ölkələr arasında qarşılıqlı anlaşmanı gücləndirməkdir. Bu mərkəz ABŞ-ın təhsil sistemi haqqında informasiyanın daha geniş auditoriyaya çatdırılması baxımından həyata keçirilən ən səmərəli layihələrdəndir. BAM şagirdləri, tələbələri, ABŞ-da təhsil almış məzunları, təhsil işçilərini, ingilis dilli müəllimləri və mədəniyyət sahəsində çalışanları bir araya gətirir. Fəaliyyətinə yalnız bir kitabxana otağı ilə başlamış mərkəzdə bu gün təlim otaqları, uşaq guşəsi, “Maker Space” - Yaradıcılıq Məkanı fəaliyyət göstərir.
Universitetin tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev qeyd edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın dəstəyi ilə 2007-ci ildə ADU-da açılmış Bakı Amerika Mərkəzi uğurla fəaliyyət göstərir. Yaradıcılığa əsaslanan, innovasiyaların mənbəyi olan BAM respublikamızda təhsilin inkişafında, dünya standartlarının tətbiqi prosesində fəal iştirak edir. Mərkəzdə proqram və layihələr vasitəsilə geniş maarifləndirmə işləri aparılır, yerli və xarici universitetlərlə əməkdaşlıq çərçivəsində unikal innovasiya mədəniyyəti inkişaf etdirilir, təhsilin keyfiyyəti təkmilləşdirilir.
Tədbirdə ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin keçmiş rəhbəri və hazırda Vaşinqton DC-də beynəlxalq informasiya proqramları əlaqələndiricisinin müavini vəzifəsini icra edən Conatan Henikin videomüraciəti təqdim olunub.
ABŞ-Azərbaycan diplomatik əlaqələrinin 25-ci ildönümünə həsr olunmuş inşa müsabiqəsinin qalibləri mükafatlandırılıblar.
Tədbir musiqi proqramı ilə davam etdirilib.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

