Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Cocuq Mərcanlı məscidinə kitablar hədiyyə edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Cocuq Mərcanlı məscidinə kitablar hədiyyə edib

21.02.2018 [10:27]

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Cocuq Mərcanlı məscidinə kitablar hədiyyə edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət Komitəsinin sədri Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ilə birgə əvvəlcə Horadiz şəhərində “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edib.
Daha sonra Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Komitənin əməkdaşları, həmçinin bir qrup din xadimi Prezident İlham Əliyevin göstərişi ilə Cocuq Mərcanlıda tikilən Şuşa məscidinin bənzəri olan məscidə gəlib, burada respublikamızın ərazi bütövlüyü uğrunda həlak olanların ruhuna dua oxuyublar.
Komitə sədri dindarlarla söhbətində Cocuq Mərcanlıda Şuşa şəhərindəki Gövhər ağa məscidinin bənzərinin tikilməsini Prezidentin dinə olan münasibətinin bariz nümunəsi kimi qiymətləndirib. Qeyd edib ki, işğaldan azad olunmuş Cocuq Mərcanlıda Şuşa məscidinin bənzərinin tikilməsi rəmzi məna daşıyır. Cocuq Mərcanlı kəndi kimi digər işğal olunmuş torpaqlarımız da azad ediləcək, Qarabağda olan bütün abidə və ibadət yerlərimiz bərpa olunacaq.
Məscidə Dövlət Komitəsi tərəfindən nəşr olunan kitablar hədiyyə edilib.

Paylaş:
Baxılıb: 425 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31