/ / Kibercinayətkarlıqla mübarizəyə dair beynəlxalq konfransın iştirakçıları 5 saylı “ASAN xidmət” mərkəzində olublar
Kibercinayətkarlıqla mübarizəyə dair beynəlxalq konfransın iştirakçıları 5 saylı “ASAN xidmət” mərkəzində olublar
12.10.2017 [10:16]
Azərbaycan Prokurorluğunun və Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA), həmçinin Avropa İttifaqının və Avropa Şurasının birgə təşkilatçılığı ilə Bakıda keçirilən kibercinayətkarlıqla mübarizəyə dair beynəlxalq konfransın iştirakçıları oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, beynəlxalq konfransın iştirakçılarına “ASAN xidmət” mərkəzlərinin yaradılması, məqsədləri, həyata keçirdiyi xidmət növləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər qazanılıb. Azərbaycan brendi olan “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların razı salınması, onların rahatlığının və şəffaflığın təmin olunması, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiqi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasıdır.
“ASAN xidmət” mərkəzinin əsas prinsipləri operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıqdır. Vətəndaşların burada bütün növ elektron xidmətlərdən yararlanmaları üçün hər cür şərait var. “ASAN xidmət” mərkəzlərində insanlara operativ və rahat formada, müasir texnologiyalar, həmçinin innovasiyalar tətbiq edilməklə xidmət göstərilir. Burada vətəndaşların gözləmələri və vaxtlarını səmərəli keçirmələri üçün funksional yardımçı xidmətlər təqdim olunur.
Məlumat verilib ki, hazırda 11 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan beşi Bakıda, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallıdadır. Mərkəzlərdə 10 dövlət orqanı ilə yanaşı, özəl şirkət və müəssisələr tərəfindən də müxtəlif xidmətlər göstərilir. Hazırda Bakıda iki “ASAN Kommunal” mərkəzi də fəaliyyət göstərir. Bu mərkəzlərdə xidmətlər “ASAN xidmət” mərkəzlərinin fəaliyyət prinsipləri və standartları əsasında göstərilir. Azərbaycanın regionlarında səyyar “ASAN xidmət” davam etməkdədir. Hazırda 10 səyyar “ASAN xidmət” avtobusu xidmət göstərir. Cari il fevralın 1-dən səyyar “ASAN qatar” yerlərdə vətəndaşlara xidmət etməyə başlayıb.
Mərkəzlərdə vətəndaş məmnunluğunun təmini istiqamətində əldə edilən arzuolunan nəticələr də qonaqların diqqətinə çatdırılıb. Bildirilib ki, bu günədək “ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı 17 milyon 764 min 513-ə çatıb. Rəy sorğularına əsasən, 2013-cü ildən bu günədək vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 98-100 faiz arasında dəyişir.
Qeyd olunub ki, bu günədək 213 mindən çox əcnəbi və vətəndaşlığı olmayan şəxsə “ASAN Viza” sistemi vasitəsilə elektron viza verilib. Həmçinin dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək göstərmək üçün “ABAD” publik hüquqi şəxs yaradılıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə bir sıra ölkələr arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Həmçinin “ASAN xidmət” BMT-nin 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb. “ASAN xidmət”, eyni zamanda, Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən beynəlxalq müsabiqənin qalibi olub. ASAN könüllülərinin “ASAN məktub” və “ASAN kadr” layihələri qabaqcıl təcrübələr kimi, BMT-nin “Cənub-cənub əməkdaşlığı çərçivəsində qabaqcıl mexanizmlər və həllər” adlı portalına daxil edilib.
Beynəlxalq konfransın iştirakçılarına 5 saylı Bakı “ASAN xidmət” mərkəzində tətbiq olunan innovativ avadanlıq da nümayiş etdirilib. Qonaqlar mərkəzdəki nikah otağı, elektron şikayət köşkü, asanözünə xidmət, kitabxana, məlumat şöbəsi, stress otağı ilə tanış olublar.
“ASAN xidmət” mərkəzində yaradılmış şəraiti və nümunəvi iş prinsipini yüksək qiymətləndirən qonaqlar bu qurumun fəaliyyətini təqdirəlayiq hesab edib, kollektivə uğurlar arzulayıblar.
Xəbər lenti
Hamısına baxSosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Gündəm
13 İyul 09:15
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50

