/ / Mübariz Qurbanlı: Bugünkü nümunəvi dövlət-din modelimiz bizim tariximizə, ənənələrimizə əsaslanır
Mübariz Qurbanlı: Bugünkü nümunəvi dövlət-din modelimiz bizim tariximizə, ənənələrimizə əsaslanır
31.01.2018 [10:11]
Şirvanda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib
Ölkəmizdə dini durumun sabitliyinin qorunması, dini dözümlülük ənənələrinin qorunub saxlanılması və radikal meyillərin qarşısının alınması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Bu fikir yanvarın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Şirvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda keçirilən regional konfransda səsləndirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, yerli hüquq mühafizə orqanları rəhbərlərinin, YAP Şirvan şəhər təşkilatı fəallarının, dini icma sədrlərinin, din xadimlərinin, ilahiyyatçıların və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konfransı Şirvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Samid Abıyev açıb. İcra Hakimiyyəti başçısının birinci müavini ölkəmizdə tolerantlıq və multikulturalizm siyasətinin bugünkü inkişaf mərhələsinə gəlib çatmasında Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin yorulmaz fəaliyyətindən söz açıb.
Şirvandakı sabit dini durum barədə məlumat verən S.Abıyev dini maarifləndirmə tədbirlərinin, dini radikalizmin fəsadlarından bəhs edən sənədli filmlərin nümayişinin əhəmiyyətindən də danışıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında bu ilin Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Xalq Cümhuriyyət İli” elan edilməsinin önəminə toxunub, müstəqil Azərbaycan Respublikasının 1918-ci ildə yaradılmış Xalq Cümhuriyyətinin siyasi varisi olduğunu bildirib. Dövlət Komitəsinin sədri qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən atılan bu mühüm addım, eyni zamanda, Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətlərinin tarixinə nəzər salmağımıza səbəb olur. Bugünkü nümunəvi dövlət-din modelimiz bizim tariximizə, ənənələrimizə əsaslanır. Sovetlər dövründə dinə qarşı təzyiqlər edilsə də, xalqımız dini-mənəvi dəyərlərə sadiqliyini qoruyub saxlaya bilib.
Mübariz Qurbanlı vurğulayıb ki, müstəqilliyimizin bərpasından sonra dövlət-din münasibətləri, ayrı-ayrı etnoslar arasında əlaqələr, hər bir xalqın mədəni-mənəvi dəyərlərinin öyrənilməsi və təbliği yeni keyfiyyət mərhələsinə qaldırılıb. Nümunəvi siyasətin bu gün yeni formada özünü göstərdiyini deyən Komitə sədri Prezidentimizin dinə qayğısının təzahürü olaraq, 2016-cı ili ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etdiyini, ötən ilin oktyabr ayında Mənəvi Dəyərlərin Təbliği Fondunun təsis edilməsi haqqında Fərman imzaladığını diqqətə çatdırıb. Bildirib ki, Fondun nizamnaməsində milli mənəvi dəyərlərimizin təbliği əsas istiqamət təşkil edir.
Dövlət Komitəsinin sədri müasir dövrdə bir sıra siyasi mərkəz və dairələrin, eləcə də bəzi ölkələrin münasibətlərində ikili standartların üstünlük təşkil etdiyini diqqətə çatdırıb, buna görə də humanist dəyərlərin arxa plana keçməsinin heç kəsə sirr olmadığını, din adı altında müxtəlif zərərli qrupların fəaliyyət göstərdiyini bildirib. M.Qurbanlı həmin qrupların dinin əsas fundamental dəyərlərindən kənara çıxaraq, zərərli təşviqatlar aparmaqla insanları din adı altında başqa məqsədlərə yönəltdiyini, onları silahlı münaqişələrə cəlb etdiyini, digər mədəniyyətlərə və dinlərə qarşı qoyduğunu vurğulayıb. Qeyd edib ki, belə bir məqamda milli mənəvi və islami dəyərlərimizin qorunub-saxlanılmasına və təşviqinə böyük ehtiyac var.
Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Hüsni Həsənov çıxışında dinə dövlət qayğısından bəhs edib. O, müstəqillik dövründə dini ibadətgahların inşa və təmir edilərək yenidən xalqın ixtiyarına verildiyini bildirib. H.Həsənov din xadimlərinin fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını, dövlət tərəfindən mütəmadi olaraq dini sahəyə maliyyə vəsaitinin ayrıldığını deyib.
Konfransın ikinci hissəsi “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda panellə davam edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov, DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, Şirvan Gənclər Evinin direktoru Əfqan Həsənov çıxış ediblər. Çıxışlarda dini radikalizmə qarşı mübarizə, cəmiyyətin, xüsusən gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin, din adı altında milli və dövlət maraqlarımıza zidd, milli mənəvi dəyərlərimizə yad ideoloji təlimlərin yayılmasının qarşısının alınmasında dini maarifləndirmənin rolu və önəmi kimi məsələlərə toxunulub.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

