Ulu öndər hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda qadın hərəkatına qayğı və dəstək gücləndi
09.12.2017 [00:46]
Nəsimi rayon İcra Hakimiyyətinin və rayon Ağbirçəklər Şurasının birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Ümummilli lider Heydər Əliyev və qadın siyasəti” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Nəsimi rayonunun təhsil, səhiyyə, mədəniyyət müəssisələrində, idarə və təşkilatlarında çalışan qadınlar, şəhid anaları, veteran ailələri, əmək veteranları, həmçinin rayonun ictimai həyatında fəal iştirak edən qadınlar iştirak ediblər.
Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva çıxış edərək bildirib ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlət tərəfindən qadın hərəkatına qayğı və dəstək gücləndi: “Ümummilli liderin rəhbərliyi ilə ölkəmizdə aparılan qadın siyasəti nəticəsində bu gün beynəlxalq aləmin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısı olan Azərbaycan qadınının cəmiyyətdə rolu xeyli artıb. Bu gün respublikamızda əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-qadın siyasəti Prezident İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir”.
Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva bildirib ki, Azərbaycan cəmiyyətində tarixən ağbirçəklərə, analara xüsusi hörmət olub. Xalqımızın hüquq və azadlığını daim qorumuş, onun milli şüurunun formalaşmasında, maariflənməsində böyük xidmətlər göstərmiş Ümummilli lider Heydər Əliyev qadın hərəkatını, qadınlarla bağlı məsələləri daim diqqət mərkəzində saxlayıb. O, 1969-cu ildə - respublikamıza ilk dəfə rəhbər təyin olunduqdan sonra qadınlara diqqət və qayğı göstərərək onları bilik və bacarıqlarına, istedad və intellektinə görə irəli çəkməyə, yüksək vəzifələrə təyin etməyə başlayıb. Ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə qadın hüquqlarının müdafiəsinə yönəlmiş bir sıra fərman və sərəncamlar imzalanıb. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
G.Verdiyeva vurğulayıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizin bu günü, gələcəyi üçün gördüyü işlər hər bir Azərbaycan qadını üçün nümunədir.
Tədbirdə Milli Məclis Aparatının sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova, əmək veteranı Səriyyə Əbülhəsənova və digərləri çıxış edərək Ümummilli lider Heydər Əliyevin fəaliyyətindən söhbət açıblar.
Xəbər lenti
Hamısına baxMaraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32

