Milli Məclisin bir qrup deputatı ahıl qadın Mədinə Əliyevanı ziyarət edib
10.01.2018 [10:19]
Məlum olduğu kimi, bu yaxınlarda Goranboy rayonu ərazisində küçədə köməksiz vəziyyətdə tapılan Mədinə Əliyeva adlı bir ahıl qadın artıq Xətai rayonunda fəaliyyət göstərən Ana Tereza adına Kimsəsizlər Evinə yerləşdirilib. Yanvarın 9-da Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən bir qrup deputatın və partiyanın Qadınlar Şurasının təşəbbüsü ilə Mədinə Əliyeva ziyarət olunub.
Milli Məclisin deputatları - YAP Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, millət vəkili Flora Qasımova və YAP Qadınlar Şurasının fəalı, Yasamal rayonu, 52 saylı tam orta məktəbin direktoru Elmira Ələsgərova ahıl qadına baş çəkiblər. Onlar Mədinə Əliyeva ilə söhbət edib, onun vəziyyəti ilə maraqlanıblar. Qeyd olunub ki, Azərbaycanda ahıl insanlara, kimsəsizlərə daim dövlət tərəfindən yüksək qayğı göstərilir. Eləcə də, qayğıya ehtiyacı olan insanlara diqqət xalqımızın mentalitetindən irəli gələn məsələdir. Ahıl qadın Mədinə Əliyevanın qarşılaşdığı problemə ictimai münasibət də bunu təsdiqləyir.
Mədinə Əliyeva da göstərilən diqqətdən razılığını bildirib, onun üçün hər cür şəraitin yaradıldığını deyib. Xeyli sayda insanın onu ziyarət etdiyini deyən ahıl qadın bu qayğının Azərbaycan xalqına xas xüsusiyyət olduğunu söyləyib.
Millət vəkilləri həmçinin M.Əliyevaya ərzaq, geyim və digər maddi yardım göstəriblər. Onlar, eyni zamanda, kimsəsizlər evinin şəraiti ilə yaxından tanış olublar.
Ana Tereza adına Kimsəsizlər Evinin əməkdaşları bildiriblər ki, Mədinə Əliyeva yanvarın 1-də bu kimsəsizlər evinə gətirilib. Onun üçün burada hər bir şərait yaradılıb.
Qeyd edək ki, bu günlərdə Daxili İşlər Nazirliyi ahıl qadın Mədinə Əliyeva ilə bağlı məlumat yayıb. Hazırda məsələ DİN-in rəhbərliyinin nəzarətindədir.
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

