25 şəhər və rayon mərkəzində su təchizatı və kanalizasiya sistemləri yenidən qurulub
28.07.2018 [09:31]
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 2018-ci ilin yanvar-iyun ayları üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində 2018-ci ilin birinci yarımilində ölkə iqtisadiyyatı dinamik inkişaf edib, bütün sahələrdə müsbət irəliləyiş təmin olunub. Bütövlükdə isə cari ilin ilk yarısının Azərbaycanın ictimai-siyasi həyatı üçün bir sıra əlamətdar hadisələrlə zəngin olduğunu diqqətə çatdıran Q.Hüseynov bildirib ki, ölkəmizdə keçirilmiş prezident seçkilərində cənab İlham Əliyev xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib, Azərbaycan Xalq Cümhuriyyətinin və Milli Ordunun yaradılmasının 100 illiyi təntənəli surətdə qeyd edilib, Bakıda Formula 1 mötəbər idman yarışı keçirilib, eyni zamanda, TANAP layihəsinin açılışı olub.
ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, “Azərsu” ASC-nin sədri 2018-ci ilin 6 ayında istehlakçılara göstərilən içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində mühüm layihələrin həyata keçirildiyini vurğulayıb: “Fevral ayında Mingəçevir, may ayında isə Xaçmaz və Xızı şəhərlərində, eləcə də Altıağac qəsəbəsində içməli su layihələrinin icrası yekunlaşıb və Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimləri keçirilib. Ümumilikdə, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanmış 50 şəhər və rayon mərkəzinin 25-də su və kanalizasiya şəbəkələrinin, 10-da isə su şəbəkələrinin inşası yekunlaşıb. İlin ötən dövründə Prezident Mingəçevir, Tovuz, Ağstafa, Şirvan, Lerik və Ağdaş şəhərlərinin su təchizatının yaxşılaşdırılması və kanalizasiya sistemlərinin yenidən qurulması, eləcə də respublikanın 13 rayonunun ümumilikdə 45 min nəfər əhalisi olan 30 yaşayış məntəqəsinin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncamlar imzalayıb”.
Qeyd olunub ki, Prezident İlham Əliyevin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2018-ci il 9 aprel tarixli Sərəncamına, həmçinin dövlət investisiya layihəsinə əsasən içməli su çatışmazlığının müşahidə edildiyi Oğuz rayonunun Astarxanovka, Vladimirovka, Qarabulaq, Ağstafa rayonunun Yeni Gün, Masallı rayonunun Məmmədxanlı, Göyçay rayonunun İkinci Ərəbcəbirli, Qusar rayonunun Aşağı Ləgər və Xızı rayonunun Yeni Yaşma kəndlərində içməli su təchizatı layihələrinin icrası yekunlaşıb. Həmin layihələr hesabına ümumilikdə 10 minə yaxın sakin keyfiyyətli içməli suya çıxış imkanı qazanıb. Bundan əlavə, dövlət başçısının “İstehlakçıların suölçən cihazlarla təmin edilməsi haqqında” sərəncamına uyğun olaraq işlər davam etdirilib.
“Azərsu” ASC-nin sədri daha sonra qeyd edib ki, 2018-ci ilin yanvar-iyun aylarında ölkə üzrə 510 kilometr içməli su və 201 kilometr kanalizasiya xətləri çəkilib. Görülmüş işlər nəticəsində 7800 nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib, 30 min 400 nəfərin su təminatı fasiləsiz rejimə keçirilib. Bununla da, fasiləsiz rejimdə su təminatının səviyyəsi ölkə üzrə 67,6 faiz təşkil edib. Ölkə üzrə abonentlərin sayğaclaşma səviyyəsi 79,4 faizə çatdırılıb.
Daha sonra “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov, Texniki-İstehsalat Departamentinin rəisi Aydın Abbasov, Binəqədi Sukanal İdarəsinin rəisi Elnur Əliyev və 1 №-li Regional Sukanal İdarəsinin rəisi Elşən Həsənzadə çıxış edərək müvafiq sahələr üzrə 2018-ci ilin yanvar-iyun ayları ərzində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat veriblər.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov iclasa yekun vuraraq görüləcək işlər və qarşıda duran vəzifələr barədə tapşırıqlarını verib. Qeyd olunub ki, bu il Ağdaş, Qəbələ, Daşkəsən və Ağcabədi şəhərlərində su və kanalizasiya şəbəkələrinin, Astara şəhərində isə su şəbəkəsinin inşası başa çatdırılacaq, eyni zamanda, sutkalıq məhsuldarlığı 140 min kubmetr olan Şəmkirçay sutəmizləyici qurğusu istismara veriləcək. Bununla yanaşı, Prezidentin sərəncamlarına uyğun olaraq Şamaxı, Gədəbəy, Lerik və Tovuz şəhərləri üçün alternativ su mənbələrinin yaradılması layihələrinin icrası tamamlanacaq.
Səhmdar cəmiyyətin sədri, həmçinin qeyd edib ki, ilin sonunadək Strateji Yol Xəritəsinə uyğun olaraq regional sukanal idarələrinin yaradılması prosesi başa çatdırılmalı, yeni elektron xidmətlərin yaradılması davam etdirilməlidir. Iclasda, həmçinin iqtisadi səmərəliliyin artırılması, elektrik enerjisi sərfiyyatının azaldılması istiqamətində tədbirlərin davam etdirilməsi, müştərilərlə işin təkmilləşdirilməsi, müştəri informasiya sisteminin əhatə dairəsinin genişləndirilməsi, çoxmənzilli binaların daxili kommunikasiya xətlərinin yenilənməsi və sayğaclaşma işlərinin sürətləndirilməsi barədə müvafiq tapşırıqlar verilib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

