Uşaq evlərində məskunlaşmış uşaqlar üçün “Ekoloji laboratoriya” təşkil olunub
27.12.2017 [10:01]
Dekabrın 26-da IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində IDEA Heyvanlara Qayğı Mərkəzində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, 1, 2 və 3 nömrəli uşaq evlərində məskunlaşmış 100 nəfərə yaxın 6-11 yaşlı uşaqların iştirakı ilə təşkil edilən təlim “Təbiətə sevgi” mövzusuna həsr olunub.
Təlim zamanı “kiçik ekoloqlar”a planetimiz haqqında maraqlı faktlar, vəhşi təbiət, ekosistem, heyvanların təsnifatı, heyvanların nəslinin tükənməsi barədə geniş məlumat verilib, o cümlədən qış fəslində təbiətdə baş verən dəyişikliklər, qar, onun quruluşu və yaranma prosesi izah olunub.
Yeni il ərəfəsində baş tutan təlim zamanı gənc ekoloqlara ətraf mühitə zərər yetirmədən Yeni il küknarının hazırlanması yolları izah olunub. Təlimin gedişində uşaqlar IDEA Heyvanlara Qayğı Mərkəzinin sevimli sakinləri olan sahibsiz it və pişiklərlə, həmçinin dovşan, tısbağa, dəniz donuzu, iquana, tutuquşu, müxtəlif növ balıqlar və s. kimi heyvanlarla tanış olub, onları yemləmək və qayğılarına qalmaq imkanı əldə ediblər. Daha sonra, uşaqlara IDEA İctimai Birliyinin xüsusi layihəsi olan “Azərbaycanın 9 möcüzəsi” silsiləsindən “Şirvan Milli Parkı” sənədli filmi nümayiş olunub.
Uşaqları yaşıllıqların qorunmasına cəlb etmək məqsədilə Mərkəzin həyətində birgə güllər əkilib və onlara qulluq qaydaları göstərilib. Tədbirin davamı olaraq, uşaqlar üçün Yeni il şənliyi və maraqlı əyləncələr təşkil edilib.
Təlimin sonunda IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatı 1, 2 və 3 nömrəli uşaq evinin kiçik ekoloqlarına Yeni il hədiyyələri təqdim edib.
Qeyd edək ki, 2015-ci ilin yanvar ayından həyata keçirilən “Uşaqlar üçün ekoloji laboratoriya” təlimi uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də onların kiçik yaşlarından ekoloji biliklərə sahib olmaları baxımından da əhəmiyyətlidir. Qeyd edək ki, layihə çərçivəsində hər ay mütəmadi olaraq iqlim dəyişmələri və qlobal istiləşmə, “yaşıl şəhər”, tullantılar və onların təkrar emalı, ilin fəsilləri və ağaclar, atmosfer çirklənməsi, ekoloji təmiz və sağlam qida, suyun xüsusiyyətləri və onun qorunması, enerji və ona qənaət, heyvanlar və onlara qayğı kimi müxtəlif ekoloji mövzuları əhatə edən təlimlər keçirilib. Ümumilikdə 1000-ə yaxın uşaq ekoloji laboratoriyanın qonağı olub.
IDEA İctimai Birliyinin Resurs Mərkəzlərində təşkil olunacaq “Uşaqlar üçün ekoloji laboratoriya”da növbəti ildən iştirakla bağlı IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaq xahiş olunur.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17

