Nəsimi rayonunda Beynəlxalq Ahıllar Günü qeyd olunub
30.09.2017 [12:00]
Beynəlxalq Ahıllar Günü ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətində rayonun ahıl, kimsəsiz, əlil və qayğıya ən çox ehtiyacı olan vətəndaşlarının bir qrupu ilə görüş keçirilib.
Nəsimi rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, icra başçısı Asif Əsgərov hər bir ahıl vətəndaşın dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunduğunu deyib. Qeyd edilib ki, yaşlılar da cəmiyyətin bərabər hüquqlu vətəndaşlarıdır, onlara ehtiram göstərmək yüksək insani keyfiyyətdir. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində əldə olunmuş iqtisadi inkişaf son illər ərzində pensiya və minimum əmək haqlarının məbləğinin dəfələrlə qaldırılmasına imkan verib. Asif Əsgərov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ahıl və yaşlı insanlara göstərdiyi diqqət və qayğıdan danışıb, onların sosial rifahının yaxşılaşdırılması ilə əlaqədar keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.
İcra başçısı deyib ki, bu gün Nəsimi rayonunda əhalinin 4722 nəfərinin yaşı 70-dən yuxarıdır. Onlardan 2512 nəfəri kişi, 2210 nəfəri qadındır. Nəsimi rayon Əhalinin Sosial Müdafiə Mərkəzisinin sosial xidmət şöbəsində 278 nəfər tənha, əlil qeydiyyatdadır ki, onlara 27 nəfər sosial işçi xidmət göstərir. Xidmətdə olan 278 ahıl vətəndaşdan 240 nəfərinin yaşı 70-yaşdan yuxarıdır, onlardan da 189 nəfəri qadın, 51 nəfəri kişidir. Ümumi qeydiyyatda olanlardan 5 nəfəri I qrup, 37 nəfəri isə II qrup əlildir. Nəsimi rayonunda 100 yaşdan yuxarı 8 nəfər sakin yaşayır.
Böyük Vətən Müharibəsi Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Nəsimi rayon şöbəsinin sədri İsmayıl Fərəcov, Böyük Vətən Müharibəsi veteranı Ağababa İskəndərov, əmək veteranı Tamella Fərəcova və digər natiqlər rayonda ahıl və veteranlarla bağlı görülən işlərdən danışıb, onlara göstərilən qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda ahıl vətəndaşların sosial məişət məsələləri ilə bağlı təklifləri dinlənilib, müvafiq tapşırıqlar verilib.
Sonda 250 nəfərdən artıq ahıla Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

