Naxçıvanda taxıl emalı müəssisələrinə iyun-iyul aylarında 4 min 410 ton məhsul tədarük edilib
17.08.2018 [09:07]
Muxtar respublikada fəaliyyət göstərən və gündəlik istehsal gücü 442 ton olan taxıl emalı müəssisələrinə iyun-iyul aylarında 4 min 410 ton taxıl tədarük edilib. Qeyd edək ki, “Naxçıvan Buğda Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin taxıl anbarında yerli tədarükdən əlavə 5129 ton taxıl ehtiyatı mövcuddur.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, aqrar sektorda həyata keçirilən dövlət dəstəyi tədbirləri öz uğurlu nəticəsini verir. Bu isə kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olur. Məhz bu baxımdan taxılın strateji məhsul kimi mühüm əhəmiyyəti nəzərə alınaraq 2000-ci ildən ötən müddət ərzində taxılçılıqla məşğul olan 124 sahibkarlıq subyektinə 794 min 400 manat məbləğində dövlət maliyyə dəstəyi göstərilib.
Un və un məhsullarının keyfiyyəti də daim nəzarətdə saxlanılıb və iyun-iyul ayları ərzində 511 halda, o cümlədən 279 çörək, 181 halda unlu qənnadı məhsulları, 41 halda un, 5 halda buğda, 5 halda kəpək nümunəsi götürülərək laboratoriya müayinələrindən keçirilib. Bu cür məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəticəsində həm taxıl tədarük edilərək ehtiyat yaradılır, həm də un istehsal olunaraq muxtar respublika əhalisinin una və çörəyə tələbatı ödənilir.
Qeyd edək ki, muxtar respublikada 2018-ci ilin məhsulu üçün 32 min 483 hektar sahədə taxıl əkilib. Bunun da 30 min 925 hektarı payızlıq, 1558 hektarı yazlıq taxıldır. Taxıl zəmilərinin 22 min 632 hektarında buğda, 9851 hektarında isə arpa əkilib.
Xəbər lenti
Hamısına baxDünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19
Dünya
20 Sentyabr 12:35
Dünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11
Dünya
20 Sentyabr 10:43
Dünya
20 Sentyabr 10:17
Dünya
20 Sentyabr 09:52
İdman
20 Sentyabr 09:20
Gündəm
20 Sentyabr 08:43
Dünya
19 Sentyabr 23:30
Hadisə
19 Sentyabr 22:40
Dünya
19 Sentyabr 22:19
Siyasət
19 Sentyabr 21:35
Mədəniyyət
19 Sentyabr 21:33
Sosial
19 Sentyabr 20:25
Sosial
19 Sentyabr 19:17
Siyasət
19 Sentyabr 18:34
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56

