/ / Dağlıq Qarabağın azərbaycanlı icması Qarabağ atları ilə bağlı beynəlxalq ictimaiyyətə videomüraciət ünvanlayıb
Dağlıq Qarabağın azərbaycanlı icması Qarabağ atları ilə bağlı beynəlxalq ictimaiyyətə videomüraciət ünvanlayıb
16.07.2019 [09:38]
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Qarabağ atları ilə bağlı beynəlxalq ictimaiyyətə videomüraciət ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, ingilis dilində hazırlanan və beynəlxalq təşkilatların sosial şəbəkələrdəki rəsmi hesablarına göndərilən müraciətdə qeyd olunur ki, Azərbaycanın ən məşhur at cinslərindən olan Qarabağ atları 30 ilə yaxındır Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində min illər ərzində yaşadıqları mühitdən didərgin salınıb. Qarabağ atları barədə qədim yunan tarixçisi Herodotun məşhur “Tarix” əsərində, “Kitabi-Dədə Qorqud” dastanında, rus rəssamı Vasili Vereşşaqinin qeydlərində yer alan fikirlərin xüsusi olaraq vurğulandığı videoçarxda bu atların keçmişindən də bəhs olunur. Bildirilir ki, Qarabağ xanı İbrahimxəlil xanın təşəbbüsü ilə ildə iki dəfə Cıdır düzündə Qarabağ atlarının cıdır yarışları keçirilərdi ki, bu yarışlara baxmaq üçün dünyanın müxtəlif yerlərindən səyyahlar, tarixçilər, tacirlər, dövlət xadimləri Şuşaya gələrdilər. Burada, həmçinin dünyada məşhur olan Polo oyununa bənzər Azərbaycanın qədim atüstü oyunu olan Çövkən yarışları da keçirilərdi. Məhz bunun nəticəsidir ki, Qarabağ atı ilə oynanılan Çövkən oyunu 2013-cü ildə UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Videoçarxda daha sonra vaxtilə bu atların iştirak etdiyi sərgilərdən və Böyük Britaniya Kraliçasına hədiyyə edilən Qarabağ atından bəhs olunur. Qeyd edilir ki, XIX əsrin ortalarından başlayaraq Qarabağ atları ümumdünya at sərgilərində iştirak edirdi. 1866-cı, 1869-cu və 1872-ci illərdə Moskvada, 1867-ci ildə Parisdə keçirilən sərgilərdə Qarabağ atları xüsusi mükafatlara layiq görülüb. 1956-cı ildə isə Qarabağ atlarının tarixində önəmli hadisə baş verib. Kraliça II Elizabetə “Zaman” adlı Qarabağ atı hədiyyə edilib. Bununla da Qarabağ atlarının Avropada məşhurluq dövrü başlayıb. Məhz bu hadisədən sonra Qarabağ atları bir çox avropalı tədqiqatçıların diqqətini özünə çəkib.
Videoçarxda Qarabağ atlarının xüsusiyyətləri haqda da danışılır. Vurğulanır ki, çaparaq yerişi, çevikliyi, qızılı rəngi, ayağında və alnında mil şəkilli qaşqası ilə tanınan Qarabağ atları digər at cinslərindən fərqli olaraq öz sahiblərinə daha çox sadiq olurlar. Bu atlar heç vaxt döyüş meydanında yaralı sahibini atıb getməyib. Qarabağ atını digər at cinslərindən fərqləndirən başlıca xüsusiyyət isə bu atların qapalı şəraitdə yaşamağı sevməməsidir. Qarabağ atları əsrlərboyu Roma, Ərəb, Monqol, İran atları ilə qarşılıqlı təsir nəticəsində müəyyən dəyişikliyə uğrasa da, öz spesifikliyini qoruyub saxlayıb.
Videoçarxın müraciət bölməsində isə bildirilir ki, bu gün Qarabağ atlarının yetişdirilməsi üçün Azərbaycan dövləti müxtəlif proqramlar həyata keçirir. Təəssüflər olsun ki, min illər ərzində Qafqazın Şərq ətəyində yetişdirilən Qarabağ atları indi nə Qarabağın suyundan içə, nə də onun səfalı təbiətində gəzə bilir: “Ümid edirik ki, münaqişə həll olunandan sonra köçkünlərlə bərabər Qarabağ atlarının da Qarabağa qayıdışı baş verəcək. Biz öz yurdumuzda yenidən məşhur Qarabağ atlarını yetişdirəcəyik. Cıdır düzü isə yenidən at yarışlarının keçiriləcəyi ən möhtəşəm yarış meydanı olacaq”.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

