Heydər Əliyev siyasəti Azərbaycana bundan sonra da böyük nailiyyətlər qazandıracaq
08.05.2019 [09:22]
Azərbaycan dövlətinin və xalqının həyatında bütün sahələrdə yüksəliş və intibahın memarı olan unudulmaz şəxsiyyət Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü respublikamızın bütün guşələrində böyük təntənə ilə qeyd olunur. Bu bir həqiqətdir ki, Heydər Əliyev kimi dahi şəxsiyyətləri zaman yüzilliklər ərzində tək-tək yetişdirir. Müstəqil Azərbaycan dövlətçiliyinin xilaskarı və qurucusu olan Ulu Öndərimizin həyatı boyu Azərbaycan naminə xidmətləri misilsizdir. Bu görkəmli şəxsiyyətin həyatı boyu Vətənə, millətə xidmətinin cövhərində yüksək mənəviyyat sahibi olması dayanır.
Dahi şəxsiyyət olaraq milli-mənəvi dəyərlərin xalqın tərəqqi və rifaha qovuşmasında əhəmiyyətini gözəl dərk edən Ulu Öndər hər zaman ümumxalq mənafeyi, dövlətçilik maraqları naminə bu dəyərli xəzinədən bəhrələnir, ona qayğı ilə yanaşırdı. Ölkəmizin yaşadığı çətin zamanlarda da Ulu Öndər dövlət quruculuğu və müstəqilliyimizin möhkəmləndirilməsi kimi ümdə məsələlərlə yanaşı, mədəni-mənəvi həyatın inkişafına xüsusi diqqət yetirirdi.
Heydər Əliyev Ümummilli Lider missiyasında ölkəmizi etnik separatçılıq, dini zəmində parçalamaq, mənəvi cəhətdən zəiflətmək, məzhəb ayrı-seçkiliyi salmaq istəyənlərin niyyətlərini puç edərək, dövlətçiliyimizi xilas etdi. Milli və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarımızı Azərbaycançılıq məfkurəsi ətrafında birləşdirərək Azərbaycan dövlətçiliyinin sarsılmaz bünövrəsini qoymuş oldu.
Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında mühüm xidmətlərindən biri də 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsidir. YAP-ın yaranması, Ümummilli Lider Heydər Əliyevin partiyaya Sədr seçilməsi respublikanın ozamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət oldu. Yeni Azərbaycan Partiyası təşkilatlanaraq öz fəaliyyətini davam etdirdi və 1993-cü ildə xalqın dəstəyi ilə hakimiyyətə gəldi.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilməsi sayəsində bu gün Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasının ən güclü təşkilatı kimi çıxış etməkdədir. Yeni Azərbaycan Partiyası ölkəmizdə davamlı islahatların həyata keçirilməsinə, ictimai-siyasi sabitliyin qorunmasına, Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artmasına misilsiz töhfələr verib. YAP həm də Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsində müstəsna rol oynayıb, partiyamızın çoxşaxəli beynəlxalq əlaqələrini uğurla davam etdirməsi nəticəsində Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılıb. Partiyamızın sıralarında birləşən qadınlar da qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün əzmlə çalışırlar.
Bu gün Prezident İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirərək Azərbaycanı yeni-yeni zəfərlərə doğru aparır. Vətənimiz Azərbaycan beynəlxalq müstəvidə təkcə enerji layihələri ilə deyil, həm də mədəniyyətləri, dinləri bir araya gətirən qabaqcıl ölkə kimi gündəmdədir. Təbii ki, burada siyasi iradə, dövlət başçımızın lider rolu böyük önəm daşıyır. Bu gün Prezident İlham Əliyevin qlobal miqyasda dəyər kəsb edən təşəbbüsləri bəşəriyyətin ümumi inkişafına, sülh və dinc birgəyaşayış amallarına xidmət edir. Humanitar, mədəniyyətlərarası dialoqa dair forumların mütəmadi olaraq Bakıda keçirilməsi, heç şübhəsiz, bu təşəbbüslərin sırasında xüsusi əhəmiyyət kəsb edir. Bu yaxınlarda Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi bu fəaliyyətin məntiqi nəticəsidir. Bu, Azərbaycana, onun rəhbərinin siyasətinə verilən dəyərin göstəricisidir. Dinlərarası, mədəniyyətlərarası əlaqələrin inkişaf etdirilməsi, milli-mənəvi irsimizin, tolerantlıq ənənələrimizin təbliği Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da fəaliyyətində önəmli yer tutur.
Beləliklə, bu gün ölkəmiz inkişafın elə bir səviyyəsindədir ki, bütün dünya üçün nümunə təşkil edir. Heydər Əliyev siyasəti Azərbaycana bundan sonra da böyük nailiyyətlər qazandıracaq.
Məhəbbət İBRAHİMOVA
YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri
Xəbər lenti
Hamısına baxDünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01

