Azərbaycanın özü qədər əbədi Ulu öndər minnətdarlıqla yad edilib
03.05.2018 [09:39]
“Azərbaycan” qəzeti və Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatı birlikdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə tədbir keçiriblər.
AZƏRTAC xəbər verir ki, redaksiyada keçirilən tədbiri qəzetin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov açaraq Ulu öndər Heydər Əliyevin Azərbaycan mətbuatının inkişafına göstərdiyi böyük qayğı və dəstəkdən ətraflı bəhs edib. Həmçinin bildirib ki, qəzetin “Azərbaycanın özü qədər əbədi” adlı daimi rubrikası var. Bu rubrika altında Ulu öndərin həyat və fəaliyyəti barədə çoxsaylı materiallar, haqqında unudulmaz xatirələr dərc olunur. Qəzetin səhifələrində müasir Azərbaycan dövlətinin və müstəqil azad mətbuatın banisi Heydər Əliyevin siyasi xəttinə əsaslanan ölkəmizin dinamik inkişafı daim öz əksini tapır.
YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının və dövlətinin tarixində çətin dövrlər zamanı misilsiz xidmətlər göstərdiyindən danışıb. Ulu öndər Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə onu SSRİ-nin 15 respublikası sırasında son cərgələrdən önə çıxardı. SSRİ hakimiyyətində rəhbər vəzifələrdə çalışdığı illərdə də Azərbaycanın inkişafı üçün əlindən gələni etdi. 1990-cı ilin qara Yanvar hadisələrindən dərhal sonra Özünün və ailəsinin həyatını riskə ataraq haqq səsini ucaltdı. Moskvanın və Azərbaycanda “sapı özümüzdən olan baltalar”ın təzyiqlərinə baxmayaraq, xalqının harayına çatdı. Xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələrək Azərbaycanı qardaş qırğınından xilas etdi və böyük bir inkişaf yoluna çıxardı.
Tədbirdə YAP Yasamal rayon təşkilatı idarə heyətinin üzvü, akademik Qərib Məmmədov da çıxış edib. O, Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında digər misilsiz xidmətlərini qeyd etməklə yanaşı, aqrar sahənin inkişafına yönəldilmiş uzaqgörən siyasətinin əhəmiyyətindən də danışıb. Belə ki, istər 1969-cu ildə respublikaya rəhbərlik etməyə başlayanda, istərsə də 1993-cü ildə yenidən hakimiyyətə qayıdandan sonra Ümummilli lider kənd təsərrüfatında vəziyyəti öyrənməyi, müvafiq tədbirlər görməyi, torpaq islahatları aparmağı birinci dərəcəli vəzifələrdən hesab edib.
Tədbirdə Ulu öndər Heydər Əliyevin uzaqgörən sosial-iqtisadi siyasətinin, əsasını qoyduğu nəhəng işlərin bu gün Onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bir daha məmnunluqla vurğulanıb.
Tədbirin sonunda “Azərbaycan” qəzetinin bir qrup gənc əməkdaşı Yeni Azərbaycan Partiyasına üzv qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33

