Türkiyə iş adamları Azərbaycanın miqrasiya qanunvericiliyi barədə məlumatlandırılıblar
27.10.2017 [10:10]
TÜİB və ATİB “Miqrasiyanın iş adamları arasında mühüm rolu” mövzusunda işgüzar nahar təşkil edib
Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB) və Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) “Miqrasiyanın iş adamları arasında mühüm rolu” mövzusunda işgüzar nahar təşkil edib. TÜİB-dən verilən məlumata görə, tədbirə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Dövlət Miqrasiya Xidmətinin (DMX) Miqrasiya Proseslərini Tənzimləmə Baş İdarəsinin rəisi İsmayıl Abdullayev, TÜİB və ATİB üzvləri, eləcə də bu təşkilatlara üzv olmayan şirkətlərin nümayəndələri və tanınmış iş adamları qatılıblar.
Tədbirdə çıxış edən səfir Erkan Özoral Azərbaycanda türk iş adamlarının fəaliyyəti və onların ümumi iqtisadi inkişafa verdiyi töhfə barədə məlumat verib. Bununla yanaşı, səfir iş adamlarının ölkənin qanunları çərçivəsində fəaliyyət göstərməsinin vacibliyini vurğulayaraq qeyd edib ki, bu tədbir də məhz iş adamlarının miqrasiya qanunvericiliyi barədə məlumatlandırılması məqsədi daşıyır.
ATİB-in rəhbəri Camal Yanğın Azərbaycanda türk biznesi, iş adamlarının fəaliyyəti, onların dövlət qurumları ilə münasibətlərinin tarixi və bizneslə dövlət qurumları arasında əməkdaşlığın əhəmiyyətindən danışıb.
TÜİB-in rəhbəri Hüseyn Büyükfırat iş adamlarını yerli qanunlara ciddi əməl etməyə çağırıb. TÜİB rəhbəri miqrasiya qanunvericiliyinin xarici vətəndaşlar, o cümlədən iş adamları üçün əhəmiyyətini qeyd edərək, bu qanunlara əməl olunmasının vacibliyini bildirib.
İşgüzar naharda geniş təqdimatla çıxış edən Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Proseslərini Tənzimləmə Baş İdarəsinin rəisi İsmayıl Abdullayev Azərbaycanın miqrasiya qanunvericiliyi, Miqrasiya Məcəlləsi, burada xarici vətəndaşlar və iş adamları üçün nəzərdə tutulan tələblər barədə ətraflı məlumat verib. DMX təmsilçisi bildirib ki, iş adamları ilə bağlı əsas tələblər onların xaricdən gətirəcəyi əcnəbi işçilər barədə vaxtında məlumat verməsi, eləcə də viza qanunvericiliyinə əməl etmələridir. Miqrasiya xidmətinin nümayəndəsi bildirib ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən, ölkəyə xarici işçi qüvvəsinin gətirilməsi ilə bağlı kvota müəyyən edilir. İş adamlarının öz planları barədə əvvəlcədən məlumat verməsi bunun kvotada nəzərdə tutulmasına imkan yaradır.
Tədbirdə İsmayıl Abdullayev iş adamlarının çoxsaylı suallarını cavablandırıb, onları maraqlandıran məsələlərə aydınlıq gətirib. DMX təmsilçisinə ünvanlanan suallar əsasən viza qanunvericiliyi, Azərbaycanda daimi yaşayış icazəsinin alınması, viza qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan cərimə və cəzalar, eləcə də xaricdən işçi qüvvəsinin gətirilməsinə aid olub.
NADİR
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56

