Cocuq Mərcanlı məscidinin dini icması dövlət qeydiyyatına alınıb
09.12.2017 [00:53]
Dekabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) qeydiyyatdan keçmiş Cocuq Mərcanlı dini icmasına şəhadətnamə təqdim edilib.
DQİDK-dan AZƏRTAC-a bildiriblər ki, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı erməni işğalçılarına qarşı cəbhənin ön səngəri olan Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı dövlət səviyyəsində həyata keçirilən tədbirlər barədə danışaraq, Prezident İlham Əliyevin tapşırığına əsasən kənddə Şuşa məscidinin bənzəri olan məscidin inşasının ictimai, siyasi, mənəvi və ideoloji baxımdan böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
M.Qurbanlı Prezident İlham Əliyevin ölkədə milli mənəvi dəyərlərin qorunub saxlanılmasına, tarixi-mədəni və dini ibadətgahların yenidən qurulmasına, inşasına böyük əhəmiyyət verdiyini deyərək, ölkəmizdə nümunəvi dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən siyasət nəticəsində hazırda 783 dini icmanın dövlət qeydiyyatından keçdiyini, onların fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını, mütəmadi olaraq maddi dəstək göstərildiyini bildirib.
Söhbət zamanı Cocuq Mərcanlı məscidinin tikintisinin, eyni zamanda, 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsinə dəyərli töhfə olduğu xüsusi qeyd edilib.
Cocuq Mərcanlı məscidi dini icmasının sədri Elman Piriyev Azərbaycan və Şərq memarlığının nadir incilərindən sayılan tarixi Şuşa məscidinin bənzəri olan dini ibadətgahda dindarlar üçün hər cür şəraitin mövcud olduğunu bildirib. İcma sədri dini sahəyə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə bütün Cocuq Mərcanlı sakinləri adından bir daha təşəkkür edib.
Sonda Cocuq Mərcanlı məscidi dini icmasının sədrinə Dövlət Komitəsinin nəşri olan dini maarifləndirici kitablar hədiyyə edilib.
Xəbər lenti
Hamısına baxGündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38

