Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ulu Öndər Heydər Əliyevin xidmətləri heç vaxt unudulmayacaq

Ulu Öndər Heydər Əliyevin xidmətləri heç vaxt unudulmayacaq

13.12.2019 [09:54]

Dekabrın 12-də Gədəbəy rayonunda Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. Öncə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanları, idarə, təşkilat-müəssisələrinin işçiləri, YAP Gədəbəy rayon təşkilatının fəalları müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsinin önünə tər gül dəstələri qoyublar.
Anım mərasimində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş məlumat verilib. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın xilaskarıdır və bu gün müasir Azərbaycan dövləti məhz əsası Ümummilli Lider tərəfindən qoyulan, Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən siyasi kursun nəticəsində həm bölgədə, həm də dünyada layiqli yer qazanıb. Çıxışlarda o da bildirilib ki, Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətləri heç vaxt unudulmayacaq.

Paylaş:
Baxılıb: 398 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31