/ / Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin baş katibi Qafqaz Müsəlmanları İdarəsində olub
Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin baş katibi Qafqaz Müsəlmanları İdarəsində olub
18.08.2017 [09:49]
Avqustun 17-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Kral Abdulla Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin baş katibi Feysəl bin Müəmmər ilə görüşüb.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, şeyxülislam qonağın diqqətini 2017-ci ilin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsinə çəkərək, bununla əlaqədar ölkədə və xaricdə keçirilən irimiqyaslı beynəlxalq tədbirlər barədə məlumat verib. Şeyxülislam A.Paşazadə Feysəl bin Müəmmərin nəzərinə çatdırıb ki, artıq Bakıda, Pyatiqorskda, Helsinkidə və Tehranda birgə konfranslar uğurla keçirilib. İlin sonunadək isə QMİ, həmçinin İstanbul, Daşkənd, Madrid, Sankt-Peterburq, habelə Rabatda İslam həmrəyliyinə və dinlərarası dialoqa həsr olunmuş bir sıra beynəlxalq konfranslar keçirməyə hazırlaşır.
Allahşükür Paşazadə qonağı sentyabrın 8-də Moskva şəhərində Moskva və Bütün Rusiya Patriarxı ilə görüşəcəyi barədə, habelə Patriarx Kirillin təşəbbüsü ilə erməni kilsəsinin rəhbəri ilə keçiriləcək üçtərəfli görüş haqqında məlumatlandırıb. Qafqaz Müsəlmanları İdarəsinin həyata keçirdiyi fəaliyyətin önəmli hissəsinin dünya miqyasında dinlərarası dialoqun inkişafına xidmət etdiyini qeyd edən şeyxülislam Kral Abdulla Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin eyni sahədə apardığı fəaliyyəti yüksək qiymətləndirib və qonağı QMİ tərəfindən təşkil olunan tədbirlərdə iştirak etməyə dəvət edib.
Feysəl bin Müəmmər ölkəmizə səfərinin məqsədinin bu günlərdə Bakıda keçirilən 13-cü Dünya Skaut Gənclər Forumu və 41-ci Dünya Skaut Konfransında iştirak etmək olduğunu bildirib. O, baş katibi olduğu qurumun fəaliyyəti haqda məlumat verib. Qonaq ötən aprel ayında Qlobal Forumda iştirak etmək məqsədilə Bakıya ilk səfəri zamanı şeyxülislam həzrətləri ilə tanış olduğunu xatırladıb. O, QMİ sədrinin beynəlxalq nüfuzunu, habelə İslam həmrəyliyi, dinlərarası dialoqun, multikulturalizm və tolerantlıq ideyalarının inkişafına verdiyi töhfələri nəzərə alaraq onun namizədliyini Kral Abdulla Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin idarə heyətinin üzvlüyünə təqdim etmək üçün şeyxülislamın razılıq verməsini xahiş edib. İslam dininin ali məqsədlərinə, dinlərarası, mədəniyyətlərarası dialoq, sülh və həmrəylik ideyalarının bərqərar olmasına həmişə xidmət etməyə hazır olduğunu bildirən QMİ sədri namizədliyinin irəli sürülməsinə razılıq verib. Feysəl bin Müəmmər A.Paşazadəyə bu təklifi qəbul etdiyinə görə təşəkkürünü bildirib.
Görüşdə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müsaid bin İbrahim əs-Süleym və QMİ sədrinin birinci müavini Salman Musayev iştirak ediblər.
Qeyd edək ki, Kral Abdulla Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi Səudiyyə Ərəbistanı Krallığı, İspaniya və Avstriya tərəfindən təsis olunmuş beynəlxalq hökumətlərarası təşkilatdır. Qurumun əsas vəzifəsi dünyada baş verən münaqişələrin qarşısını almaq, onları aradan qaldırmaq üçün dünya səviyyəsində dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq etməkdir. Qərargahı Vyana şəhərində yerləşir. Quruma dünyanın müxtəlif ölkələrindən hər 4 ildən bir seçilən 3 müsəlman, 3 xristian, 1 yəhudi, 1 buddist və 1 induist din xadimindən ibarət idarə heyəti başçılıq edir.
Xəbər lenti
Hamısına baxAnalitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09

