Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / 20 Yanvar şəhidləri müasir tariximizin qəhrəmanlarıdır

20 Yanvar şəhidləri müasir tariximizin qəhrəmanlarıdır

20.01.2018 [01:18]

Abşeron Rayon İcra Hakimiyyətində 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlilləri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə çıxış edən Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bu faciənin xalqımızın qan yaddaşına əbədi həkk olunduğunu bildirib. Qeyd edib ki, keçmiş sovet ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhrəmanlarıdır.
“Ümummilli liderimiz Heydər Əliyev 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələrinə, əlil olmuş vətəndaşlara diqqət və qayğısını əsirgəməyib”, - deyən İradə Gülməmmədova bildirib ki, Prezident İlham Əliyev hər zaman ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərin problemlərinin həllini diqqət mərkəzində saxlayıb, onlara xüsusi diqqət və qayğı göstərib.
Görüşdə çıxış edən şəhid ailələrinin üzvləri və əlillər onlara göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Söhbət zamanı şəhid ailələrinin və 20 Yanvar əlillərinin məişət qayğıları və problemləri dinlənilib.
Tədbirin sonunda RİH tərəfindən şəhid ailələrinə və əlillərə maddi yardım göstərilib.

Paylaş:
Baxılıb: 518 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31