BANM-in “2017-ci il məzunlarımız haradadır?” jurnalı nəşr olunub
20.04.2018 [10:24]
Məlum olduğu kimi, Azərbaycanın ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında yüksək bal toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi adını qazanmış ilk tələbələr 2017-ci ildə məzun oldular. Bu, BANM-in tarixində çox mühüm hadisə oldu.
Bu münasibətlə BANM “2017-ci il məzunlarımız haradadır?” adlı jurnal nəşr etdirib. Nəşrdə BANM-in rektoru Elmar Qasımov bu jurnalın hazırlanmasının məqsədini açıqlayıb. “Əsas məqsədimiz ölkəmizin ən bilikli və bacarıqlı gənclərinin - Bakı Ali Neft Məktəbinin məzunlarının karyera uğurlarını sizinlə paylaşmaqdır. Bu gün məzunlarımız onları yeni həyata hazırlayan Bakı Ali Neft Məktəbini, doğma Azərbaycanı layiqincə yerli və transmilli şirkətlərdə, eləcə də dünyanın aparıcı universitetlərində təmsil edirlər. Məzunlarımız 5 il əvvəl “Biz sizi həyata və dünyaya hazırlayırıq” çağırışımıza inanaraq ali məktəbimizi seçmişdilər. Bu gənclərin bugünkü uğurları, doğrudan da, sübut edir ki, bizə olan bu inam doğrulmuşdur. Bu etimadı qazanmaq hər bir ali təhsil müəssisəsinin kollektivi üçün böyük şərəfdir”, - deyə rektor vurğulayıb.
Ümumiyyətlə, BANM dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq tədris proqramında ən son texnoloji nailiyyətləri tətbiq edir. 2017-ci ildə bu ali məktəbdən “Neft-qaz mühəndisliyi” ixtisası üzrə 48 nəfər, “Kimya mühəndisliyi” ixtisası üzrə isə 54 nəfər olmaqla 102 nəfər məzun olub.
Jurnalda bu məzunların hər biri haqqında məlumatlar verilir. Belə ki, onların 79 nəfəri artıq aparıcı şirkət və müəssisələrdə işləməyə başlayıb. Bu müəssisələrin sırasında STAR Neft Emalı Zavodu (Türkiyə), Azneft İstehsalat Birliyi, BP, Azərkimya İstehsalat Birliyi, SOCAR Polymer və digərlərinin adını çəkmək olar.
Məzunların 33 nəfəri isə 1-i Ph.D və 32-si magistratura olmaqla ölkəmizin və dünyanın nüfuzlu ali məktəblərində təhsilini davam etdirir.
Xəbər lenti
Hamısına baxDünya
20 Sentyabr 17:39
Dünya
20 Sentyabr 16:26
Dünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19
Dünya
20 Sentyabr 12:35
Dünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11
Dünya
20 Sentyabr 10:43
Dünya
20 Sentyabr 10:17
Dünya
20 Sentyabr 09:52
İdman
20 Sentyabr 09:20
Gündəm
20 Sentyabr 08:43
Dünya
19 Sentyabr 23:30
Hadisə
19 Sentyabr 22:40
Dünya
19 Sentyabr 22:19
Siyasət
19 Sentyabr 21:35
Mədəniyyət
19 Sentyabr 21:33
Sosial
19 Sentyabr 20:25
Sosial
19 Sentyabr 19:17
Siyasət
19 Sentyabr 18:34
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32

