Məşhur yaponiyalı oftalmoloq Akio Kanaidən daha bir xeyirxah addım
05.12.2017 [10:27]
Oftalmoloq mükafat olaraq aldığı maliyyə vəsaitini Azərbaycandakı məcburi köçkünlərin sosial problemlərinin həllinə kömək məqsədilə ayırıb
Yaponiyanın “Fuji Optical” Co.Ltd şirkətinin rəhbəri dünya şöhrətli oftalmoloq Akio Kanai bu yaxınlarda Yaponiyanın “Yomiuri” qəzetinin ən yüksək mükafatı - Yomiuri Şinbun Beynəlxalq Əməkdaşlıq Mükafatına layiq görülüb. A.Kanai həmin mükafatın 5 milyon yen həcmində maliyyə vəsaitinin Azərbaycandakı məcburi köçkünlərin sosial problemlərinin həllinə kömək məqsədilə ayrılması qərarına gəlib və bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə məktub göndərib. Bu barədə AZƏRTAC-a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq humanitar təşkilatlara ölkəmizdə yaratdığı şəffaf və sərbəst şəraitdən yararlanan “Fuji Optical” Co.Ltd şirkəti 2005-ci ildən başlayaraq hər il ölkəmizdə məcburi köçkünlərə təmənnasız oftalmoloji xidmət göstərir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş bir milyondan artıq azərbaycanlıya ən çox yardım edən ölkələrdən biri də Yaponiyadır.
“Fuji Optical” Co.Ltd şirkəti 2005-2017-ci illərdə Azərbaycandakı fəaliyyətinin yerinə yetirilməsi üçün 2,5 milyon ABŞ dollarınadək vəsait xərcləyib. Əlli minədək yüksəkkeyfiyyətli optik eynək və digər əşyalar BMT QAK-ın Azərbaycandakı fəaliyyətinə ianə kimi ölkəyə gətirilib, qaçqınlara, məcburi köçkünlərə və aztəminatlı şəxslərə paylanılıb. Ümumilikdə, 25 mindən çox qaçqın, məcburi köçkün və aztəminatlı şəxs “Fuji Optical” şirkətinin bu xeyirxah missiyasından yararlanıb.
Bu xeyirxah missiyanın artıq 12 ildir ki, həyata keçirilməsi bir daha Azərbaycan və Yaponiya hökumətləri arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu göstərir.
Görüşlərin birində Akio Kanai 35 illik fəaliyyətləri dövründə Azərbaycanda qaçqın və məcburi köçkünlər arasında həyata keçirdikləri humanitar layihələrin ən uğurlu layihələrdən biri olduğunu qeyd edib. Bu da ölkəmizə, eləcə də qaçqın və məcburi köçkünlərimizə verilən ən böyük dəyərdir.
Dünya şöhrətli optometrist hələ 2006-cı ildə BMT QAK tərəfindən təsis edilmiş “Nansen qaçqın mükafatı”na layiq görülüb və mükafat olaraq ayrılmış maliyyə vəsaiti hesabına Beyləqan rayonunun Yeni Xocavənd qəsəbəsində məcburi köçkünlər üçün artezian quyusu qazılıb istifadəyə verilib.
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

