ADA Universiteti “Pedaqogika” ixtisası üzrə yeni magistr proqramı açır
17.12.2019 [09:41]
Növbəti tədris ilindən etibarən ADA Universiteti “Pedaqogika” üzrə yeni magistr proqramı açacaq.
AZƏRTAC xəbər verir ki, bu haqda Universitetin tədris işləri üzrə prorektoru Vəfa Kazdal proqramın dekabrın 16-da keçirilən açılış mərasimində məlumat verib.
Qeyd edək ki, bu ixtisas üzrə tədris proqramı ADA üçün yenilik deyil. Son iki il ərzində ADA Universiteti və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu “Tədbiqi Pedaqogika” üzrə sertifikat proqramını birgə həyata keçirirdi. Sertifikat proqramına olan yüksək maraq və tələbatı nəzərə alaraq ADA bu ixtisas üzrə magistr təhsili təklif etmək qərarına gəlib.
Magistr proqramının məqsədi hazırda orta məktəblərdə və ali təhsil ocaqlarında fəaliyyət göstərən müəllimlərin peşəkar bacarıqlarının artırılması və yeni nəsil məktəb müəllimlərinin hazırlanmasıdır. Təhsil işçilərinin cədvəlinə uyğun olmaq üçün magistr proqramı axşam saatlarında keçirilən dərslərdə tədris ediləcək. Təhsil ingilis dilindədir. Tələbələr iki il ərzində üzərində işlədikləri tapşırıqlar və elmi işlərini daha sonra öz sahələrində - orta və ya ali təhsildə əyani vəsait kimi istifadə edə biləcəklər.
Prorektor Vəfa Kazdal bildirib: “ADA Universitetinin Təhsil İnstitutu son dörd illik fəaliyyətində dünya standartlarına uyğun müasir təhsilin tədrisi üzrə kifayət qədər təcrübə toplayıb. Bu mənada, bizim əsas akademik tərəfdaşlarımız arasında ABŞ-ın nüfuzlu Corc Vaşinqton Universiteti və Miçiqan Dövlət Universitetini qeyd etmək istəyirəm. Yeni açdığımız “Pedaqogika” üzrə magistr proqramında dərs deyən professorlarımız doktorantura təhsillərini məhz bu ali məktəblərdə alan, həmçinin Azərbaycan təhsilində sözünü deyən təcrübəli alimlərdir. Əminəm ki, yeni magistr proqramı ölkədə sürətlənən təhsil islahatlarına da öz dəyərli töhfəsini verəcək”.
ADA Universitetində “Pedaqogika” üzrə yeni magistr proqramına sənəd qəbulu 2020-ci ilin aprelin 5-nə qədər davam edəcək. Qəbul prosesində DİM Magistr imtahanının birinci mərhələsindən ən azı 45 bal, İELTS ingilis dili imtahanından isə ən azı 6.5 bal toplayan namizədlərə üstünlük veriləcək.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

