Dünya skautları Bakı konfransının yüksək səviyyədə təşkilindən razılıqlarını bildirirlər
17.08.2017 [10:27]
Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransı maraqlı müzakirələrlə işini davam etdirir.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları skaut hərəkatının inkişafı ilə bağlı səmərəli fikir və təcrübə mübadilələri aparır, Dünya Skaut Hərəkatı Təşkilatının beynəlxalq aləmdə gənclərin əsas təhsil hərəkatına çevrilməsi üçün vacib qərarlar qəbul edirlər. Beynəlxalq tədbirin iştirakçıları Bakı konfransının yüksək səviyyədə təşkil olunmasından razılıqlarını bildirir, ölkəmizin gözəlliyinə və xalqımızın qonaqpərvərliyinə heyran qaldıqlarını söyləyirlər.
Avstraliyalı Ross Tutin:
- Bu, mənim Azərbaycana ilk səfərimdir. Təəssüratlarım olduqca yüksəkdir. Bakıda qədimlik və müasirliyin sintezinin şahidi olmaq məndə çox böyük maraq yaratdı. Təbii ki, yeni ölkələrə səyahət etmək çox yaxşıdır. Müxtəlif xalqların mədəniyyətləri ilə tanış olursan. Əminəm ki, Bakı konfransı dünya skaut hərəkatının inkişafına mühüm töhfə verəcək.
Konfransın Avstraliyadan olan digər iştirakçısı Kris Bates:
- Yeni ölkələrə səyahət etmək əla təcrübədir. Bakıda skautların gələcək strateji planlarını müzakirə edirik. Mən Qəbələdə və Qobustanda oldum. Axşam saatlarında insanların şəhərdə gəzintisi məni valeh etdi. İçərişəhər haqqında çox eşitmişdim. Buranı görmək arzusunda idim. Çox sevinirəm ki, mənə İçərişəhərdə qalmaq qismət oldu.
Çinli Yosef Yi Leunq Lau:
- Bakı çox təmiz, səliqəli şəhərdir. Dünya Skaut Konfransının burada keçirilməsindən çox şadam, təşkilatçılıq yüksək səviyyədədir. İştirakçıların rahat şəkildə müzakirə aparmaları üçün hər cür şərait yaradılıb. Dünən İçərişəhəri gəzdim, Azərbaycan mətbəxinizin ləziz təamlarını daddım, çox gözəldir.
Uqandadan olan iştirakçı Stiv Pauleus:
- İlk dəfədir Azərbaycandayam. Belə bir konfransda iştirak etmək çox xoşdur. Azərbaycanda gedən inkişaf proseslərinin şahidi oldum. İnsanlar çox mehribandır, bizimlə dostcasına ünsiyyət qururlar.
Nigeriyalı Jaap Boot:
- Azərbaycan çox xoşuma gəldi. Bakı olduqca maraqlı şəhərdir. Belə bir şəhərlə tanışlıq, insanların qonaqpərvərliyi məndə unudulmaz hisslər yaradıb.
Konfransın uqandalı iştirakçısı Riçard Kamya:
- Bakı skautların beynəlxalq konfransına uğurla ev sahibliyi edir. Müxtəlif ölkələrin skautları burada çox faydalı müzakirələr aparırlar. Bizə yaradılan şəraitdən çox razıyıq. Hər şey əladır - hava limanından tutmuş konfransın keçirildiyi məkana qədər.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

