Elmira Axundovanın yeni kitablarının təqdimatı olub
13.04.2019 [09:57]
Beynəlxalq Mətbuat Mərkəzində tanınmış yazıçı-publisist, Milli Məclisin deputatı, Xalq yazıçısı, Əməkdar jurnalist Elmira Axundovanın “Həmkarlarımla üz-üzə” və “Bizim tanıdığımız Elmira...” kitablarının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, “Bizim tanıdığımız Elmira...” kitabında Elmira Axundovanın yaradıcılığına həsr olunmuş məqalə və esselər toplanıb. Burada son 15 ildə mətbuatda onun haqqında çıxan ən maraqlı və əhəmiyyətli yazılar yerləşdirilib. İkinci kitab - “Həmkarlarımla üz-üzə” isə Elmira Axundovanın müxtəlif yazılı və elektron KİV-də öz jurnalist həmkarları ilə açıq və səmimi söhbətləri - uşaqlıq illəri, valideynləri, ilk məhəbbəti, özünün maraqlı, gözlənilməz hadisələrlə dolu və sərt dönüşləri olan həyatı barədə müsahibələrindən ibarətdir.
Tədbirdə çıxış edən kitabların müəllifi Elmira Axundova onun yaradıcılığını izləyənlərə, ədəbi və ictimai fəaliyyətinə maraq göstərənlərə təşəkkürünü bildirib. O deyib: “Bu gün kitablarımın təqdimatında mən məhz jurnalist həmkarlarımı, xüsusən mənim son 15 ildə - bədii yaradıcılıqla fəal şəkildə məşğul olduğum müddətdə hər zaman mənim layihələrimi və təşəbbüslərimi dəstəkləyənləri, xaricdə keçirdiyim bütün təqdimatları, yeni çıxan kitablarımı işıqlandıranları bir yerə toplamaq istəyirdim. Bütün bunlara görə onlara çox minnətdaram. Yazıçılıq sənətinin Anar, Vaqif Səmədoğlu, Natiq Rəsulzadə kimi ustadlarının, akademik İsa Həbibbəylinin, jurnalistikanın korifeyləri Elmira Əliyeva və Qalina Mikeladzenin və bir çox başqalarının mənim haqqımda əhatəli, dərin və çox səmimi məqalələr yazdıqlarını dərk etmək mənim üçün çox xoşdur. Deməli, publisistika sahəsində mənim əməyim, kitablarım, səylərim onlarda öz güclərini və vaxtlarını sərf edərək bu cür məqalə və oçerklər yazmaq marağı oyadıb. Mən də mətbuatda haqqımda çıxan ən əhəmiyyətli və əlamətdar yazıları nəşr etməyə qərar verdim. Nəhayətində, bu, digər yazıçılar və publisistlər üçün, eləcə də çoxsaylı dostlarım və həmkarlarım üçün ədəbiyyatı tədqiq etmək sahəsində nümunə ola bilər”.
Azərbaycanın Xalq yazıçısı qeyd edib ki, jurnalistə müsahibə bir tərəfdən, informasiyaya malik olan insanla ünsiyyət zamanı ondan həmin informasiyanı əldə etmək metodudur, digər tərəfdən, publisistika janrı jurnalistin söhbət və suallar verməsi vasitəsilə həmsöhbətinin informasiyanı tam şəkildə açmasına kömək etməsidir. Ona görə də konkret müsahibə üçün lazımi yanaşmanın seçilməsi çox mühümdür. “Məndən tez-tez soruşurlar: “Bizdə müasir jurnalistikanın səviyyəsi necədir?” Mən həmişə cavab verirəm ki, Azərbaycan jurnalistikası da böyük media məkanının bir hissəsi kimi yerində saymır, irəliyə doğru addımlayır, olar bilər ki, o, regionda ən güclüsüdür. Düzünü desək, hesab edirəm ki, mən jurnalist həmkarlarım qarşısında öz borcumu hələ tam şəkildə yerinə yetirməmişəm. Elə bu səbəbdən, sizləri də həmmüəllifi hesab etdiyim “Həmkarlarımla üz-üzə” və “Bizim tanıdığımız Elmira...” kitablarını yazmaq ideyası yarandı. Bundan başqa, mənim “Dostlarımın gözəl cəhətləri...” adlı digər kitabımda tanınmış siyasi xadimlərlə yanaşı, Elmira Əmrah qızı, Nəsir İmanquliyev, Aslan Aslanov və digər adlı-sanlı jurnalistlərin bədii portretləri təqdim olunub”, - deyə müəllif qeyd edib.
Tədbirdə çıxış edən Xalq yazıçısı Natiq Rəsulzadə, Milli Məclisin deputatı Sahib Alıyev, “Kaspiy” qəzetinin baş redaktoru, Əməkdar jurnalist İlqar Hüseynov, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Kaspi” qəzetinin müxbiri Afət İslam və digərləri qeyd ediblər ki, Elmira Axundova öz kitablarında özünəməxsus düzgünlüklə, eyni zamanda, səmimi və birmənalı şəkildə bu gün cəmiyyətimizi narahat edən bir çox problemlər haqqında kəskin, bəzən isə gözlənilməz suallara cavab verir. Oxucular son otuz ildə ölkəmizin ictimai-siyasi həyatının tarixində baş verən hadisələrə tanınmış yazıçının prizmasından baxmaq imkanı əldə edirlər. Bununla yanaşı, Elmira Axundova özünün jurnalist həmkarlarını da yaddan çıxarmayıb və kitablarında onun yaradıcılığından bəhs edən kiçik yazılardan tutmuş, geniş və dərin analitik məqalələrədək bütün materialları yerləşdirib.
Elmira Axundova yüksək peşəkarlıq, insanlara və hadisələrə xeyirxah və obyektiv münasibət məktəbidir. Bu, gənc jurnalistlər nəslinə bir çox mətləbləri öyrətməyə qadir olan, onları öz fikirlərini savadlı şəkildə ifadə etməyi, peşəkarlığı, öz sözlərinə görə məsuliyyət daşımağı, Vətənini və xalqını sevməyi və onlara xidmət etməyi, prinsipial olmağı, bütün qəlbi ilə həyatını həsr etdiyi peşəsinə bağlanmağı təlqin edən məktəbdir.
Qeyd olunub ki, Elmira Axundova “Naşirin qətli”, “Şüşə saray”, “Fərmanla əfv edilib”, “Bu bizik”, “Dostlarımın gözəl cəhətləri”, “Yaşamaq dövrü”, “Elçinin fövqəlvəzifəsi”, “Həqiqət anları”, “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda”, “Anar Məmmədxanov. Kapitanın taleyi” və başqa kitabların müəllifidir. “Heydər Əliyev. Şəxsiyyət və zaman” yeddicildlik roman-tədqiqatında isə yazıçı Ümummilli Lider Heydər Əliyevin sözün əsl mənasında möhtəşəm, əbədiyaşar abidəsini yaradıb və bu abidə əsrlər boyu var olacaq.
Xüsusilə vurğulanıb ki, Elmira Axundova ədəbi yaradıcılıqla yanaşı, həm də Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edir, cəmiyyətdə olan problemlərə biganə qalmır.
Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

