Azərbaycan ilə BMT-nin Əhali Fondu arasında münasibətlər yüksək səviyyədədir
22.09.2017 [10:29]
BMT-nin Əhali Fondu Azərbaycanda qadın hüquqlarının müdafiəsi, məişət zorakılığı ilə mübarizə, gender bərabərliyinin təmin olunması və digər sahələrdə mühüm layihələr həyata keçirib və bu iş davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu fikir sentyabrın 21-də Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə BMT-nin Əhali Fondunun (UNFPA) Türkiyədəki nümayəndəsi, Azərbaycan, Gürcüstan və Ermənistan üzrə regional direktoru Karl Kulessanın görüşündə ifadə olunub.
Görüşdə H.Hüseynova ölkəmizdə qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığına qarşı mübarizənin gücləndirilməsi sahələrində qazanılan nailiyyətlərin Azərbaycan Prezidenti İlham Əliyevin siyasi dəstəyi sayəsində əldə olunduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, gələn il Azərbaycanda qadınlara seçmək və seçilmək hüququnun verilməsinin 100 illiyi qeyd olunacaq. Azərbaycan Şərqdə qadınlara seçib-seçilmək hüququ verən ilk ölkə olmaqla yanaşı, bu baxımdan Avropanın aparıcı ölkələrini və ABŞ-ı da qabaqlayıb. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva ölkəmizdə gender bərabərliyi məsələlərini daim diqqət mərkəzində saxlayırlar.
Komitə sədri ölkədə Azərbaycanda qaçqınların və məcburi köçkünlərin reabilitasiyası, genişmiqyaslı sosial layihələrin icrası istiqamətində ölkəmizin təcrübəsini qonaqlarla bölüşüb. Müstəqilliyin əvvəllərində Azərbaycanın çətin sınaqlarla üz-üzə qaldığını xatırladan H.Hüseynova bildirib ki, ərazilərimizin 20 faizi 25 ildir işğal altındadır, bir milyondan çox vətəndaşımız doğma yurdunda qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Azərbaycanda qaçqınların və məcburi köçkünlərin psixoloji travmalarının aradan qaldırılması istiqamətində genişmiqyaslı iş aparılır, bölgələrdə pilot layihələr həyata keçirilir. Bu sahədə BMT-nin dəstəyi mühüm rol oynayır.
Ölkəmizə altıncı dəfə səfər etməsindən məmnunluğunu ifadə edən Karl Kulessa Azərbaycanda qadınların hüquqlarının təmin olunması sahəsində görülən işlərin əhəmiyyətini vurğulayıb. Əhalinin maarifləndirilməsi sahəsində birgə layihələrin reallaşdırılmasının vacibliyini qeyd edən qonaq Azərbaycan ilə BMT-nin Əhali Fondu arasında münasibətlərin yüksək səviyyədə olduğunu və bu əməkdaşlığın davam etdirilməsinin önəmini diqqətə çatdırıb. K.Kulessa bu baxımdan Bakıda keçiriləcək “Davamlı inkişaf və gender bərabərliyi” mövzusunda konfransın əhəmiyyətindən danışıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Dünya
07 May 16:14
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04

