Prezident Kitabxanasında “Azərbaycan və İslam dünyası” elektron resursunun təqdimatı olub
07.06.2017 [15:09]
İyunun 6-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Azərbaycan və İslam dünyası” layihəsinin kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimini giriş sözü ilə açan Kitabxananın direktoru Mayıl Əhmədov İslam aləminin bir parçası olan, müsəlman dünyasına və eləcə də bəşəriyyətə görkəmli simalar bəxş edən Azərbaycanın hər zaman sanki bir cazibə mərkəzi olduğunu söyləyib.
Daha sonra Mayıl Əhmədov qeyd edib ki, hazırda qloballaşan dünyada gedən proseslər göstərir ki, müsəlman dünyasının əvvəlki dövrlərdə heç olmadığı qədər daha çox birliyə və həmrəyliyə ehtiyacı var. 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının və IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsinin əsas məqsədləri müsəlman aləminin birliyini möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya nümayiş etdirməkdir. Bütün bunları nəzərə alaraq Prezident Kitabxanasının əməkdaşları “Azərbaycan və İslam dünyası” adlı elektron resurs hazırlayıblar. Hələlik Azərbaycan dilində hazırlanan və 12 əsas bölmədən ibarət olan resurs http://islamworld.preslib.az/ domenində yerləşdirilib. Resursun strukturu haqqında danışan Kitabxananın direktoru deyib ki, əvvəlcə Azərbaycan haqqında qısa məlumat verilib.
“İslam” bölməsində bu dinin mahiyyəti, “Qurani-Kərim” haqqında müfəssəl şərhlər verilib. Həmçinin İslam həmrəyliyinin mahiyyəti və onu zəruri edən amillər barədə söhbət açılıb. “Qurani-Kərim” yarımbölməsində Ziya Bünyadovun və Vasim Məmmədəliyevin tərcüməsində “Qurani-Kərim”in Kitabxananın əməkdaşları tərəfindən PDF formatında hazırlanan mətni yerləşdirilib.
İslam Əməkdaşlıq Təşkilatından (İƏT) bəhs edən bölmədə qurumun tarixçəsi haqqında qısa arayış verilib, üzv dövlətlərin hər biri barədə ayrıca informasiya təqdim edilib, qurumun Zirvə görüşlərinə, Azərbaycan-İƏT əlaqələrinə və İƏT-in Ermənistanın hərbi təcavüzünə qarşı qəbul etdiyi sənədlərə dair ayrıca materiallar yerləşdirilib.
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı - ISESCO haqqındakı bölmədə təşkilatın strukturu, onun fəaliyyət istiqamətləri, xoşməramlı səfirləri və Azərbaycan-ISESCO münasibətləri barədə materiallar toplanılıb.
“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası” bölməsində təşkilatın məqsəd və vəzifələri, strukturu, qurumları, Azərbaycanla türkdilli dövlətlərin əməkdaşlığı barədə ayrı-ayrı yarımbölmələrdə istifadəçilərə məlumat verilir.
Elektron resursun maraqlı bölmələrindən biri də “İslamiada” adlanır. Bu bölmədə İslam Həmrəyliyi Oyunlarının qısa tarixçəsi və Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları barədə geniş məlumat verilir.
“Sənədlər” bölməsində yuxarıda adları sadalanan qurumlarla bağlı qəbul edilmiş qərarların, fərman və sərəncamların mətnləri, habelə Ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mövzu ilə bağlı nitqlərinin, çıxışlarının, müsahibələrinin mətnləri toplanılıb.
“E-Resurslar” bölməsində Azərbaycan və rus dillərində İslama aid kitabların elektron versiyaları, Azərbaycan, ingilis və rus dillərində məqalələrin Kitabxananın əməkdaşları tərəfindən hazırlanan elektron mətnləri yerləşdirilib.
“Biblioqrafiya” bölməsində isə mövzu ilə bağlı Azərbaycan, türk, ingilis və rus dillərində seçmə kitabların və məqalələrin biblioqrafik təsvirləri verilib.
Elektron resursun “Fotoqalereya” bölməsində Azərbaycanın İslam ölkələri ilə əlaqələrini özündə əks etdirən fotolar toplanılıb.
Mütəmadi olaraq yenilənən “Azərbaycan və İslam dünyası” elektron resursunun ingilis dilində versiyasının da hazırlanması nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxDünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22

