Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Səbail rayonunda Ulu öndərin xatirəsinə həsr olunmuş “Qəlbin yaddaşı” adlı anım tədbiri keçirilib

Səbail rayonunda Ulu öndərin xatirəsinə həsr olunmuş “Qəlbin yaddaşı” adlı anım tədbiri keçirilib

13.12.2017 [10:40]

Səbail rayonunda xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qəlbin yaddaşı” adlı anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Musiqili Teatrında keçirilən tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Səhnədəki monitorda Ulu öndər Heydər Əliyevin portreti canlandırılıb. Azərbaycanın Xalq artisti Teymur Göyçayevin bədii rəhbəri və baş dirijoru olduğu Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında İohan Sebastyan Baxın “Ariya”sı səsləndirilib. Orkestrin ifası zamanı ekranda Ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş video fraqmentlər nümayiş etdirilib.
Qeyd olunub ki, Ulu öndər Heydər Əliyev hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, vətənpərvərliyi və bütün digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxıb. Bu dahi insanın həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olub.
Xalq artisti Vaqif Əsədovun rejissorluğu ilə hazırlanmış anım mərasimi Zəlimxan Yaqubun Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə ithaf etdiyi “Böyük ömrün dastanı” poemasından şerlərlə davam etdirilib. Tədbirdə Ulu öndər Heydər Əliyevin gənclik illəri, ölkə rəhbəri kimi çalışdığı dövr, Onun Azərbaycanın inkişafı və tərəqqisi üçün gördüyü işləri əks etdirən video-fotoların nümayişi ilə Ümummilli liderin sevdiyi mahnılar ifa olunub.
Anım mərasimində Leyla Əliyevanın Ulu öndərə həsr etdiyi “Qəlbin yaddaşı” şeri səslənib.
Tədbirdə qeyd edilib ki, XX əsrin 90-cı illərində Azərbaycanın dəf etdiyi çətin, lakin şərəfli yol yalnız Heydər Əliyevin fəaliyyəti sayəsində tarixi həqiqətə çevrildiyi kimi, XXI əsrin əvvəllərinin möhtəşəm uğurları da Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin yeritdiyi siyasətin parlaq təzahürüdür.
Sonda Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ifa edilib.

Paylaş:
Baxılıb: 436 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31