Bakıda keçirilən “ADEX-2018” üçüncü Beynəlxalq Müdafiə sərgisi başa çatıb
28.09.2018 [09:14]
Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda keçirilən “ADEX-2018” üçüncü Beynəlxalq Müdafiə sərgisi sentyabrın 27-də başa çatıb.
AZƏRTAC xəbər verir ki, üç gün davam edən sərgidə Türkiyə, Fransa, İsrail, Rusiya, Belarus, Pakistan, Çin və sair dövlətlər daxil olmaqla dünyanın 29 ölkəsindən 224 şirkət iştirak edib. İştirak edən dövlətlərdən 11 ölkə - Azərbaycan, Türkiyə, Rusiya, Fransa, Belarus, Çin, Pakistan, İsrail, İran, Ukrayna və Serbiya milli pavilyonları ilə təmsil olunublar.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərgi iştirakçılarına təbrik məktubu ünvanlaması və sərgidə şəxsən iştirak etməsi “ADEX-2018”in əhəmiyyətini daha da artırdı. Dövlətimizin başçısı bildirdi ki, “ADEX” sərgisi dünyanın tanınmış hərbi sənaye müəssisələrini, nüfuzlu xarici şirkət və təşkilatları, o cümlədən rəsmi nümayəndə heyətlərini və mütəxəssisləri eyni məkanda toplayaraq işgüzar əlaqələrin qurulması və yeni müqavilələrin imzalanması üçün səmərəli platformaya çevrilib.
Dövlət başçısı ziyarət zamanı Müdafiə Sənayesi Nazirliyinin stendində oldu və nümayiş etdirilən məmulatlarla yaxından tanış oldu.
Sərgini Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov, müdafiə naziri Zakir Həsənov və digər qurumların rəhbərləri də ziyarət ediblər. Dövlət rəsmiləri nümayiş etdirilən yerli məmulatları böyük maraqla izləyiblər.
“ADEX-2018” sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan məmulatlardan - 7,62 millimetrlik AZ-50 tipli avtomat, 7,62x54 millimetrlik HP-7,62 tipli hücum pulemyotu, 8,6x70 millimetrlik “Vaşaq” snayper tüfəngi, 12,7x108 millimetrlik “Mübariz” snayper tüfəngi, 12,7x108 millimetrlik ST-12,7 tipli iriçaplı snayper tüfəngi, 23x115 millimetrlik İST-23 tipli iriçaplı snayper tüfəngi, 14,5x114 millimetrlik NST-14,5 tipli iriçaplı snayper tüfəngi, 12,7 millimetrlik iriçaplı NSVT-12,7 tipli pulemyotlu məsafədən idarə olunan döyüş modulu ilk dəfə idi ki nümayiş etdirilirdi. Nümayiş etdirilən məmulatlardan AZ-50 tipli avtomat, HP-7,62 tipli hücum pulemyotu, ST-12,7 tipli iriçaplı snayper tüfəngi, İST-23 tipli iriçaplı snayper tüfəngi və digər məmulatlar iştirakçılar və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.
Sərgi çərçivəsində müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin sərgiyə qatılan ölkələrdən Türkiyə, Rusiya, Belarus, Ukrayna, İran, Özbəkistan, Serbiya, Sudan və digər ölkələrin rəsmi nümayəndə heyətləri, şirkət rəhbərləri ilə görüşləri olub. İkitərəfli görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparılıb. Eyni zamanda, nazirliyin aidiyyəti qurum rəhbərlərinin də bir sıra görüşləri olub, mövcud əməkdaşlıqların davam etdirilməsi və yeni əməkdaşlıqların qurulmasına dair danışıqlar aparılıb.
Görüşlərdə xarici nümayəndə heyətləri tədbirin yüksək səviyyədə təşkil edildiyini, sərgidə iqtisadiyyatın hərbi və müdafiə sahələrini təmsil edən dünyanın bir sıra tanınmış brendlərin geniş tərkibdə təqdim edildiyini xüsusi vurğuladılar.
Beynəlxalq nümayəndə heyətlərinin və xarici şirkətlərin “ADEX-2018” sərgisinə böyük maraq göstərməsi Azərbaycanın həm mühüm strateji tərəfdaş, həm də regionda etibarlı əlaqələrin rəmzi kimi yüksək rol və əhəmiyyətini bir daha təsdiq etdi.
Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi Türkiyə, Rusiya, Fransa, Belarus, İsrail, Pakistan, Çin, Ukrayna, Bolqarıstan, Qazaxıstan, Belarus və digər ölkələrin stendlərini ziyarət edib, nümayiş etdirilən məmulatlarla yaxındın tanış olub.
Sərgi çərçivəsində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyənin “ASELSAN” şirkəti arasında rabitə vasitələrinin birgə istehsalına dair əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Eyni zamanda, Müdafiə Sənayesi Nazirliyi ilə Müdafiə Nazirliyi arasında Silahlı Qüvvələrin rabitə vasitələrinin təchizatına dair anlaşma memorandumu imzalanıb.
Sərginin əhəmiyyətini və sərgiyə olan marağı nəzərə alaraq tədbirin üçüncü günü “Açıq gün” olub.
Sərgini ziyarət edənlər arasında yerli və beynəlxalq mütəxəssislər, hərbi ekspertlər, hərbçilər, eləcə də dövlət strukturlarının və şirkətlərin nümayəndələri, Azərbaycan Texniki Universitetinin Xüsusi texnika və texnologiya fakültəsinin tələbələri və eyni zamanda, sıravi vətəndaşlar da olub.
Tədbirin keçirildiyi üç gün ərzində nümayiş etdirilən məmulatlara izləyicilər tərəfindən göstərilən böyük maraq sərginin əhəmiyyətini əks etdirdi. “ADEX-2018” sərgisinə, eyni zamanda, yerli və xarici kütləvi informasiya vasitələri tərəfindən də böyük maraq göstərilib. Sərginin gedişi ilə bağlı mütəmadi olaraq dolğun informasiyalar yayılıb.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

